Almaniyada təhsil almaq ölkəmizdə olan tələbələrin ən çox istəklərindən biridir. Təhsil sisteminin yüksək keyfiyyəti, innovativ yanaşmaları və təcrübəyə əsaslanan tədris üsulları ilə Almaniya, xüsusilə mühəndislik, memarlıq və texnologiya sahələrində güclü nüfuza malikdir. Bunlarla bərabər Almaniya universitetlərin təklif etdiyi akademik proqramlar tələbələri bura daha da cəlb edir.
Almaniyada təhsil almağın üstünlükləri arasında beynəlxalq səviyyədə tanınan diplomlara sahib olmaq, geniş təcrübə imkanlarından faydalanmaq və Avropa Birliyi daxilində iş imkanlarına çıxış əldə etmək var. Mühəndislik sahəsində təhsil isə tələbələrə həm nəzəri, həm də praktiki biliklər qazandırır və şəhərsalma, dayanıqlı memarlıq, dizayn kimi sahələrdə dərin biliklər öyrədir. Tələbələr burada müasir tədris üsulları ilə yanaşı, ən son texnologiyalardan istifadə edərək təcrübə qazanırlar.
Bu bloqda Almaniyada mühəndislik təhsilin üstünlükləri, mühəndislik sahəsində təhsil imkanları, təhsil haqları və xaricdə təhsil axtarışında olanlar üçün vacib məlumatlar verəcəyik.
Niyə Almaniyada mühəndislik təhsili almalısınız?
Almaniyada memarlıq təhsili almaq bir çox üstünlüyə malikdir. Almaniya, güclü akademik ənənələri, inkişaf etmiş infrastruktur layihələri və beynəlxalq səviyyədə tanınan universitetləri ilə memarlıq təhsilini yüksək standartlarda verir. Burada təhsil almaq, tələbələrə nəzəri və praktiki bilikləri birləşdirərək, müasir və dayanıqlı memarlıq prinsiplərini öyrənməyə imkan verir.
Almaniyada memarlıq təhsili almağın üstünlüklərinə daxildir:
Beynəlxalq keyfiyyətli təhsil Alman universitetləri, memarlıq təhsili sahəsində dünya miqyasında yüksək reytinqə sahibdir və tələbələrə geniş və dərin biliklər təqdim edir.
Praktik təcrübə imkanları. Almaniya, memarlıq tələbələrinə infrastruktur layihələrində praktiki təcrübə qazanmaq imkanı verir. Tələbələr burada təhsil alarkən, real dünya layihələrində iştirak etmək imkanı əldə edirlər.
Təhsil haqlarının olmaması və ya aşağı olması. Almaniyada dövlət universitetlərində təhsil haqları yoxdur və bəzi universitetlərdə demək olar ki, pulsuz deyə biləcəyimiz qədər çox azdır.
Geniş beynəlxalq əlaqələr. Almaniya, dünya miqyasında memarlıq təhsili və araşdırmalarında əhəmiyyətli mərkəzdir. Bunun nəticəsində təhsil müddətində tələbələr beynəlxalq tələbələrlə əlaqə qurur və qlobal əlaqələr əldə edirlər.
İş imkanları. Almaniyada təhsil alan memarlıq tələbələri, təhsilini bitirdikdən sonra geniş iş imkanları əldə edirlər . Almaniya, memarlıq sahəsində yüksək tələbat olan bazara sahibdir və məzunlar asanlıqla müxtəlif mühəndislik və memarlıq layihələrində iş tapa bilərlər.
Almaniyada mühəndislik təhsili üçün ən yaxşı universitetlər
Almaniyada mühəndislik təhsili verən ən yaxşı TOP-10 universitet bunlardır:
- Technical University of Munich – München | QS reytinqi: 84.4
- Technische Universität Berlin (TU Berlin) – Berlin | QS reytinqi: 79.1
- KIT, Karlsruhe Institute of Technology – Karlsruhe | QS reytinqi: 79
- RWTH Aachen University – Aachen | QS reytinqi: 78.3
- Technische Universität Dresden – Dresden | QS reytinqi: 74.3
- Technical University of Darmstadt – Darmstadt | QS reytinqi: 71
- Universität Stuttgart – Stuttgart | QS reytinqi: 70
- Ludwig-Maximilians-Universität München – München | QS reytinqi: 68.5
- Humboldt-Universität zu Berlin – Berlin | QS reytinqi: 68.3
- Friedrich-Alexander-Universität Erlangen-Nürnberg – Nuremberg | QS reytinqi: 67.4
Bu universitetlər, mühəndislik sahəsində yüksək təhsil verən və beynəlxalq reytinqlərdə ən önəmli yerləri tutan təhsil müəssisələridir. Alimlərə və tələbələrə geniş təhsil və araşdırma imkanları təklif edən bu universitetlərdə təhsil almaq, müasir mühəndislik sahələrində qabaqcıl biliklər əldə etməyə imkan verir.
