Marmara Group > Bloq > Blog > Türkiyədə market qiymətləri

Türkiyə müxtəlif mədəni sərvətləri, tarixi yerləri və təhsil sistemilə dünyada tanınan ölkədir. Yaxın olması və mədəniyyətlərimizin oxşar olması səbəbilə azərbaycanlı tələbələrin təhsil üçün ən çox üz tutduğu ölkələr arasında Türkiyə ön sıralardadır.

Türkiyəyə təhsil üçün gedən tələbələri təhsil haqları, proqramlardan əlavə oradakı market qiymətləri də maraqlandırır.

Türkiyədə market qiymətləri nə qədər xərc tələb edir?

Türkiyədə tələbənin aylıq ərzaq xərcləri onun istifadə etdiyi ərzaqdan, markadan və zövqündən aslı olaraq dəyişir. Lakin ortalama bir tələbənin zəruri ərzaqlara aylıq təxminən 500-800 TL arası xərci çıxır. Bu məbləğ tələbənin yaşadığı yerdən və yemək seçimindən, miqdarından aslı olaraq artır.

Türkiyədə zəruri ərzaqların market qiymətləri belədir:

ƏrzaqQiyməti (TL)
Mal əti, 1 kq469,95 TL
Toyuq budu, 1 kq114,95 TL
Sümüksüz toyuq əti, 1 kq299,95 TL
Balıq, 1 kq159,95
Limon, 1 kq32,95 TL
Pomidor, 1 kq39,95 TL
Cəfəri, 1 dəstə13,95 TL
Banan, 1 kq59,95 TL
Xiyar, 1 kq24,95 TL
Alma, 1 kq39.95 TL
Yerkökü, 1 kq42,95 TL
Kartof, 1 kq39,95 TL
Soğan, 1 kq39,95 TL
Süd, 1 litr27,75 TL
Qatıq, 1.500 kq52,25 TL
Yumurta, 15-li qutu45,00 TL
Pendir, 600 qr.179,90 TL
Şampun20-40 TL
Yuyucu vasitələr30-70 TL

(Mənbə: https://www.migros.com.tr/)

Türkiyədə kirayə evlərin qiymətləri

Türkiyədə kirayə evlərin qiymətləri bir sıra amillərdən asılı olaraq dəyişir. Qiymətlər evin yeri, universitetə yaxın olub olmaması, təmir vəziyyəti və ölçüsü kimi amillərdən aslıdır.

Türkiyənin böyük və turizmin inkişaf etdiyi şəhərlərində kirayə evlərin qiymətləri yüksəkdir. Məsələn, İstanbulda yaxşı təmirli kirayə mənzillərin ortalama qiymətləri 10.000 – 25.000 TL aralığından başlayır və evin vəziyyətindən aslı olaraq getdikcə artır.

Digər şəhərlərdə isə qiymətlər nisbətən münasibdir. Belə ki, İzmirdə normal təmirli kirayə evlərin qiyməti 4000 TL-dən, Ankarada isə 3500 TL-dən başlayır.

(Mənbə: https://www.emlakjet.com/)

Türkiyənin ən bahalı şəhərləri hansılardır?

TÜİK-nın açıqladığı məlumatlara əsasən Türkiyənin ən bahalı şəhərləri İstanbul, İzmir, Ankara, Kocaeli, Sakarya, Düzce, Bolu və Yalovadır. Bu şəhərlər yaşam xərcləri, kirayə və market qiymətləri də daxil olmaqla bütün xərclərdə digər şəhərlə müqayisədə daha çox xərc tələb edirlər.

