Szczecin Dəniçilik Universitetinin tələbəsi ilə müsahibə

Marmara Group > Bloq > Blog > Szczecin Dəniçilik Universitetinin tələbəsi ilə müsahibə

Salam! Xoş gəlmişsiniz bizim 8 sual 8 cavab proqramına. Özünü bizə təqdim edə bilərsən mi ? Nəriman kimdir?

Salam xoş gördük. Mən Nəriman Mirzəyev Kərəmxuda oğlu. 18 Noyabr 2005 ci ildə dünyaya gəlmişəm. Bakıda doğulub böyümüşəm. Əslən Qərbi Azərbaycanlıyam. Xəyalım Gəmi Kapitanı olmaqdır.

Nəriman necə oldu ki, Polşada təhsil almağa qərar verdiniz?

Mən uşaqlıqdan xaricdə oxuma xəyalları qururdum və 2 il öncə Şimali Kiprə Kapitanlıq oxumaq üçün yola çıxdım. Kiprdə bəzi nüanslar xoşuma gəlməmişdi, buna görə də təhsilimi daha prestijli yerdə davam etdirmək istəyi ortaya çıxdı. Daha sonra Marmara Group şirkətinə müraciət etdim. Şirkətin əməkdaşları mənim profilimə uyğun universitetləri məsləhət gördülər və bütün prosesdə mənə yaxından dəstək oldular. Hal-Hazırda avropanın ən prestijli Gəmiçilik Universitetində təhsil alıram.

Hal-hazırda təhsil aldığınız şəhər və universitet, xüsusilə də ixtisasınız, Gəmi Kaptanlığı haqqında nə deyə bilərsiniz?

Hal-Hazırda təhsil aldığım şəhər Polşanın Szczecin şəhəridir. Bu şəhər köhnə alman şəhəri olub sonralar Polşanın ərazilərinə qoşulub. Təhsil aldığım universitet Szczecin Dəniçilik Universitetidir. Universitet çox nəhəngdir və şəxsi gəmisi var. Orada bəzər təlimlər keçib, başqa ölkələrə yola çıxırıq. Gəmi kapitanlığı hanqqında onu deyə bilərəm ki, əgər bu peşəyə yiyələnmək istəyirsinizsə, tək yaşamağı bilməli və özünüzü cəmiyyətə inteqrasiyasiya etməyi bacarmalısınız.

Bir ayda nə qədər xərciniz çıxır? Tələbələr üçün yataqxana və yeməkxana şəraitləri hansı səviyyədədir?

Bir ayda maksimum 500$ xərcim (internet daxil) çıxır. Yataqxanaya 120$ xərcim çıxır, kommunal xərclərimiz yoxdur. Başqa xərclər isə dostlarla toplanıb birlikdə yemək yedikdə və ya içki içdikdə çıxır. Yataqxana tələbələr üçün əlverişlidir. Yeməkxana yoxdur, hər mərtəbədə mətbəx var və istədiyiniz zaman yemək hazırlayıb yeyə bilərsiniz.

Polşada mühit və oradakı təhsil sisteminin müsbət və mənfi cəhətləri haqqında nə deyə bilərsiniz?

Polşada mühit əlverişlidir. Təhsil sitsteminin mənfi cəhətini heç görməmişəm. Müsbət cəhəti saydıqca bitməz, məsələn əgər tələbəsənsə, kino, teatr, ictimai nəqliyyat vasitələri 50% endirimli olur, eyni zamanda tələbəsənsə, demək olar ki, bütün restoranlarda endirimli yemək yeyə bilirsiniz.

Bir az da Polşada müsbət tərəflərindən danışmağınızı istərdim.

Polşanın müsbət tərəfi odur ki, hər yer yaşıllıqdır, havası təmizdir. Mən bura ilk dəfə gəldiyimdə təəcübləndiyim bir nüans o idi ki, piyada keçidindən keçərkən dayanıb maşın gəlib gəlmir deyə baxmırsan, dərhal keçə bilirsən, çünki maşın sən keçənədək orada gözləyir. Marketlərdə ərzaqları özün oxudub pulunu ödəyə bilirsən, yəni əlavə kassirə ehtiyac yoxdur. Bir sözlə Avropa mədəniyyəti burada çox geniş yayılıb.

Müxtəlif ölkələrdən olan dostluqlar, fərqli ölkənin adət-ənənələri kimi məsələlər uyğunlaşmağa çətinlik yaratdımı?

Fərqli ölkələrdən fərqli dostlarım var, amma onu demək istərdim ki, burada hamı bir-birinə hörmətlə yanaşır. Adət-ənənələr, dinlər fərqli olsa da biz bunları görməzdən gəlirik. Və bunlar uyğunlaşmaqda çətinlik yaratmır.

Polşada təhsil alan bir şəxs kimi xaricdə təhsil almaq istəyən həmvətənlərimizə demək istədiyiniz nəsə varmı və ya tövsiyələriniz nə ola bilər?

Xaricdə təhsil almaq istəyən gənclər, əgər həqiqətən təhsil almaq istəyirsənizsə, mütləq gəlin. Burada həyat bambaşqadır. Bəli, çox çətinliklər olur, amma özünüzə güvənəndən sonra atanız, ananız sizə güvəndikdən sonra heç bir maneə sizi dayandıra bilməz. Ən əsası dil öyrənin, özünüzü inkişaf etdirin. Buraya gəldiyinizdə bəzən tək qalmağa məcbur olacaqsınız və ya ailənizdən ötrü darıxacaqsınız, amma zamanla bunlara alışıb yolunuza baxacaqsınız. Və bura gəldiyinizdə dostlarınızı yaxşı seçin.

Related Posts

Rəy Bildirin