(Mənbə: https://www.study.eu/ )
Almaniyada mühəndislik üzrə ən yaxşı təhsil proqramları
Almaniyada mühəndislik üzrə ən yaxşı təhsil proqramları müxtəlif ixtisaslarda və sahələrdə geniş imkanlar təqdim edir. Almaniyada mühəndislik sahəsində bir çox proqramlar var, onlardan ən məşhurları və ən çox müraciət olunanları bunlardır:
Bakalavr üzrə təhsil proqramları
- Mühəndislik dizaynı və texnologiyası (Mechanical Engineering and Technology Design)
- Elektrik və elektronika mühəndisliyi (Electrical and Electronic Engineering)
- Informasiya texnologiyaları və kompüter mühəndisliyi (Information Technology and Computer Engineering)
- Sənaye mühəndisliyi (Industrial Engineering)
- Aviasiya və aerokosmik mühəndislik (Aerospace Engineering)
Bu proqramlar mühəndislik sahəsinin təməl prinsiplərini öyrədir və tələbələrə müxtəlif mühəndislik sahələrində bilik və bacarıqlar əldə etməyə imkan verir. Almaniyada ən yaxşı mühəndislik universitetləri, məsələn, Technical University of Munich və RWTH Aachen University bu cür proqramlar yüksək tədris keyfiyyəti ilə tanınır.
Magistr üzrə təhsil proqramları
- Mühəndislik idarəetməsi (Engineering Management)
- Yenilənə enerji mənbələri və texnologiyalari (Renewable Energy Systems)
- Süni intellekt və mühəndislik (Artificial Intelligence in Engineering)
- Avtomobil mühəndisliyi (Automotive Engineering)
- Robot texnologiyalari və avtomatlaşdirma (Robotics and Automation)
Almaniyanın mühəndislik üzrə magistr proqramları dünyaca məşhur tədqiqat imkanları, qabaqcıl texnologiyalar və geniş iş dünyası əlaqələri ilə diqqət çəkir. Technische Universität Berlin və Karlsruhe Institute of Technology (KIT) kimi universitetlər bu proqramlar üzrə ən yaxşı universitetlərdəndir.
Doktorantura üzrə təhsil proqramları
- Mühəndislik tədqiqatları və innovasiya (Engineering Research and Innovation)
- Mühəndislik və ətraf mühit (Engineering and Environment)
- Mühəndislikdə müasir materiallar və texnologiyalar (Advanced Materials and Technologies in Engineering)
- Nanotexnologiya və nanomühəndislik (Nanotechnology and Nanomaterials Engineering)
- Kompüter mühəndisliyi və süni intellekt (Computer Engineering and Artificial Intelligence)
Technische Universität Darmstadt və Universität Stuttgart kimi nüfuzlu universitetlər bu proqramları yüksək səviyyədə tədris edir.
Bunlarla bərabər aşağıdakılar da ən çox seçim olunan mühəndislik proqramlarıdır:
- Sənaye və istehsalat mühəndisliyi (manufacturing engineering)
- Kompüter şəbəkələri və informasiya təhlükəsizliyi (computer networks and information security)
- Mühəndislikdə bioinformatika (bioinformatics in engineering)
- Sənaye avtomatlaşdirilmasi (industrial automation)
- Biyomühəndislik və sağlamliq texnologiyalari (biotechnology and health engineering)
Bu proqramlar mühəndislik sahəsinin ən yeni və gələcəkdə böyük potensiala sahib olan sahələrini əhatə edir. Almaniyada mühəndislik təhsili, həmçinin elmi tədqiqatlarla sıx əlaqə saxlayır və tələbələrə geniş imkanlar təqdim edir. Friedrich-Alexander-Universität Erlangen-Nürnberg və Humboldt-Universität zu Berlin sahələrdə tanınmış universitetlərdir.
