Xaricdə təqaüd imkanları və tələbləri

Marmara Group > Bloq > Blog > Xaricdə təqaüd imkanları və tələbləri

Son illərdə xaricdə təhsilə maraq son dərəcə artmışdır. Və bununla əlaqədar tələbələri bəzi məsələlər çox maraqlandırır. Əminliklə deyə bilərik ki, bu məsələlərdən ən birincisi məhz Təqaüd Proqramlarıdır. “Xaricdə necə təqaüdlü təhsil ala bilərəm? Xaricdə təhsil üçün hansı təqaüd proqramları vardır? Təqaüd proqramlarına necə müraciət edə bilərəm?” və s. bu tipli suallar ən çox maraq edilən məqamlardandır. Bu yazıda sizlərə təqaüd proqramları haqqında ətraflı məlumat təqdim edəcəyik.

Xaricdə təhsil üçün hansı təqaüd proqramları var?

DAAD təqaüd proqramı

Xaricde təhsil almaq istəyən tələbələrin haqqında az-çox məlumatlı olduğu DAAD Almaniyanın 230 universitetini və 16 tələbə təşkilatını özündə birləşdirən təhsil qurumudur . DAAD-ın əsas iş prinsipi tələbələri təqaüdlə təmin etməkdən ibarətdir. Həmçinin balalavr təhsilinin ilk və son kursunda oxumayan tələbələr və birinci kurs magistr tələbələri DAAD-ın təşkil etdiyi yay kurslarında iştirak edə bilərlər. Əgər siz kursları uğurla bitirsəniz, sizlərə birdəfəlik 1575 avro ödənilir. Dil kursu təqaüd proqramında iştirak etmək üçün hər il 50 nəfər seçilir. Bu təqaüd proqramında iştirak etmək üçün alman dil biliyiniz minimum A2 səviyyəsində olmalıdır. Qeydiyyatdan keçmək üçün isə DAAD-ın rəsmi websaytı https://mktg.az/ budur. Bu proqram çərçivəsində siz hüquq, tibb, mühəndislik, biznes , incəsənət, sosial və humanitar elmlər, kompyuter və informasiya elmləri, ekologiya, biznes və iqtisadiyyat və s. ixtisaslar üzrə təhsil ala bilərsiniz.

Visegrad

Bu təqaüd proqramı Polşa , Slovakiya, Çexiya və Macarıstan ölkələri üçün nəzərdə tutulmuşdur. Təqaüd proqramı təhsil haqqını tam olaraq ödəmir lakin hər smestr təhsil haqqı üçün 1500 avro və 2500 avro hər smestr üçün tələbəyə stipendiya ödənilir. Magistr təhsili üçün tələbələr Visegrad təqaüd proqramında iştirak edə bilərlər. İngilis dil biliyinə aid sənəd tələb olunmur. Bu proqramın qeydiyyat tarixi fevralın 1-indən martın 15-inə kimi davam edir. May ayında isə nəticələr elan olur. Müraciət linki https://my.visegradfund.org/scholarships isə budur.

ER.GO

İtaliyada təqaüdlə təhsil almaq istəyən tələbələr bu təqaüd proqramına müraciət edə bilərlər. Təqaüdlər ER.GO regional təşkilatı tərəfindən verilir. Müracət üçün sizdən daşınmaz əmlak, evin sahəsi , ailə üzvlərinin sayı haqqında arayış, ailə gəlirləri, ailənin əgər banka borcu varsa və s. bu tipli məlumatlara dair sizdən sənədlər tələb olunacaqdır. Qeydiyyat https://servizionline.er-go.it/domande2/ bu sayt vasitəsilə aparılır və müraciət tarixləri əsasən 8 iyul-04 sentyabr arasında dəyişir. Tələbəyə isə maksimum 5397 avro ayrılır.

VİSBY

Bu proqram isə İsveç universitetləri üçün nəzərdə tutulmuşdur. Tələb olunan Motivasiya məktubu, CV ,Xarici Pasport, İş təcrübəsinə dair sənədlərdir. Müraciət tarixi 10 fevral tarixindən-20 fevral tarixinə dair davam edir. Bu saytdan https://www.universityadmissions.se/intl/start qeydiyyatdan keçməklə müraciət edə bilərsiniz. Proqram hansı ixtisasları əhatə edirsə sayt vasitəsi ilə tanış ola bilərsiniz.

Related Posts

Rəy Bildirin