Məzun Olduqdan Sonra Xaricdə Qalmaq İmkanları

Marmara Group > Bloq > Xaricdə Məzuniyyətdən Sonra > Məzun Olduqdan Sonra Xaricdə Qalmaq İmkanları

Günümüzdə əksər tələbələr keyfiyyətli təhsil almaq və karyeralarında mühüm addımlar atmaq üçün xaricdə təhsil almağa üstünlük verirlər. Xaricdə təhsil sizin akademik bilik və bacarıqlarınızı artırmaqla yanaşı, mədəni və sosial təcrübəni də zənginləşdirir. Keyfiyyətli təhsillə bərabər yaxşı iş imkanları olan ölkələrdə tələbələr məzun olduqdan sonra qalmağı da düşünürlər.

Xaricdə təhsil alan tələbələr məzun olduqdan sonra həmin ölkədə istər iş, istərsə də digər səbəblərdən qalmaq imkanları var. Bir çox ölkə ixtisaslı məzunlara iş icazəsi, yaşayış icazəsi və hətta vətəndaşlıq kimi müxtəlif imkanlar təklif edir. Bu imkanlar məzunlara təhsil aldıqları ölkədə rahatlıqlara qalmaq imkanı verir.

Bəs xaricdə məzun olduqdan sonra qalmaq üçün nə lazımdır və bu imkanları necə dəyərləndirmək olar? Gəlin məlumat alaq.

Xaricdə məzun olduqda sonra qalmağın yolları

Xaricdə məzun olduqdan sonra qalmağın bir neçə yolu var. Onlardan bəziləri bunlardır:

Təhsildən sonrakı iş vizası (“Post-Study Work Visa”)

Bir çox ölkələr məzun olan tələbələrə müəyyən müddət ərzində işləmək imkanı verən viza təklif edir. Bu vizalar tələbələrə işləmək və iş axtarmaq, eləcə də uzun müddət ərzində daimi yaşayış icazələri üçün müraciət etmək şansı verir. Məsələn, Kanandada məzun olduqdan sonra qalmaq üçün 3 il, Avstraliyada  18 aydan 4 ilə qədər, Birləşmiş Krallıq isə 2 il işləməyə icazə verir.

Bacarıqlı işçi vizaları  (“Skilled Worker Visas”)

Təhsil və bacarıq səviyyəsinə görə verilən bu vizalar çox vaxt daimi yaşayış icazəsinə çevrilə bilir. Yüksək ixtisaslı işçilər üçün olan bu vizalar uzunmüddətli iş və yaşayış icazəsi verir. Mühəndislər, həkimlər və İT mütəxəssisləri kimi peşəkarlar bu vizalardan yararlana bilərlər.

Şirkət sponsorluqları

İşəgötürən tərəfindən sponsorluq etmək xaricdə qalmağın ən geniş yayılmış yollarından biridir. Beynəlxalq şirkətlər beynəlxalq işçilərə ixtisaslaşdırılmış vəzifələr üçün sponsorluq edə və onlara uzunmüddətli iş vizası verirlər ki, bu viza ilə xaricdə qalmaq mümkündür.

Sahibkarlıq və investisiya vizaları

Sahibkarlıq və investisiya vizaları öz biznesini qurmaq və ya müəyyən məbləğdə investisiya qoymaq istəyən məzunlar üçün ideal seçimdir. Məzunlar xaricdə qalmaq üçün bu vizalardan istifadə edə bilərlər.

Əlavə təhsil (“Further Studies”)

Magistratura və doktorantura təhsilinə və ya əlavə bakalavr təhsili almaqla təhsil vizasının müddətini uzadıb xaricdə qalmaq mümkündür.

(Mənbə: https://www.quora.com/ )

Məzun olduqdan sonra iş tapmaq üçün nə qədər vaxt verilir?

Xaricdə məzun olduqdan sonra iş tapmaq üçün tələb olunan vaxt ölkəyə və onun immiqrasiya siyasətinə görə dəyişir.

Bəzi ölkələrin iş tapmaq üçün verdiyi vaxt belədir:

Böyük Britaniya

Birləşmiş Krallıq məzun olan tələbələrə məzun olduqdan sonra 2 il işləməyə imkan verən “Post-Study Work Visa” vizası təklif edir. Doktorantura məzunları üçün bu müddət 3 ilə qədər uzadıla bilər.