(Mənbə: https://www.usnews.com/education )
Almaniyada mühəndislik təhsili üçün ortalama təhsil haqqı
Almaniyada mühəndislik təhsili almaq, digər ölkələrlə müqayisədə çox sərfəlidir.
Almaniyanın dövlət universitetlərində təhsil haqqı yoxdur. Dövlət universitetlərində bakalavr və magistr proqramları üçün təhsil haqqı tələb edilmir. Bununla yanaşı, tələbələrdən semester fee ödənilməsi tələb olunur. Bu fəsil haqqı təxminən 250-350 avro arasında dəyişir və bu məbləğ universitetin tələbələrə təqdim etdiyi nəqliyyat kartı, tələbə kartı və bəzən digər xidmətləri də əhatə edir.
Özəl universitetlərdə isə təhsil haqqı çox azdır. Təxminən illik təhsil haqqı 5,000-20,000 avro arasındadır. Təhsil haqqı, universitetin nüfuzuna və proqramın xüsusiyyətlərinə görə dəyişir.
(Mənbə: https://www.expatrio.com/about-germany/study-engineering-in-germany )
Almaniyada mühəndislik üzrə ən yaxşı özəl universitetlər
Almaniyada mühəndislik üzrə ən yaxşı 10 özək universitet bunlardır:
Universitetlər | Yerləşdikləri şəhərlər | Bakalavr təhsil haqları | Magistratura təhsil haqları |
Jacobs University Bremen | Bremen | AVRO 20,000 illik | AVRO 20,000 illik |
EBS University of Business and Law | Wiesbaden | AVRO 18,200 illik | AVRO 18,200 illik |
SRH University Heidelberg | Heidelberg | AVRO 5,500 semestr üçün | AVRO 6,500 semestr üçün |
Munich Business School | Munich | AVRO 41,800 – AVRO 43,300 ümumi təhsil haqqı | AVRO 24,900 – AVRO 25,700 ümumi |
WHU – Otto Beisheim School of Management | Vallendar | AVRO 9,000 semestr üçün | AVRO 48,500 ümumi |
GISMA Business School | Berlin | AVRO 9,600 illik | AVRO 13,000 – AVRO 24,200 illik |
Berlin School of Business and Innovation | Berlin | AVRO 9,400 – AVRO 10,000 illik | AVRO 13,200 illik |
International School of Management (ISM) | Dortmund | AVRO 5,700 – AVRO 6,000 semestr üçün | AVRO 5,700 – AVRO 6,000 semestr üçün |
Cologne Business School (CBS) | Cologne | AVRO 7,300 semestr üçün | AVRO 8,000 semestr üçün |
EU Business School | Munich | AVRO 7,000 semestr üçün | AVRO 5,200 semestr üçün |
(Mənbə: https://leapscholar.com/blog/best-private-universities-in-germany-for-international-students/ )
Almaniyada mühəndislik üzrə ən yaxşı dövlət universitetləri
Almaniyada mühəndislik üzrə ən yaxşı dövlət universitetlərindən bəziləri bunlardır:
- Technical University of Munich (Munich)
- RWTH Aachen University (Aachen)
- Technical University of Berlin (Berlin)
- Karlsruhe Institute of Technology (Karlsruhe)
- Technische Universität Dresden (Dresden)
- University of Stuttgart (Stuttgart)
- University of Erlangen Nuremberg (Erlangen)
- Technical University of Darmstadt (Darmstadt)
- Leibniz University Hannover (Hannover)
- University of Duisburg Essen (Essen)
- University of Wuppertal (Wuppertal)
- Braunschweig University of Technology (Braunschweig)
- University of Freiburg (Freiburg)
- Hamburg University of Technology (Hamburg)
- Humboldt University of Berlin (Berlin)
- Ruhr University Bochum (Bochum)
- University of Munich (Munich)
- Otto von Guericke University (Magdeburg)
- Bauhaus-Universität Weimar (Weimar)
- University of Bonn (Bonn)
- University of Bremen (Bremen)
- University of Hamburg (Hamburg)
- Universität Kassel (Kassel)
- Dortmund University of Technology (Dortmund)
- Technical University Freiberg (Freiberg)
- Technische Universität Ilmenau (Ilmenau)
- University of Kiel (Kiel)
- University of Kaiserslautern (Kaiserslautern)
(Mənbə: https://www.usnews.com/education/best-global-universities/germany/engineering )
Almaniyada mühəndislik üzrə bakalavr təhsili
Almaniyada mühəndislik üzrə bakalavr təhsili adətən 3-4 il davam edir və müxtəlif mühəndislik sahələrini əhatə edir, məsələn:
- Mühəndislik idarəetməsi
- Elektrik mühəndisliyi
- Mexaniki mühəndislik
- İnşaat mühəndisliyi
- Kompüter mühəndisliyi
- Kimya mühəndisliyi
- Enerji mühəndisliyi
Bakalavr proqramları qəbul üçün tələblər bunlardır:
- Təhsil səviyyəsi. Almaniyada bakalavr proqramlarına müraciət etmək üçün namizədlər, orta məktəbi bitirmiş olmalıdırlar. Beynəlxalq tələbələr üçün isə təhsil diplomunun Almaniya təhsil sisteminə uyğun olub-olmaması yoxlanılır. Bəzi universitetlər beynəlxalq imtahan nəticələri (məsələn, SAT, ACT) qəbul edir.
