Nərminə Kərimova xaricdə təhsil sahəsində rəqəmsal marketinq üzrə mütəxəssis olaraq fəaliyyət göstərir. Xüsusilə xaricdə təhsil sahəsində geniş araşdırmalar aparan və bu mövzuda peşəkar məqalələr yazan təcrübəli kontent menecer və kopirayterdir.
O, Xəzər Universiteti və Bakı Mühəndislik Universitetində pedaqoji sahədə ali təhsil almışdır.
Peşəkar fəaliyyəti çərçivəsində Study Care 2024 – Beynəlxalq və Qafqazın ən böyük xaricdə təhsil sərgisində iştirak etmiş, eyni zamanda beynəlxalq təhsil layihələrində çalışmışdır. Xaricdə təhsil sahəsində apardığı tədqiqatlar əsasında yazdığı məqalələr Marmara Group veb-saytında yayımlanaraq tələbələrə və valideynlərə dəyərli məlumatlar təqdim edir.
Müxtəlif ölkələrdəki təhsil sistemlərini araşdıraraq faydalı və praktik məzmun hazırlayan Nərminə Kərimova, tələbələrin akademik seçimlərini daha düzgün etmələrinə kömək edir.