Polşa

Polşada təhsilini başa vuran tələbələr məzun olduqdan sonra 9 ay müddətində iş axtarışı icazəsi ala bilərlər. Bu müddət ərzində məzunlar Polşada uyğun iş tapdıqları təqdirdə iş icazəsi üçün müraciət edə bilərlər.

Avstraliya

Avstraliyanın məzunlara verdiyi “Temporary Graduate Visa” (subclass 485) məzun olduqdan sonra 18 aydan 4 ilə qədər iş icazəsi verir. Bu müddət tələbənin təhsil aldığı proqramın səviyyəsindən və müddətindən asılı olaraq dəyişir.

Kanada

Kanada “Post-Graduation Work Permit” (PGWP) ilə məzun olan tələbələrə məzun olduqdan sonra 3 ilə qədər iş icazəsi təklif edir. Bu icazə tələbənin Kanadada təhsil proqramını başa vurması şərti ilə verilir.

Almaniya

Almaniya məzun olan tələbələrə məzun olduqdan sonra 18 ay ərzində iş axtarmağa icazə verir. Bu müddət ərzində məzunlar Almaniyada münasib iş tapdıqları halda iş icazəsi üçün müraciət edə bilərlər.

Hollandiya

Hollandiya məzun olan tələbələrə bir illik iş axtarmağa imkan verən “Orientation Year” vizası təklif edir. Bu müddət ərzində məzunların iş axtarışı və məşğulluq imkanları var.

Bu ölkələrlə yanaşı, bir çox ölkələr də oxşar siyasət həyata keçirərək məzunlara qalmaq imkanı yaradırlar. Qeyd etdiyimiz kimi məzun olduqdan sonra iş axtarma vaxtı və iş icazəsi alma prosesləri ölkənin immiqrasiya qanunları və siyasətlərindən asılı olaraq dəyişir. Ona görə də bu proseslə bağlı daha dəqiq məlumatı müvafiq ölkənin rəsmi immiqrasiya və viza saytlarından almağınız məsləhətdir.

İş olmadan xaricdə qalma müddətini necə uzatmaq olar?

Xaricdə qalma müddətini işləmədən uzatmağın bir neçə qanuni yolu var. Bu yollara əlavə təhsil, könüllülük layihələribə qoşulmaq, tədqiqat proqramları və ya müəyyən şərtlər əsasında vizanın uzadılması kimi seçimlər daxildir.

Təhsil vasitəsilə qalma müddətinin uzadılması

Təhsil yolu ilə vizanın uzadılması ən çox yayılmış üsullardan biridir. Tələbələr aspirantura proqramlarına yazılmaqla və ya dil kurslarına qatılmaqla qalma müddətini uzada bilərlər. Magistratura və ya doktorantura proqramlarına yazılmaqla, yaxud da bütün tədris pillələrində təhsili davam etdirməkdən əlavə 2-ci təhsil almaqla da tələbə vizanızı uzada bilərsiniz.

Bundan əlavə, bəzi ölkələr tələbələrə dil öyrənmək məqsədilə vizalarını uzatmağa icazə verir.

Könüllük proqramları

Bir çox ölkələr könüllü kimi işləmək istəyənlər üçün xüsusi viza növləri təklif edirlər. Bu vizalar adətən konkret təşkilatlar və ya layihələr çərçivəsində olan könüllü işləri əhatə edir. Avropa Könüllülük Xidməti (EVS) kimi proqramlar gənclərə könüllü olmaq və müxtəlif Avropa ölkələrində qalmaq imkanı verir.

Tədqiqat və akademik proqramlar

Tədqiqat layihələrində iştirak etmək və ya akademik tədqiqatlarda iştirak etmək vizanın uzadılması üçün başqa bir üsuldur. Bu cür proqramlar adətən universitetlər və ya tədqiqat institutları tərəfindən həyata keçirilir. Akademik tədqiqat layihələrində və ya post-doktorantura proqramlarında iştirak etməklə vizanızı uzatmaqla təhsil aldığınız ölkədə qala bilərsiniz.

Ailə vasitəsilə vizanın uzadılması

Bəzi ölkələr ailə üzvləri vasitəsilə vizanın uzadılmasını təklif edirlər. Yəni əgər ailə üzvlərinizdən biri təhsil aldğınız ölkənin vətəndaşıdırsa, yaxud da təhsil aldığınız ölkənin vətəndaşı ilə ailə qursanız, həmin ölkədə vizaya müraciət edib qala bilərsiniz.