- Dil bilikləri. Almaniyada mühəndislik təhsilinin əksəriyyəti alman dilindədir, buna görə də, alman dili biliyi əsas tələblərdəndir. TestDaF və ya DSH (Deutsches Sprachdiplom) imtahanlarından müvafiq nəticələr əldə etmək lazımdır. Bəzi universitetlər isə ingilis dilində də təhsil təklif edirlər. İngilis dilində olan proqramlar üçün TOEFL və ya IELTS nəticələri lazımdır.
- Akademik performans. Təhsil aldığınız məktəbin qiymətləri, əldə etdiyiniz diplom və kurs nəticələri, həmçinin mühəndislik sahəsindəki əvvəlki akademik bilikləriniz qəbul prosesində əhəmiyyətlidir.
Bunlarla bərabər bəzi universitetlər, mühəndislik sahəsinə xüsusi maraq göstərən və elmi fəaliyyətlə məşğul olmaq istəyən tələbələr üçün əlavə qəbul imtahanları və müsahibələr təşkil edə bilərlər.
Bakalavr qəbul qrosesi
Almaniyada qəbul prosesi çox vaxt Uni-assist adlanan mərkəz vasitəsilə həyata keçirilir. Uni-assist, beynəlxalq tələbələrin sənədlərini nəzərdən keçirir və hər bir universitetin qəbul tələblərinə uyğun olub-olmadığını müəyyən edir.
Qəbul zamanı isə tələb olunan əsas sənədlərə bunlar daxildir:
- Tərcümə olunmuş attestat
- Dil biliklərini təsdiq edən sertifikatlar (məsələn, TestDaF, TOEFL, IELTS)
- Akademik transkriptlər və qiymət cədvəlləri
- Şəxsiyyət vəsiqəsi və şəkil
Almaniyada mühəndislik üzrə magistr təhsili
Almaniyada mühəndislik üzrə magistr təhsili 2 il (4 semestr) davam edir. Lakin ixtisas 1.5 il (3 semestr) və əlavə təcrübə, yaxud da tədqiqat işləri tələb edən proqramlar 3 il (6 semestr) davam edir.
Ən məşhur mühəndislik magistr proqramları bunlardır:
- Mühəndislik idarəetməsi
- Elektrik mühəndisliyi
- Mexaniki mühəndislik
- İnşaat mühəndisliyi
- Kompüter mühəndisliyi
- Kimya mühəndisliyi
- Enerji mühəndisliyi
- Biomühəndislik
- Aerospace mühəndisliyi
- Avtomatlaşdırma mühəndisliyi
Magistr qəbul tələbləri:
- Namizədlər mühəndislik üzrə bakalavr diplomuna sahib olmalıdırlar.
- Alman dilində təhsil üçün TestDaF və ya DSH nəticələri, İngilis dilində təhsil üçün TOEFL və ya IELTS nəticələri tələb olunur.
- Bütün qiymətlərin əks olunduğu akademik transkript.
- Şəxsiyyət vəsiqəsi və fotoşəkil
Almaniyada mühəndislik üzrə doktorantura təhsili
Almaniyada mühəndislik üzrə doktorantura təhsili 3-4 il davam edir. Bu müddət ərzində tələbələr, əsasən, tədqiqat işləri aparır, elmi məqalələr yazır və doktorluq dissertasiyasını tamamlayırlar. Elmi işlərin uzunluğu və tədqiqat mövzularının mürəkkəbliyinə görə bu müddətin daha çox olması mümkündür.
