Marmara Group > Bloq > Blog > Vroslav Biznes Universitetində müsahibə

Salam! Xoş gəlmişsiniz bizim 8 sual 8 cavab proqramına. Özünü bizə təqdim edə bilərsən mi? Mahir kimdir?

Salam mən Mahir Məmmədzadə, 19 yaşım var. Polşanın Vroslav şəhərində yaşayıram və bu şəhərdəki Vroslav Biznes Üniversitinin bakalavr üzrə 2-ci kurs tələbəsiyəm. Kompüterə və texnologiyaya olan marağım məni kompüter mühəndisliyi ixtisasında oxumağa vadar etdi. Artıq bəzi komputer dilləri haqqında başlanğıc səviyyədə məlumatım var.

Mahir bəy, necə oldu ki, Şengen zonası olan Polşada təhsil almaq qərarına gəldiniz?

Açığı desək, mən xaricdə oxumağı planlayırdım əvvəlcədən, bəzi səbəblərə görə 1 il gec getdim, amma bu mənim üçün vaxt itkisi deyil. İxtisasım üzrə universitetləri araşdırarkən Polşa, Litva, Latvia və Estoniya kimi ölkələrə baxdım və sonunda Polşanı seçmək qərarına gəldim. Fikirləşdim ki Polşada gələcəkdə iş imkanları tapmaq daha rahat olacaq. Bunun üçün Marmara Group şirkətinə müraciət etdim. Marmara Group bu vaxti kimi minlərlə tələbənin xaricdə təhsil almasında dəstək olmuşdur, ona görə də onlara güvənərək yola çıxdım. Universitetə müraciətdən vizanın alınmasına kimi bütün prosesdə xaricdə təhsil əməkdaşları mənə yaxından kömək oldular. Buna görə ayrıca onlara minnətdarlığımı bildirirəm.

Hal-hazırda təhsil aldığınız şəhər və universitet haqqında nə deyə bilərsiniz?

Fikrimcə, təhsil aldığım Vroslav şəhəri coğrafi cəhətdən çox əlverişli məkanda yerləşir, Polşanın Almanya, Çexiya və Slovakiya ilə olan sərhədlərinə yaxındır. Vroslav görünüş cəhətdən kifayət qədər gözəl şəhərdir, iqlimi isə digər Polşa şəhərləri ilə müqayisədə daha mülayimdir. Hətta temperatura görə Polşanın ən isti şəhərlərindən biri sayılır.

Oxuduğum universitet özəl universitetdir. Kampusu kiçikdir. Üniversitetimizin özəl yataqxanası yoxdur, ancaq siz yataqxana üçün müraciət etdikdə, digər universitetlərin yataqxanalarından sizə yer ayrılması üçün köməklik edəcəklər. Dərslər bəzən online, bəzən isə əyani olur. Müəllimlərə gəldikdə isə, fikrimcə qənaətbəxşdirlər.

Bir ayda nə qədər xərciniz çıxır? Tələbələr üçün yataqxana və yeməkxana şəraiti hansı səviyyədədir?

Mən otaq kirayələdiyim üçün, aylıq olaraq 800 zloty( 337 manat) kirayəyə və 120-450 zloty(51-190 manat) isə komunal xərclərim çıxır. Aylıq qida, nömrə, fitness, avtobus/tramvay biletinə isə toplam olaraq 1000-1200 zloty xərcim çıxır. Yeməkləri evdə özüm edirəm, yemək bişirməyi bilməyən birisi üçün bu göstərici daha çox ola bilər. Yataqxanada yaşamamışam, ancaq yaşayan tanışlarım ordakı şəraitin yaxşı olduqlarını söyləyirlər. Yataqxanaların çoxunda mətbəx yataqxana sahibləri tərəfindən ortaq istifadə olunur.

Ümumiyyətlə, oradakı tələbə həyatının başqa nə kimi çətinlikləri var?

Fikrimcə, ilk olaraq havanın və qidanın fərqliliyi özünü hiss etdirəcək, Avropanın həmçinin Polşanın havası fərqlidir. İnsanları və mədəniyyəti də fərqli olduğu üçün ilk başda tələbələrə biraz qəribə gələcək və adaptasiya olmaqları zaman alacaqdır. Hər hansı bir çətinliklə və ya ciddi problemlərlə üzləşəndə isə Azərbaycanın Polşadakı Səfirliyinə zəng və ya mail vasitəsilə əlaqə saxlaya bilərsiniz.

Avropadakı vəziyyətə bələdsiniz. Sizcə, xaricdə təhsil almaq istəyənlər ilk nəyə diqqət etməlidir, onları hansı risklər gözləyir?

Avropadakı həyat tərzini və buranın mədəniyyətini araşdırmalıdırlar. Burdakı sistem Azərbaycanla müqayisədə fərqlidir. Təhsil sistemi oxşardır, amma fərqlilikləri var. Çalışın ki kəsirlər olmasın, çünki buradakı kəsir pulu bahadır. Müəllimlərlə münasibətiniz yaxşı olsa bu sizin üçün müsbət bir göstərici olacaq.

Özünüzü inkişaf etdirmək üçün dərslərdən əlavə nə ilə məşğul olursunuz?

Özümü inkişaf həyatımın mərkəzində olduğu üçün çox fəaliyyətlərlə məşğul oluram. Musiqi, idman və internetdən elmi məqalələr oxumaq ilə məşğul oluram. Həmçinin düzgün diet və rejimli həyat tərzinə üstünlük verirəm. Musiqi olaraq gitara və piano ilə məşğul oluram. Musiqi üzrə hər hansı bir təhsilim yoxdur. İdmana ciddi yanaşıram, necə deyərlər sağlam bədəndə sağlam ruh olar.

Polşada təhsil alan bir şəxs kimi xaricdə təhsil almaq istəyən həmvətənlərimizə demək istədiyiniz nəsə varmı və ya tövsiyələriniz nə ola bilər?

Məncə Avropada təhsil almaq tələbələrə elm, dünyagörüş və mədəniyyətini daha da zənginləşdirməyə kömək edəcək. Məsləhətim budurki, sosiallaşın, insanlarla danışdıqca, ünsiyyət qurduqca bura daha rahat uyğunlaşacaqsınız. Özünüzü inkişaf etdirin, yeni bilgilər öyrənin, əhatəniz geniş olsun ki gələcəkdə ixtisasınızla bağlı rahatlıqla iş tapa biləsiniz. Universitetlərdə keçirilən maraqlı festivallara qoşulmağı da sizə məsləhət görərəm. Ən önəmlisi isə gözüaçıq və hazırcavab olmaq lazımdır ki, fürsətləri qaçırmayasınız.

Related Posts

1 Response
  1. FUAD MEHDİYEV

    Çox gözəl bir Xaricdə təhsil üzrə müsahibəsi idi, həqiqetende telebeniz tam semimi duzgun olanlari vurgulayibdir.

Rəy Bildirin