Ostim Texniki Universitetinin tələbəsi ilə müsahibəmiz

Marmara Group > Bloq > Blog > Ostim Texniki Universitetinin tələbəsi ilə müsahibəmiz

Salam, Xoş gördük Əli! Əli kimdir? hal hazırda harada və hansı ixtisas üzrə təhsil alır?

Salam, Mən Əli Əlizadə, 28 yaşım var. Azərbaycan Tibb Universiteti Hərbi Həkim ixtisası üzrə təhsil almışam. 2023-cü ildə ailəmlə birlikdə Ankaraya köçdüm. Hal-hazırda Ankarada Ostim Texniki Universitetində “ Kompüter mühəndisliyi” ixtisası üzrə  100% təqaüdlə ( ödənişsiz) təhsil alıram.

Necə oldu ki, Türkiyədə tam təqaüdlə təhsil almaq qərarına gəldiniz və bu qərarı verməyinizə hansı faktorlar təsir etdi?

Bildiyimiz kimi, Türkiyədə əksər universitetdən inflyasiya səviyyəsinə uyğun olaraq universitetlərin illik ödənişlərində dəyişikliklər olur. Bu daha çox dövlət universitetlərinə şamil olunsa da özəl universitetlərdə də ola biləcəyi istisna deyil. Bu səbəbdən tam təqaüdlü təhsil həm məntiqli, həm də daha qənaətcil qərardır.

Türkiyədə tələbə həyatının ən böyük üstünlüyü nədir? Xüsusilə də Kompüter Mühəndisliyi tələbəsi olmağın üstünlükləri

Türkiyədə tələbə həyatının üstünlükləri barədə onu deyə bilərəm ki, Türkiyə dünyada xarici tələbə sayına görə öndə gələn ölkələrdən biridir. İstər böyük şəhər olsun, istər kiçik şəhər çox maraqlı tələbə həyatı var. Hal-hazırda Türkiyənin hər yerində oxuyan tələbə dostlarım var. Onların fikirləri də mənimlə eynidir. Kompüter mühəndisliyinə gəldikdə isə kompüter mühəndisliyi bir çox elm adamına görə gələcək 10 illiyin ve hətta 100 illiyin ixtisasıdır. Bu ixtisasla siz dünyanın hər yerində ya da öz vətəninizdə misilsiz işlər görərək çox parlaq bir gələcək qura bilərsiniz. Türkiyədə bu ixtisası oxumaq daha avantajlıdır. Səbəb isə mənə görə Türkiyədə saysız holdinq və şirkətin olmasıdır.

Türkiyədə təhsil sistemi haqqında məlumat verə bilərsiniz? Sizcə, ən diqqət çəkən xüsusiyyəti nədir?

Türkiyədə təhsil sisteminin xüsusiyyətləri haqqında onu deyə bilərəm ki, Türkiyə universitetləri hal-hazırda dünyanın ən yaxşı universitetləri ilə əməkdaşlıq edir. Erasmus proqramları açır. Və siz arzuladığınız ölkələrdə ixtisasınızı kurslarla daha da mükəmməlləşdirə bilərsiniz.

Türkiyədə tələbə həyatı necədir? Sosial fəaliyyətlər və mədəni tədbirlər tələbələr üçün nə dərəcədə vacibdir?

Əvvəldə qeyd etdiyim kimi tələbələr üçün idealdır, həm də digər ölkələrdəki kimi dil ve cəmiyyət sıxıntısı çəkmirsiniz.

Türkiyədə təhsil aldığınız zaman ən böyük çətinliyiniz nə oldu? Bu çətinliklərin öhdəsindən necə gəldiniz?

Türkiyədəki ən böyük çətinliyim burda müvəqqəti yaşama hüququ almaq oldu. Hər nə qədər tələbələrə bunu asanlaşdırsalar da, keçən il çox əziyyət çəkdim. Səbəb isə dərslər başladığı dövrdə Türkiyədə miqrasiya ofisinə bir neçe dəfə gedib gəlmək idi, məcburiyyətdən dərslərdən davamızlıqlar olurdu. Amma çox sevinərək bunu qeyd edə bilərəm ki, artıq bu problem aradan qalxdı. Tələbələr indi bütün sənədləri hazırlayıb univeristete təqdim edirlər, universitet qalan bütün məsələləri həll edir. Türkiyə universitetləri ve Miqraisya idarəsi arasında tələbələrin işini asanlaşdırmaq məqsədilə müqavilə bağlanıb.