Ən məşhur doktorantura proqramları:
- Kompüter mühəndisliyi
- Elektrik mühəndisliyi
- Mexaniki mühəndislik
- Inşaat mühəndisliyi
- Kimya mühəndisliyi
- Enerji mühəndisliyi
- Biomühəndislik
- Mühəndislik idarəetməsi
- Robototexnika
- Mühəndislikdə süni zəka
Qəbul tələbləri:
- Mühəndislik üzrə bakalavr və magistr dərəcəsi.
- Alman və ya ingilis dilində olan proqramlar üçün müvafiq dil sertifikatları (TestDaF, DSH, TOEFL, IELTS).
- Öz tədqiqat mövzusu və məqsədini təqdim etmək.
- Əvvəlki tədqiqat və praktiki təcrübə.
- Akademik transkriptlər, CV, motivasiya məktubu və tərcümə edilmiş sənədlər.
Mühəndislik ixtisasının gələcək iş perspektivi nədir?
Mühəndislik ixtisası, çoxsaylı sahələrdə iş imkanları təqdim edən geniş və daim inkişaf edən sahədir. Mühəndislər, texnologiyanın və sənayenin inkişafında önəmli rol oynayırlar ki, bu, onların iş perspektivlərini çoxşaxəli və güclü edir. Mühəndislik təhsili ilə bir çox fərqli sektorda iş tapmaq mümkündür, həmçinin gələcəkdəki peşəkar inkişafda geniş imkanlar açır.
Texnoloji inkişaf və yeniliklər
Texnoloji inkişaf sürətlə davam edir və mühəndislər bu yeniliklərin inkişaf etdirilməsi və tətbiqində önəmli rol oynayırlar. Süni intellekt, robototexnika, avtomatlaşdırma, yenilənə bilən enerji və material elmləri kimi sahələrdə mühəndislərin əhəmiyyətli iştirakı var və gələcəkdə də belə olacaq.
Bütün dövrlərdə həmin sahələr üzrə ixtisaslaşmış mühəndislər yüksək tələbatla qarşılaşacaq, çünki sənaye və cəmiyyət bu sahələrin inkişafına böyük ehtiyac duyur.
Sənaye və infrastruktur layihələri
İnşaat mühəndisliyi, mexaniki mühəndislik, elektrik mühəndisliyi kimi sahələr, əsas infrastruktur layihələrində mühəndislərin rolunu artırır. Yeni binaların tikintisi, enerji sistemlərinin qurulması, nəqliyyat infrastrukturlarının inkişafı və digər böyük layihələr mühəndislər tərəfindən idarə olunur. Bu sahələrdə mühəndislərin işi, həm dövlət, həm də özəl sektorda yüksək tələbatla qarşılaşır.
Yenilənə bilən enerji və ekologiya
Enerji mühəndisliyi, günümüzdəki qlobal əhəmiyyətə sahib sahələrdən biridir. Ənənəvi enerji mənbələrindən daha təmiz və davamlı alternativlərə keçiş, mühəndislər üçün geniş iş imkanları yaradır. Yenilənə bilən enerji, bərpa olunan enerji mənbələri (günəş, külək, hidroenerji) ilə bağlı layihələrə olan maraq artmaqdadır. Ekologiya və ətraf mühit sahələrində mühəndislər, davamlı inkişaf üçün yeni həllər axtararaq, iqlim dəyişikliyi ilə mübarizə aparan innovativ texnologiyaları tətbiq edirlər.
Rəqəmsal iqtisadiyyat və IT həlləri
Kompüter mühəndisliyi və proqram mühəndisliyi sahələri, rəqəmsal iqtisadiyyatın inkişafı ilə əlaqədar olaraq, müasir dövrün ən güclü iş sahələrindən birinə çevrilib. İnternetin inkişafı, böyük məlumatların analizi, kibertəhlükəsizlik və proqram təminatının hazırlanması mühəndislərin önəmli rola sahib olduğu sahələrdəndir. Bu sahə həm mövcud şirkətləri rəqəmsallaşdırmaq, həm də yeni startapların yaranmasına səbəb olmaqla mühəndislərə iş imkanları yaradır.
