Türkiyədə doktorantura təhsili alan tələbəmizin təəssüratları

Marmara Group > Bloq > Blog > Türkiyədə doktorantura təhsili alan tələbəmizin təəssüratları

Salam, Xoş gördük Səfalı! Səfalı kimdir? Hal-hazırda harada və hansı ixtisas üzrə təhsil alır?

Salam, mən Cəfərzadə Səfalı, 25 yaşındayam. Azərbaycan Dövlət İqtisad Universitetində Marketinq və MBA əsaslı mühasibat uçotu audit ixtisasları üzrə bakalavr və magistr təhsili aldıqdan sonra hal-hazırda Türkiyənin Bilecik şəhərindəki Bilecik Şeyh Edebali Universitetində Menecment üzrə doktorantura təhsili alıram.

Necə oldu ki, Türkiyədə doktorantura təhsili almaq qərarına gəldiniz və bu qərarı verməyinizə hansı faktorlar təsir etdi?

Doktorantura təhsili almaq mənim çoxdankı arzum idi, ailəmin də dəstəyi ilə bu arzumu reallaşdırdım. Onlar da mənim xaricdə təhsil almağımı dəstəklədilər. Məzh Türkiyədə təhsil almaq istəyirdim. Bu arzumuzun reallaşmasında isə Marmara Group Təhsil Mərkəzi heyətinin çox böyük əməyi oldu. Onlara minnətdarlığımı bildirirəm.

Türkiyədə tələbə həyatının ən böyük üstünlüyü nədir? Xüsusi ilədə Doktorantura tələbəsi olmağın üstünlükləri

Türkiyədə doktorantura təhsilinin ən böyük üstünlüklərindən biri də odur ki, eyni dil ailəsinə mənsubuq, istər mentalitet, istərsə də mətbəxlərimiz oxşardır və həqiqi mənada Azərbaycanlı olduğumu bildiklərində bizə istiqanlı davranırlar. Bunu daha əvvəl İstanbulda hava limanında müşahidə etmişdim. Burada doktorantura tələbəsi olmağın üstünlükləri bir çox layihə, proyektlərdə, kitabların, məqalələrin yazılmasında və araştırmaların aparılmasında, xarici universitetlərin kitabxanalarında adları keçən türk əsilli professor, doktor və dosentlərdən məsləhətlər və dərslər ala bilərsiniz.

Türkiyədə təhsil sistemi haqqında məlumat verə bilərsiniz? Sizcə, ən diqqət çəkən xüsusiyyəti nədir?

Təbii ki, hər ölkədə təhsil sistemi fərqlidir, eləcə də Türkiyədə. Burada şahidi olduğum və təqdir etdiyim ən üstün xüsusiyyət tələbələrin oxuduqları bilgi və məlumatların müəllimlərin də təkidi ilə proyekt və ya araşdırma üzərində aparılmasıdır. Bu həm bakalavr, həm magist tələbələri üçün keçərlidir.

Türkiyədə tələbə həyatı necədir? Sosial fəaliyyətlər və mədəni tədbirlər tələbələr üçün nə dərəcədə vacibdir?

Türkiyədə tələbə həyatı, əgər həqiqi mənada ölkənin mədəniyyətinə hakimliyiniz və simpatiyanız varsa, çox maraqlıdır. Məsələn, mən özüm üzərindən misal çəkərək deyə bilərəm ki, bura gəlməyimdə əsas faktorlardan biri də uşağlıqdan bəri fanatik azarkeşi olduğum Galatasaray oldu. Burada üzvü olduğum ultrAslan Bilecik Galatasaray azarkeş qrupu da var. Türkiyədə sosial fəaliyyət növləri çoxdur. Çünki mükəmməl dost və ailə ortamı qurulur, dostlarla birlikdə maraqlı fəaliyyətlərə qoşulmaq olur; məsələn həftəsonu səhər yeməyi, yaşlılar və kimsəsiz uşaqlar evini ziyarət, halı saha turnirləri və ən əsası da İstanbula Galatasaray oyunu izləməyə getmək. Buradakı azarkeş qruplarının Universitetdə də fəalları vardır.

Türkiyədə təhsil aldığınız zaman ən böyük çətinliyiniz nə oldu? Bu çətinliklərin öhdəsindən necə gəldiniz?

Sadəcə sistem və adaptasiya deyə bilərəm. İlk 1 həftə adaptasiya müddəti çətin keçir. Amma qısa müddətdə adaptasiya probleminin öhdəsindən gəlmək olur.

Türkiyədə yaşam xərcləri haqqında nə düşünürsünüz? Xüsusilə, tələbələr üçün büdcəni düzgün idarə etmək necə bir təcrübədir?

İqtisadiyyat sahəsində oxuduğum üçün valyutanı tez tez izləyən biri olmuşam. Amma bu Türkiyəyə gəldikdən sonra daha da artdı. Xüsusilə də manatın lirəyə görə dəyərli olması Azərbaycanlı tələbələr üçün üstünlükdür. Burada pulun idarə edilməsinin də tələbələrə təcrübə qatacağı sözsüzdür.

Türkiyədə təhsil alan tələbələr üçün hansı karyera imkanları mövcuddur? Məzun olduqdan sonra nə etməyi düşünürsünüz?

Açığı Türkiyədə phd təhsili almaqda bir məqsədim də ölkəyə döndükdən sonra Universitetdə professor kimi çalışmaqdır. Xüsusilə bizim universitetlərdə xaricdə təhsil alan, xüsusilə də master və phd təhsili alan tələbələrə üstünlük verilir.

Türkiyədə təhsil alan digər xarici tələbələrə nə tövsiyə verə bilərsiniz?

Yaşımın və təcübəmin çox olmasından irəli gələrək öz həmvətənlərimə demək istərdim ki, məqsədlərinə çatana qədər çalışsınlar və daima özlərini inkişaf etdirsinlər.

Türkiyədə təhsilin sizə qazandırdığı ən böyük təcrübə nədir?

Məsələn, yaşadığım evi tək başına idarə edirəm. Yemək bişirmə bacarığımı, ev təmizləmək kimi xüsusiyətlərimi inkişaf etdirdim.

Related Posts

Rəy Bildirin