Fenerbahçe Universitetində təhsil alan həmyerlimizlə müsahibə

Marmara Group > Blog > Fenerbahçe Universitetində təhsil alan həmyerlimizlə müsahibə

Salam! Ramal! Xoş gəlmişsiniz bizim 8 sual 8 cavab proqramına. İlk sualımız! Ramal Kimdir?

Mən Hüseynov Ramal Ruslan oğlu. 18 yaşım var. Türkiyənin İstanbul şəhərində yerləşən Fenerbahçe Universitetinin Foundation Proqramı üzrə təhsil alıram.

Ramal bəy, necə oldu ki, Türkiyədə təhsil almaq qərarına gəldiniz? və Niyə İstanbulda təhsil?

Mən hər zaman xaricdə təhsilə üstünlük vermişəm və bu haqda məlumatlar toplayarkən Marmara Group xaricdə təhsil şirkəti ilə tanış oldum. Müzakirələrimizin nəticəsi olaraq Türkiyənin mənə daha doğma olduğunu hiss etdim. Oranın təhsil sisteminin heç də Avropa ölkələrindən geri qalmadığının dəfələrlə şahidi olmuşam. Əlbəttə, qardaş ölkədə oxumaq orada tələbə həyatını yaşamaq  mənim üçün ən doğru seçim və olduqca qürurverici bir hiss idi. Yeri gəlmişkən bu doğru seçimdə mənə böyük dəstək olduqlarına görə Fərid bəy və Qəndab xanıma öz dərin minnətdarlığımı bildirirəm. Istanbul şəhərində oxumaq səbəbim isə sırf  seçdiyim FENERBAHÇE UNİVERSİTETİ ilə bağlıdır.

Hal-hazırda təhsil aldığınız İstanbul şəhəri və universitet haqqında nə deyə bilərsiniz?

İstanbul şəhəri çox qədim bir şəhərdir. Tarix boyu burada müxtəlif etnik millətlər yaşayıb deyə şəhərdə məscidlərlə yanaşı kilsələrə və sinaqoqlara rast gəlmək mümkündür. Bu da İstanbulun multikultural bir meqapolis olduğundan xəbər verir. Gənclər çox müasir və açıqfikirlidirlər. Fenerbahçe Universiteti haqqında isə onu deyə bilərəm ki, universitet 2016-cı ildə inşa edilməsinə baxmayaraq  çox güclü akademik və administrativ personalı vardır. Avropanın ən öndə gedən qabaqcıl universitetləri ilə sıx əlaqələri olan Fenerbahçe Universiteti, öz tələbələrinə böyük inam və dəstək verən universitetlərdən biridir.

Bir ayda nə qədər xərciniz çıxır? İstanbul şəhərində tələbələr üçün yataqxana və yeməkxana şəraiti hansı səviyyədədir?

Mən hazırda Maltepe Turkuaz erkek yurdunda qalıram. Aylıq xərclər əsasən yataqxanaya və seçdiyimiz otaqlara görə dəyişir. Ancaq onu da qeyd edim ki, mənim yaşadığım yataqxanada 24 saat canlı mühafizə vardır ki, bu da çox vacib bir məqamdır. Səhər yeməyi isə ödənişə daxildir. Həftədə bir dəfə olmaqla, paltarlarımız yuyulur, ütülənir. Bu xidmətlər də verdiyimiz aylıq ödənişə daxildir. İdmanla məşğul olmağımız  üçün də idman zalı mövcuddur.

Ümumiyyətlə, Türkiyədə tələbə həyatından başqa nə kimi çətinlikləri var?

Ùmumiyyətlə dünyanın istənilən hər bir yerində çətinliklər hər zaman olub və olacaq da. Biz gənclər isə bu çətinliklərə yenilməməli və tam tərsinə daha da enerji dolu həyata davam etməliyik. İstanbula  gəldiyim ilk  1-2 ay  universitet üçün sənədlər topladığım vaxtlar kiçik çətinliklərim olurdu. Rus bölməsini bitirdiyim üçün türk dilini demək olar ki, heç anlamırdım. Amma zamanla bu çətinliyım aradan qalxdı. Ümid edirəm ki, qarşılaşdığım hər bir çətinlik mənə daha da irəli getməyim üçün növbəti tramplin olacaq.

Ramal bəy, siz ilk il İngilis dili Foundation hazırlıq proqramı təhsili alırsınız. Bu proqram nədir? tam olaraq hansı formada tətbiq olunur?  

Tamamilə doğrudur. Mən Siyasi Elmlər və Beynəlxalq Münasibətlər ixtisasını seçmişəm və təhsilimi ingilis dilində davam etmək üçün ilk öncə Fenerbahçe Universitetinin Foundation hazırlıq proqramını oxumalı və imtahan verməliyəm. Proqram tam olaraq 8-9 ay keçirilir. 4 səviyyədən ibarətdir. Hər səviyyə 8-10 həftə davam etdikdən sonra imtahan verilir. Yekun imtahan isə iyun ayında olacaq. İnanıram ki, yüksək nəticə əldə edərək birinci kursa qəbul olacam.

Özünüzü inkişaf etdirmək üçün dərslərdən əlavə nə ilə məşğul olursunuz?

Müasir dövrdə yaşamağın üstünlüyü çoxdur. İnternet dövrüdür. Özünüzü inkişaf etdirmək üçün hər bir şəraitimiz var. Boş vaxtlarımda müxtəlif bədii və detektiv əsərlər oxuyuram. Əsasən  animasiya üslubunda olan rəsmlər çəkirəm. Həm qrafik planşetdə, həm də sketchbook üzərində.

Universiteti bitirdikdən sonra nə edəcəksiniz? Məzun olduqdan sonra planlarınız nələrdir?

Universiteti bitirdikdən sonra planım öz ixtisasıma, yəni Siyasi Elmlər və Beynəlxalq Münasibətlər ixtisasına uyğun staj keçərək hər hansı bir dövlət qurumlarından birində çalışmaqdır. Bu öz vətənim Azərbaycanda, ya da oxuduğum ixtisas imkan verdiyi üçün istənilən xarici ölkədə də ola bilər.

Əlaqəli Bloq Yazılar

Rəy Bildirin