Beynəlxalq iş imkanları
Mühəndislik sahəsindəki yüksək tələb, mühəndisləri yalnız yerli bazarda deyil, beynəlxalq səviyyədə də iş tapmağa təşviq edir. Almaniya, ABŞ, Yaponiya kimi inkişaf etmiş ölkələrdə mühəndislərə ehtiyac artmaqdadır və bu, beynəlxalq əmək bazarına çıxmaq üçün mühəndislərə unikal imkanlar təqdim edir. Ayrıca, bir çox beynəlxalq layihələrdə mühəndis kimi iştirak etmək, beynəlxalq təcrübə qazanmaq və karyera imkanlarını genişləndirmək mümkündür.
Gələcəkdəki peşəkar inkişaf
Mühəndislər, öz sahələrində yeni biliklər və bacarıqlar əldə edərək davamlı peşəkar inkişafı təmin edə bilərlər. Yüksək təhsil, sertifikatlar və yeni texnologiyalar haqqında məlumatlı olmaq mühəndislərin iş bazarında daha çox üstünlük qazanmasına kömək edir. Ayrıca, menecment, layihə idarəetməsi və mühəndislik rəhbərliyi kimi əlavə ixtisaslar da mühəndislərin karyera perspektivlərini genişləndirir.
Bu siyahını daha da uzada bilərik. Qısaca deyək ki, mühəndislik ixtisası gələcəkdə çox sayda geniş iş imkanları və karyera inkişafı təqdim edir. Texnologiyanın sürətli inkişafı, ekoloji tələblər, rəqəmsal iqtisadiyyatın genişlənməsi və beynəlxalq əmək bazarında olan tələbat, mühəndislərin peşələrini davam etdirmələri üçün güclü bir bazar yaradır. Bu sahəyə daxil olan gənclər, həm öz peşəkar inkişaflarını, həm də qlobal iqtisadiyyatın irəliləməsini dəstəkləyərək əhəmiyyətli töhfələr verə bilərlər.
Almaniyada mühəndislik üzrə ortalama maaşlar
Almaniyada mühəndislik sahəsində ortalama maaşlar mühəndisin təcrübəsindən, ixtisas sahəsindən, işlədiyi şəhərdən və şirkətin böyüklüyündən asılı olaraq dəyişir. Müxtəlif maaşlar olsa da, araşdırma edib ümumən ortalama maaşları sizə təqdim edirik:
Yeni məzun mühəndislər
Yeni məzun olan mühəndislərin maaşları orta hesabla illik 45,000 – 55,000 avro arasında dəyişir. Bu göstərici işə qəbul olunan mühəndisin ixtisas sahəsinə görə fərqlənir. Məsələn, avtomobil və ya kimya sənayesində yeni başlayan mühəndislər digərlərinə nisbətən daha yüksək maaş alırlar.
Təcrübəli mühəndislər
5-10 il iş təcrübəsinə sahib mühəndislər illik ortalama 60,000 – 80,000 avro arasında maaş alırlar. Bu təcrübə səviyyəsində olan mühəndislər çox vaxt böyük vəzifələrdə, komanda idarəetməsində və ya layihə menecmentində çalışır, buna görə də maaşları yüksək olur.
İxtisas sahələrinə görə maaşlar
Mühəndislik sahələri arasında maaşlar fərqlidir. Almaniyada mühəndislik sahəsində ən çox maaş alan sahələrdən bəziləri aşağıdakılardır:
- Avtomobil mühəndisliyi – illik 65,000 – 90,000 avro
- Kimya mühəndisliyi – illik 60,000 – 85,000 avro
- Elektrik mühəndisliyi – illik 55,000 – 75,000 avro
- Kompüter mühəndisliyi – illik 55,000 – 80,000 avro
- Mülki mühəndislik – illik 50,000 – 70,000 avro
- Enerji mühəndisliyi – illik 55,000 – 80,000 avro
Eyni zamanda Frankfurt, Münhen və Ştutqart kimi böyük sənaye şəhərlərində mühəndislər adətən daha yüksək maaş alır.
