Müsahibimiz Fəridin Anadolu Universiteti ilə bağlı təəssüratları

Marmara Group > Bloq > Blog > Müsahibimiz Fəridin Anadolu Universiteti ilə bağlı təəssüratları

Salam! xoş gəlmisiniz bizim 8 sual və 8 cavab proqramımıza. Özünü bizə təqdim edə bilərsən? Fərid kimdir?

Adım Fərid, soyadım Məhərrəmovdur. 2006-cı ilin martın 1-də anadan olmuşam.

Fərid, nece oldu ki Türkiyənin Eskişehir şəhərində təhsil almağa qərar verdin?

Xaricdə təhsil uşaqlıq arzum idi. Buna görə də Türkiyənin bir çox şəhərlərini araşdırdım və Eskişehiri daha çox bəyəndiyim üçün Eskişehirdə oxumaq qərarına gəldim.

Hal-hazırda təhsil aldığınız şəhər və universitet xüsusilə də ixtisasınız, İktisad ve İdari Bölümler haqqında nə deyə bilərsiniz?

Şəhər möhtəşəmdir. Eskişehir havası, suyu, ətraf-mühiti tamamilə fərqlənir. Təhsil aldığım sahə çox çətindir, dərs yükü çoxdur. Buraya gəlmisinizsə, oxumalısınız. Müəllimlər heç bir tələbəyə güzəştə getmirlər.

Bir ayda nə qədər xərciniz çıxır? Tələbələr üçün yataqxana və yeməkxana şəraiti hansı səviyyədədir?

Xərc mövzusu insana görə dəyişir. Eskişehirdə aylıq 60 manat cibxərcliyi ilə də dolanan var, 2000 manat ilə də. Bu insana görə dəyişir, mənə aylıq 400 manat qane edir. Yataqxanaya gəldikdə isə onu deyə bilərəm ki, sadəcə 1 yerə baxıb kifayətlənməyin. 1-ci kurslar bəzən şəhəri tanımadıqları üçün ilk gördükləri yeri tuturlar, amma gəzib axtarın. Tam araşdırın, sonra qərar verin. Universitetin yeməkxanasından çox razıyam. 15 TL olduğundan çox sərfəlidir.

Eskişehir mühiti və ordakı təhsil sisteminin müsbət və mənfi cəhətləri barədə nə deyə bilərsiniz?

Eskişehir gözəl şəhərdir, əsl tələbə şəhəridir, Bakıdan geri qalmır. İnsanları çox mehribandır. Siz burada Azərbaycan, Qazaxıstan, Özbəkistan, Hindistan və s. kimi ölkələrin vətəndaşlarına rast gələ bilərsiniz. Tək mənfi cəhəti havanın soyuq olmasıdır.

Eskişehirin müsbət tərəfləri barədə danışmağınızı istərdim.

Eskişehirin mənfi cəhəti də ola bilər, bu insana görə dəyişir. Mən xarici vətəndaşlarla dostluq etmirəm, qurduğum dostluqlar əsasən azərbaycanlılardır. Siz buraya gəldiyiniz zaman dost şəbəkəniz genişlənəcək. Anadolu Universiteti çox genişdir.

Müxtəlif ölkələrdən olan dostluqlar, fərqli ölkənin adət-ənənələri kimi məsələlər uyğunlaşmağa çətinlik yaratdımı?

Xeyr, heç bir çətinlik yaşamadım. Daha çox azərbaycanlılarla dostluq edirəm. Türklərlə də uyğunlaşmaq olar.

Türkiyədə təhsil alan bir şəxs kimi xaricdə təhsil almaq istəyən həmvətənlərimizə demək istədiyiniz nəsə varmı və ya tövsiyyələriniz nə ola bilər?

Sadəcə gedərkən hərtərəfli fikirləşin ki, gedib qayıtmaq fikri ağlınızda olmasın. Getdiyiniz şəhərdə ehtiyatlı olun, xərclərinizi düzgün idarə edin və ən əsası, etibarlı dostlar qazanmağa çalışın. Getdiyiniz şəhərdə ən vacibi yataqxana seçimidir, bütün yataqxanaları gəzin, ən yaxın məsafədə və şəraiti yaxşı olanını tutun. Mən bu işdə Marmara Group şirkətinə etibar etdim və tam istədiyim şəraitdə yataqxana ilə təmin olundum. Bunun üçün Marmara Groupa dərin təşəkkürümü bildirirəm, xaricdə təhsil almaq arzusunda olan gənclərə isə uğurlar diləyirəm.

Related Posts

Rəy Bildirin