Çox saylı universitetlərin də yerləşdiyi bu şəhərlərə hər il xeyli sayda tələbə təhsil üçün gedir. Gəlin tələbələri də maraqlandıracaq, həmin şəhərlərdə ən çox nələrin bahalı olduğu ilə bağlı ətraflı məlumat alaq: 

İstanbul

Türkiyənin ən böyük metropolisi olan İstanbul Türkiyənin ən bahalı şəhərlərindəndir. İstanbulda ev kirayələri, xüsusən də mərkəzindəki kirayələr kifayət qədər yüksəkdir. Məsələn, Beşiktaş və ya Kadıköy kimi rayonlarda bir studiya mənzil ayda orta hesabla 15000 TL-dən başlayır. Ərzaq alış-verişi və digər yaşayış xərcləri isə ümumiyyətlə yüksəkdir. Lakin İstanbulda hər büdcəyə uyğun marketlər tapmaq da mümkündür.

Eyni zamanda İstanbuldakı universitet şəhərcikləri ictimai nəqliyyat xətlərinə yaxın olduğundan, digər xərclər çox olsa da, nəqliyyat baxımından tələbələr üçün əlverişlidir.

Market qiymətlərisə ortalama belədir:

  • Zəruri qida məhsulları: Çörək, süd, yumurta və pendir kimi əsas qida məhsullarına ayda təxminən 400-600 TL xərclənir.
  • Ət məhsulları: Qırmızı ət, toyuq və balıq ayda orta hesabla 800-1200 TL büdcə tələb edir.
  • Tərəvəz və meyvə: Meyvə tərəvəz alış-verişinə ayda orta hesabla 400-600 TL xərclənir.
  • İçkilər: Çay və qəhvə və 300-500 TL xərc tələb edir.

İzmir

İzmir ilə Türkiyənin ikinci ən bahalı şəhərlərindəndir. İzmirin Bornova və Buca kimi tələbə məhəllələrində kirayə qiymətləri İstanbuldan daha münasib qiymətədir. Orta hesabla bir studiya mənzili ayda təxminən 12000 TL-dən başlayır.

Qida və ümumi xərcləri də İzmirdə İstanbuldan daha aşağıdır, eyni zamanda tələbələrin büdcəsinə uyğun restoranlar da İzmirdə çoxdur.

İzmirdəki universitetlər şəhər mərkəzinə yaxın yerləşdiyindən tələbələr üçün nəqliyyat asan olur.

İzmirdə market xərclərisə ortalama belədir:

  • Zəruri qida məhsulları: Çörək, süd, yumurta və pendir kimi əsas qida məhsullarına ayda təxminən 350-500 TL xərclənir.
  • Ət məhsulları: Qırmızı ət, toyuq və balıq ayda orta hesabla 700-1000 TL büdcə tələb edir.
  • Tərəvəz və meyvə: Meyvə tərəvəz alış-verişinə ayda orta hesabla 300-500 TL xərclənir.
  • İçkilər: Çay və qəhvə və 250-450 TL xərc tələb edir.

İzmirdə bir tələbənin aylıq market alış verişi ortalama 1600-2500 TL arasıdır. Lakin bu qiymət ərzağın markasından, miqdarından, tələbənin yemək ehtiyacından aslı olaraq artır.

Ankara

Türkiyənin paytaxtı Ankara da ən bahalı şəhərlərdəndir. Ankaranın Çankaya, Kızılay və Bahçelievler kimi mərkəzi rayonlarında kirayə qiymətləri fərqli olsa da, orta hesabla bir studiya mənzil ayda 12000 TL-dir. Ərzaq və nəqliyyat xərcləri İstanbul və İzmirdən daha münasibdir.

Bir çox dövlət və özəl universitetlər Ankarada yerləşdiyi üçün tələbələr tərəfindən ən çox üstünlük verilən şəhərdir.

Tələbələrin ortalama marketə olan xərcisə belədir:

  • Zəruri qida məhsulları: Çörək, süd, yumurta və pendir kimi əsas qida məhsullarına ayda təxminən 300-500 TL xərclənir.
  • Ət məhsulları: Qırmızı ət, toyuq və balıq ayda orta hesabla 900-1000 TL büdcə tələb edir.
  • Tərəvəz və meyvə: Meyvə tərəvəz alış-verişinə ayda orta hesabla 300-500 TL xərclənir.
  • İçkilər: Çay və qəhvə və 250-450 TL xərc tələb edir.