(Mənbə: https://www.glassdoor.com/Salaries/germany-engineer-salary-SRCH_IL.0,7_IN96_KO8,16.htm )
Mühəndislik üzrə tələb olunan bacarıqlar
Mühəndislik sahəsində uğurlu olmaq üçün texniki biliklərdən əlavə bir sıra bacarıqlar vacibdir. Onlara daxildir:
- Texniki biliklər
- Problem həll etmə və analitik düşüncə
- Kreativlik və yenilikçi düşüncə
- Layihə idarəetmə
- Komanda işləmək bacarığı
- Ünsiyyət bacarıqları
- Davamlı öyrənmə və yeniliklərə açıq olma
- Diqqət və dəqiqlik
Almaniyada mühəndislik üzrə praktika imkanlar
Almaniyada mühəndislik üzrə praktika imkanları genişdir və bu praktikalara həm təhsil müddətində, həm də məzuniyyətdən sonra müraciət etmək mümkündür.
Alman şirkətləri praktika proqramlarına əhəmiyyət verir və tələbələrə real iş mühitində təcrübə qazanmaq imkanı yaradır.
Mühəndislik sahəsində tələbələr üçün təqdim olunan praktika imkanlarına dair ümumi məlumat:
- İstehsalatda praktikalar – Avtomobil istehsalı, maşınqayırma və kimya sənayesində praktikalar, tələbələrə istehsalatın müxtəlif mərhələlərində iştirak etmə imkanı verir. Siemens, Volkswagen və Bosch kimi tanınmış şirkətlərdə bu cür praktikalar mövcuddur.
- Araşdırma və inkişaf (R&D) – Mühəndislik innovasiyaları ilə bağlı praktika proqramları universitet laboratoriyalarında və ya şirkətlərin AR-GE şöbələrində keçirilir. Fraunhofer və Max Planck kimi institutlar da tələbələr üçün uyğun təcrübə sahələridir.
- Layihə idarəetməsi – Layihə idarəetməsi üzrə praktikalarda tələbələr mühəndislik layihələrinin planlaşdırılması, büdcələnməsi və icrası ilə bağlı təcrübə qazanır.
- Proqramlaşdırma və data analitikası – Mühəndislikdə proqramlaşdırma və data analizinə dair praktika imkanları tələbələrə avtomatlaşdırma və rəqəmsal texnologiyalar üzrə biliklərini genişləndirmək imkanı yaradır.
- Enerji və ətraf mühit texnologiyaları – Bu sahədə praktika proqramları tələbələrə alternativ enerji mənbələri, enerji effektivliyi və ətraf mühitin qorunması üzrə layihələrdə işləməyə şərait yaradır.
Almaniyada mühəndislik praktikasına qəbul tələbləri bunlardır:
- Təhsil səviyyəsi (bakalavr və ya magistr tələbəsi olmaq)
- Dil bilikləri (alman və ya ingilis dili)
- Texniki biliklər və təcrübə
(Mənbə: https://www.glassdoor.com/index.htm )
Almaniyanın ən yaxşı mühəndislik tədqiqat institutları
Almaniyanın ən yaxşı TOP-10 mühəndislik tədqiqat institutu və əsas ixtisaslaşdıqları sahələr bunlardır:
- Technical University of Munich (TUM) – Elektrik və Elektronika Mühəndisliyi, Maşınqayırma, Kompüter Elmləri, Aviasiya və Kosmik Mühəndislik
- RWTH Aachen University – Mexanika, Maşınqayırma, Elektrik Mühəndisliyi, Materiallar Elmi və Metallurgiya
- Karlsruhe Institute of Technology (KIT) – Enerji Sistemləri, Mühəndislik Fizikası, Maşınqayırma, Kompüter Mühəndisliyi
- Technical University of Berlin – Aviasiya və Kosmik Mühəndislik, Nəqliyyat və İnfrastruktur Mühəndisliyi, Elektronika, Maşınqayırma
- University of Stuttgart – Avtomobil Mühəndisliyi, Mexanika, Aerokosmik Mühəndislik, Kompozit Materiallar
- Technical University of Darmstadt – Kompüter Elmləri, İnformasiya Texnologiyaları, Elektrik Mühəndisliyi, Robot Texnologiyaları
- University of Duisburg-Essen – Enerji və Ətraf Mühiti Mühəndisliyi, Kimya Mühəndisliyi, Elektrik və Elektronika Mühəndisliyi
- Technical University of Dresden – Elektrik Mühəndisliyi, Maşınqayırma, Materiallar Mühəndisliyi, Nəqliyyat Texnologiyaları
- University of Freiburg – Biyomühəndislik, Nanotexnologiya, Enerji Mühəndisliyi, Robot Texnologiyaları
- Ruhr University Bochum – Maşınqayırma, Mexanika, Kimya Mühəndisliyi, Elektromexanika
(Mənbə: https://www.yesgermany.com/engineering-colleges-in-germany/)
Almaniyada mühəndislik təhsili ilə bağlı təqaüd imkanları
Almaniyada mühəndislik təhsili almaq istəyən beynəlxalq tələbələr üçün geniş təqaüd imkanları mövcuddur. Bu təqaüdlər, əsasən, universitetlər, dövlət və müxtəlif beynəlxalq şirkətlər tərəfindən təqdim olunur.
