Xəyallarınızı reallaşdırmaqdan çəkinməyin

Marmara Group > Bloq > Blog > Xəyallarınızı reallaşdırmaqdan çəkinməyin

Salam! Fərid! Xoş gəlmişsiniz bizim 8 sual 8 cavab proqramına. İlk sualımız! Fərid Quliyev Kimdir?

Salam, mən Quliyev Fərid 20.02.2006-cı ildə Bakı şəhərində anadan olmuşam. 2012-ci ildə S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasının 1-ci sinfinə gelmişəm və 2023-cü ilde həmin gimnaziyanı bitirmişəm. Həmçinin, 8 saylı Musiqi Məktəbinin tar sinfini bitirmişəm.

Fərid bəy, necə oldu ki, Türkiyədə təhsil almaq qərarına gəldiniz? və xüsusilə də Niyə İstanbulda təhsil?

Doğrusu, əvvəllər xaricdə təhsil mənim üçün əlçatmaz görünürdü. Ailədən, vətəndən uzaq qalmaq mənə çox çətin gəlirdi. Ancaq anam deyəndə ki sənin Türkiyədə təhsil almağını istəyirəm, sanki özümdə inam yarandı. İstanbul mənim sevdiyim şəhər olduğu üçün məhz buradaa oxumağa qərar verdim.

Hal-hazırda təhsil aldığınız İstanbul şəhəri və Universitet haqqında nə deyə bilərsiniz?

Türkiyə deyəndə ilk ağla gələn şəhər İstanbuldur. Bu möhtəşəm şəhər Asiya və Avropa qitəsini özündə birləşdirir. Hazırda təhsil aldığım Rumeli Universiteti İstanbulda yerləşdiyi üçün seçmişəm.

Bir ayda nə qədər xərciniz çıxır? İstanbul şəhərində tələbələr üçün yataqxana və yeməkxana şəraiti hansı səviyyədədir?

Hal-hazırda yataqxanada qalıram və oradakı şəriat məni qane edir. Bir ayda təxminən 600 manat xərcim çıxır.

Ümumiyyətlə, Türkiyədə tələbə həyatının başqa nə kimi çətinlikləri var?

Həm oxuyub, həm işləmək və ailədən uzaq qalmaq kimi çətinlikləri var.

Bəzi tələbələrə xaricə getmək imkansız gəlir. Həmyaşıdlarınıza nə demək istərdiniz?

Xaricdə təhsil almaq düşündüyünüz qədər nə çox çətin, nə də ki çox rahatdır. Həmyaşıdlarıma demək istərdim ki, xəyallarınızı reallaşdırmaqdan çəkinməyin.

Özünüzü inkişaf etdirmək üçün dərslərdən əlavə nə ilə məşğul olursunuz?

Dərsdən sonra idman ilə məşğul oluram və elmi kitablar oxumağa üstünlük verirəm.

Universiteti bitirdikdən sonra nə edəcəksiniz? Məzun olduqdan sonra planlarınız nələrdir?

Bir müddət təcrübə yığıb sonra isə öz e-ticaret şirkətimi açmağı düşünürəm.



Related Posts

Rəy Bildirin