Tələbənin ehtiyaclarından aslı olaraq qiymət dəyişsə də, ümumən ortalama marketə 1350-2250 TL xərclənir və istəklərdən aslı olaraq bu artır.

Kocaeli

Sənaye və təhsil şəhəri olan Kocaeli, xüsusilə Gebze kimi bölgələrdə mənzil və yaşayış xərcləri baxımından nisbətən münasib seçimlər təklif edir. Ortalama kirayə mənzil kirayəsi 10000 TL civarındadır.

Ən bahalı şəhər siyahısında olmasına baxmayaraq, burada Kocaeli Universiteti kimi əsas təhsil ocaqlarının yaxınlığında tələbələrin büdcəsinə uyğun mənzillər də tapmaq olar.

  • Zəruri qida məhsulları: Çörək, süd, yumurta və pendir kimi əsas qida məhsullarına ayda təxminən 250-450 TL xərclənir.
  • Ət məhsulları: Qırmızı ət, toyuq və balıq ayda orta hesabla 500-900 TL büdcə tələb edir.
  • Tərəvəz və meyvə: Meyvə tərəvəz alış-verişinə ayda orta hesabla 200-400 TL xərclənir.
  • İçkilər: Çay və qəhvə və 150-400 TL xərc tələb edir.

Kocaelidə yaşayan bir tələbənin alış-veriş etdiyi marketdən, məhsullardan və ərzaqların miqdarından aslı olaraq qiymət dəyişsə də, ortalama minimal market xərci 1200-2000 TL-dir.

Sakarya, Düzce, Bolu və Yalova

TÜİK-ın nəticəsinə görə, bu dörd şəhərin yaşam xərcləri demək olar ki, oxşardır. Sakarya və Düzcedə orta hesabla bir studiya mənzili ayda 9500 TL-yə kirayə verilir, Bolu və Yalovada bir qədər aşağı təxminən 7000 TL-dir. Bu dörd şəhərin hər birində olan market qiymətləri eynidir. Ərzağın miqdarı və markası kimi amillərdən aslı olaraq qiymət dəyişsə də, orta hesabla bir tələb minimum 1000-1700 TL-ni ay ərzində marketdə xərcləyir.

(Mənbə: https://www.rudaw.net/turkish/business/28112023)

Türkiyənin tələbələr üçün ən ucuz şəhərləri hansılardır?

Türkiyənin tələbələr üçün ən ucuz şəhərləri Şərqi Anadolu, Cənub-Şərqi Anadolu və Aralıq dənizi bölgələrində yerləşir. Bu şəhərlərdə yaşayış xərcləri ölkənin digər böyük şəhərləri ilə müqayisədə kifayət qədər aşağıdır və xüsusilə də kirayə, nəqliyyat və yemək kimi əsas xərcləri tələbələr üçün çox uyğundur.

Market xərcləri tələbənin qida ehtiyacından, alış-veriş etdiyi market, markadan aslı olaraq dəyişsə də, ortalama zəruri ehtiyaclara minimal 700-1500 TL arasında büdcə tələb olunur. Bu

Türkiyənin Şərqi Anadolu, Cənub-Şərqi Anadolu və Aralıq dənizi bölgələrindəki tələbələr üçün ən ucuz şəhərlərinə bunlar daxildir:

  • Ağrı
  • Qars
  • Iğdır
  • Ardahan
  • Mardin
  • Batman
  • Şırnak
  • Siirt
  • Hatay
  • Kahramanmaraş
  • Osmaniye

Bu şəhərlərdə təhsil almaq tələbələrə həm keyfiyyətli universitetlərdə təhsil almaq imkanı verəcək, həm də maddi baxımdan çox xərcə düşməmələrinə səbəb olacaq.

(Mənbə: https://www.kamusonhaber.com.tr/pilini-pirtini-toplayan-oraya-gidecek-turkiyede-en-ucuz-sehirler-belli-oldu-89752h.htm)

Related Posts

Rəy Bildirin