- Beynəlxalq təqaüdlər: Almaniyada beynəlxalq tələbələr üçün mühəndislik üzrə təqaüd proqramları mövcuddur. Bunlardan ən məşhurları DAAD (German Academic Exchange Service) tərəfindən təklif olunan təqaüdlərdir. DAAD mühəndislik də daxil olmaqla bir çox ixtisas sahəsində təhsil almaq istəyən tələbələrə maliyyə dəstəyi göstərir. Digər tanınmış təqaüd proqramları sırasında Erasmus Mundus təqaüdlərini də qeyd etmək olar ki, bu proqram tələbələrə müxtəlif ölkələrdə təhsil almaq imkanı yaradır.
- Universitet təqaüdləri: Almaniyanın mühəndislik sahəsində önəmli universitetləri, məsələn, Technical University of Munich (TUM), RWTH Aachen University və Karlsruhe Institute of Technology (KIT), əla akademik göstəricilərə sahib tələbələrə müxtəlif təqaüd imkanları təqdim edir. Bu təqaüdlər adətən universitetlərin daxili proqramları çərçivəsində verilir və təhsil müddətində tələbələrin maliyyə yükünü yüngülləşdirir.
- Dövlət Təqaüd proqramı: Almaniyada mühəndislik təhsili almaq istəyən Azərbaycanlı tələbələr üçün də xüsusi təqaüd və dəstək proqramları mövcuddur. Azərbaycan Respublikasının Təhsil və Elm Nazirliyi tərəfindən həyata keçirilən bu dövlət proqramı Azərbaycanlı tələbələrə xarici ölkələrdə, o cümlədən Almaniyada mühəndislik üzrə təhsil almaq üçün dəstək təmin edir.
Dövlət proqramı tələbələrin təhsil haqqı, yaşayış və digər xərclərini əhatə edərək, Azərbaycanlı gənclərin mühəndislik təhsili üzrə Almaniya kimi qabaqcıl ölkələrdə təhsil almasını dəstəkləyir.
- Beynəlxalq şirkət təqaüdləri: Almaniyada bir çox beynəlxalq şirkətlər, mühəndislik sahəsinə maraq göstərən və bu sahədə karyera qurmaq istəyən tələbələr üçün təqaüd proqramları həyata keçirir. Məsələn, Bosch, Siemens, Volkswagen kimi nəhəng şirkətlər tələbələrə təqaüd verməklə yanaşı, təcrübə və karyera imkanları da təklif edir.
Son olaraq deyək ki, Almaniyada mühəndislik təhsili almaq, yalnız nəzəri biliklərlə kifayətlənməyib, həm də praktiki təcrübə və müxtəlif bacarıqları inkişaf etdirməyi tələb edir. Almaniyada mühəndislik təhsili beynəlxalq səviyyədə tanınan yüksək keyfiyyətli proqramlar və təqaüd imkanları ilə gələcək nəsillərin inkişafını təmin edir. Tələbələr yalnız akademik uğurlarına diqqət yetirməli deyil, eyni zamanda sahə üzrə texniki biliklər, dil bilikləri və innovativ düşüncə tərzini inkişaf etdirməlidirlər.
Ən mühüm bacarıqlardan biri problem həll etmə qabiliyyətidir. Bu sahədə uğur qazanmaq üçün mühəndislər, kompleks məsələləri effektiv şəkildə analiz edib, yaratıcı və praktik həllər təklif etməyi bacarmalıdırlar. Bundan əlavə, komanda işində müvəffəqiyyət və üçüncü tərəf ilə əlaqə qurma bacarığı mühəndislik layihələrinin uğurlu icrası üçün çox önəmlidir. Əlaqələndirmə, layihə idarəetməsi və liderlik bacarıqları da mühəndislik sahəsində daha yüksək vəzifələrə yüksəlməyə və uğurlu bir karyera qurmağa kömək edəcək.