Yozgat Bozok Universitetində təhsil alan tələbəmizin təəssüratları

Marmara Group > Bloq > Blog > Yozgat Bozok Universitetində təhsil alan tələbəmizin təəssüratları

Salam Xoş gördük! Orxan kimdir? Hal-hazırda Orxan hansı universitetdə, hansı ixtisas üzrə təhsil alır?

Mən, Yusifzadə Orxan Azər oğlu Azərbaycan Respublikasının Şəki şəhərində anadan olmuşam. Hal-hazırda Türkiyə Cumhuriyətinin Yozgat Bozok Universtetinin Mühəndis-Memarlıq fakultəsi Elektrik-elektronika mühədisliyi ixtisası üzrə təhsil alıram.

Türkiyədə təhsil almaq təcrübənizi bizimlə bölüşə bilərsiniz mi? Hansı cəhətləri ilə fərqlənir?

Türkiyədə təhsil almağın bir sıra üstünlküləri var. Bu üstünlüklərin ən başlıcası tələbələrə verilən dəyərdir. Digər üstünlüklərindən isə universitetin yaratdığı imkanlardır. Belə ki Türkiyə universitetlərində tələbənin təhsil alması üçün hər bir şərait mümkündür.

Türkiyədə yaşamaq necə bir hissdir? Mədəniyyət fərqləri sizə necə təsir edib?

Türkiyədə  yaşamaq gözəl bir təcrübədir. Düzdür, dinimiz, dilimiz bir olsa da mədəniyyət fərqləri mövcuddur. Lakin bu fərqlər mənə müsbət təsirlər göstərib.

Türkiyədə təhsil aldığınız zaman qarşılaşdığınız ən böyük çətinlik nə idi?

Ən böyük çətinlik ev və ya yataqxana problemi olur, yataqxanalarda yer olmadığı təqdirdə, kirayə ev tutmaq məcburiyyətində qalırsan. Ev tutmağın bəzi çətinlikləri olduğu üçün deyərdim ki, elə tək çətinlik budur. Başqa çətinliyim olmayıb.

Hansı türk yeməyini daha çox bəyəndiniz və niyə?

Adana və Urfa kababını, çünki acını və əti sevirəm.

Türkiyədə təhsil alarkən ən çox təsirləndiyiniz dərs hansı idi və niyə?

Ən çox xoşuma gələn dərslər labarotoriya dərsləridir.  Çünki praktiki dərsləri çox sevirəm.

Bir xarici tələbə kimi Türkiyədə sosial həyat necədir? Oradakı dostlarınız və dərsdən kənar fəaliyyətlər barədə nələr demək istədiniz?

Türkiyədə tələbələr üçün sosial həyat nisbətən yaxşıdır, yəni asudə vaxtları keçirmək üçün yaxşı fəaliyyət sahələri var. Məsələn, mən dərsdənkənar fəaliyyət olaraq idmanla məşğul oluram və bütün tələbələrə bunu tövsiyə edirəm.

Türkiyədə təhsil haqları barədə nə düşünürsünüz? Digər ölkələrlə müqayisədə xərclər necədir?

Türkiyədə təhsil haqları digər xarici universitetlərə baxanda daha münasibdir, yəni daha aşağıdır. Buna görə də mənim seçimim məhz Türkiyə oldu.

Türkiyədə təhsil alarkən yerli dillə bağlı problemlə qarşılaşmısınız? Dil öyrənmə prosesi necə keçdi?

Mən yerli dillə bağlı hər hansısa problemlə qarşılaşmamışam və azərbaycanlı tələbələrin bu problemlə qarşılaşacağını düşünmürəm. Çünki Azərbaycan dilinə ən yaxın olan dil məhz elə Türk dili olduğu üçün heç bir çətinlik yaranmır.

Türkiyədə təhsil aldığız müddətdə ən çox bəyəndiyiniz mədəni tədbir və ya fəaliyyət hansı idi?

Universtetin və dövlətin təşkil etdiyi bir sıra tədbirlər və sərgilər olur və tələbələr üçün çox vaxt bu tədbirlərdə iştirak etmək ödənişsiz olur və hər bir tələbəyə də bu fürsətlərdən yararlanmağını tövsiyə edirəm.

Türkiyədə təhsil alan digər xarici tələbələrə hər hansı tövsiyəniz var mı?

Digər tələbələrə tövsiyəm budur ki, ən əsası sevdikləri ixtisası oxusunlar və nə qədər ki fürsətləri var universtetin onlara bəxş etdiyi imkanlardan mümkün qədər çox yararlansınlar. Çünki bu imkanlardan nə qədər çox yararlansalar, bu onların gələcək həyatları üçün daha çox uğur qazanmalarına səbəb olacaq.

Related Posts

Rəy Bildirin