Mətin Hüseynov

Mətin Hüseynov

Sənədləşdirmə üzrə Aparıcı Mütəxəssis

Bioqrafiya

Mətin Hüseynov xaricdə təhsil sahəsində 7 ildən artıqdır ki fəaliyyət göstərir və bu müddət ərzində 1500-dən çox tələbəyə sənədləşdirmə və qəbul prosesində dəstək olmuşdur.

Mətin bəy, Atatürk Universitetində ali təhsil almış və hazırda Marmara Group-da sənədləşdirmə üzrə aparıcı mütəxəssis kimi çalışır.

Peşəkar fəaliyyəti çərçivəsində beynəlxalq təhsil sərgilərində, eləcə də Diamonds of Turkey Awards 2023 tədbirində iştirak etmişdir

Mətin Hüseynov öz sahəsindəki uğurlu fəaliyyətinə görə bir çox mükafata layiq görülmüşdür. Onlar arasında “Diamonds of Turkey Awards 2023” çərçivəsində Azərbaycan layihəsindəki peşəkar fəaliyyətinə görə sertifikat, University of North-West tərəfindən “Overseas Education Coaching and Consulting Training Program” sertifikatı və Hoffman Co tərəfindən “IT’S NOT HARD TO ACHIEVE” konfransını uğurla tamamladığı üçün sertifikat daxildir.

Xaricdə təhsil üzrə geniş təcrübəsi və peşəkar yanaşması ilə Mətin Hüseynov tələbələrin qəbul və sənədləşdirmə prosesini asanlaşdıraraq onların uğurlu akademik gələcəyinə töhfə verməyə davam edir.