Sağlamlıqla bağlı səbəblər

Səhhətindəki problemlərə görə vizanın uzadılması da mümkündür. Əgər təhsil aldığınız ölkədə sağlamlıqla bağlı probleminiz olarsa və müalicə almaq üçün daha çox vaxta ehtiyacınız varsa, tibbi arayış və sənədlərlə birlikdə vizanın uzadılması üçün müraciət edə bilərsiniz. Uzunmüddətli müalicə tələb edən hallarda, tibbi vizanın uzadılması üçün müraciət edə etməyiniz də mümkündür.

(Mənbə: https://www.quora.com/ )

Xaricdə yaşamaq üçün ən yaxşı şəhərlər

Xaricdə yaşamaq üçün ən yaxşı şəhərlər həyat keyfiyyəti, təhlükəsizlik, təhsil imkanları, səhiyyə xidmətləri, iş imkanları və mədəni fəaliyyətlər kimi amillərdən, eyni zamanda sizin seçiminizdən aslıdır.

Bu meyarlara görə yaşamaq üçün ən yaxşı şəhərlərdən bəzi bunlardır:

  • Vankuver, Kanada
  • Sürix, İsveçrə
  • Münhen, Almaniya
  • Berlin, Almaniya
  • Tokio, Yaponiya
  • Paris, Fransa
  • Kopenhagen, Danimarka
  • Vyana, Avstriya
  • Amsterdam, Hollandiya
  • Roma, İtaliya

Xaricdə necə iş tapmaq olar?

Xaricdə iş tapmaq günümüzdə çox asandır. Xüsusilə təhsil aldığınız ölkəyə artıq adaptasiya olmuş olduğunuzdan qısa müddətdə iş tapa bilərsiniz.

Xaricdə iş tapmaq üçünsə bunları edə bilərsiniz:

Online iş elanları və karyera saytları

Beynəlxalq iş axtarış saytlarından istifadə edərək istədiyiniz sahədə olan vakansiyalarla tanış ola bilərsiniz. LinkedIn, Indeed, Glassdoor kimi platformalar xaricdə elanların yerləşdirildiyi məşhur saytlardır. Bu saytlarda profil yaradıb, elanlara müraciət edərək iş tapmaq şansınızı artıra bilərsiniz.

Şirkətlərin karyera səhifələri

Marağınız olan şirkətlərin rəsmi veb saytlarındakı karyera səhifələrini müntəzəm olaraq izləyin. Bir çox böyük şirkətlər vakansiyaları öz veb-saytında elan edir və birbaşa müraciət qəbul edir.

Karyera sərgiləri

Karyera səegiləri işəgötürənlərlə birbaşa tanış olmaq və işə müraciət etmək imkanı verir. Bu tədbirlərdə iştirak edərək, işəgötürənlərlə üz-üzə görüşmək imkanı əldə edə və rahatlıqla iş tapa bilərsiniz.

Sosial şəbəkələr

LinkedIn kimi işlə əlaqəli şəbəkələrdə aktiv olun və beynəlxalq əlaqələr qurun. Burada maraqlandığınız sahədən olan adamlarla əlaqə qurmaq iş tapmağınıza kömək edəcək.

Universitetlərin karyera mərkəzləri

Xaricdə olan universitetlərin hamısında kariyera mərkəzləri olur. Bu mərkəzlər iş elanları, təcrübə imkanları və karyera məsləhətçiliyi xidmətləri təqdim edir ki, bura müraciət etməklə xidmətlərdən yararlanıb xaricdə iş tapa bilərsiniz.

Könüllü iş və təcrübə proqramları

Könüllü iş və təcrübə proqramları xaricdə iş tapmağın başqa bir yoludur. Bu proqramlar beynəlxalq təcrübə qazanmanıza və müxtəlif şirkətlərdə iş mühitini görməyinizə səbəb olur. Proqramları bitirdikdən sonra artıq təcrübəniz olduğundan iş tapmağınız da asanlaşır.

Bunlarla bərabər təhsil aldığınız ölkənin dilini öyrənməklə, sosial şəbəkələrdə həmin ölkənin şirkətlərində çalışan insanlarla dostluq əlaqələri qurmaq, yaxud da iş tapmağa dəstək olan şirkətlərə müraciət kimi amillər də xaricdə iş tapmağınıza kömək edəcək.

Related Posts

Rəy Bildirin