Türkiyədə yaşam xərcləri haqqında nə düşünürsünüz? Xüsusilə, tələbələr üçün büdcəni düzgün idarə etmək necə bir təcrübədir?

Türkiyədə Azerbaycanlı tələbələr üçün maddi baxımdan elə də çətinlik olmayacağını düşünürəm. Düzdür, Azərbaycanda oxusam, evimdə qalsam, atam maşınla aparıb gətirsə daha rahat olar deyə düşünə bilərik. Amma inanın kiŞ türk tələbələrə nisbətən biz daha yaxşı maddi durumda oluruq. Səbəb isə, Türkiyəyə gələcək şəxsə maddi dəstəyin Azərbaycandan (azn) ilə edilməsi, tələbənin işini çox asanlaşdırır. Bele ki, bizim pul vahidimiz dollarla sabitləndiyindən, dollar Türkiyədə nə qədər yüksəlirsə, manat da o qədər yüksəlir. İndi belə bir sual yaranır: ailəmin maddi durumu zəifdir. Mən işləməliyəm bəs onda necə? O tələbələrə cavabım beledir: iş tapmaq 1 gününüzü alar. Hər yerdə həm yarımştat, həm tam ştatlı işlər var. Hərçənd ki mən tələbənin öz ixtisasına uyğun bir yerdə çalışmasının tərəfdarıyam. Yenə də çətinlik olarsa, çox asan şəkildə öhdəsinden gəlmək olar. Sadəcə gələrkən bədxərclikdən uzaq olmaq və stabil şəkildə pul xərcləməyi məsləhət görürəm.

Türkiyədə təhsil aldığınız universitet hansı akademik və sosial imkanlar təklif edir? Tələbə klubları var mı?

Təhsil aldığım universitet yeni universitet olmasına baxmayaraq çox böyük bir vəqfin ( şirkət, holdinq deyek) universitetidir. Ankarada “şəhər içində şəhər” deyilən sənaye şəhəri “Ostim”-in mərkəzindədir. Bu gələcək haqqında kifayet qədər pozitiv şeylər vəd edir. Hansı universitetdə təhsil almağınızdan asılı olmayaraq əgər sosiallaşmaq, konfranslara, tədbirlərə, iclaslara qatılmaq istəyirsinizsə, heç kim sizə “ sən A universitetinin tələbəsisən, bizim tədbir B universiteti üçündür, bizim yığıncaq C universiteti üçündür” deməyəcək, bütün tədbirlərə qoşula bilərsiniz.

Türkiyədə təhsil alan tələbələr üçün hansı karyera imkanları mövcuddur? Məzun olduqdan sonra nə etməyi düşünürsünüz?

Məzun olduqdan sonra universitetimizin yardımı ilə Uelse getmeyi orada biraz da tekmilləşməyi düşünürəm, ondan sonra geri dönüb Türkiyədə işləməyə davam edəcəm. Hədəfim “Apple Türkiye- ya da Google Türkiye” şirkətlərində işləməkdir. Bu, təbii ki, asan olmayacaq, amma buna nail olacaq qədər əzmli olduğumu düşünürəm.

Türkiyədə təhsil alan digər xarici tələbələrə nə tövsiyə verə bilərsiniz?

Türkiyədə oxuyacaq tələbələrə tövsiyələrimin əsasında məncə bir fikir durur. Hansı universitetdə, hansı ixtisası oxumağınızdan asılı olmayaraq özünüzü inkişaf etdirin ve öz sahənizdə peşekar, nadir tapılan bir kadr olun. Elə olarsa, arzularınız sizin üçün əlçatan olacaq. Əgər gəlib Türkiyədə vaxt keçirib, sonra diplom almaq üçün gəlirsinizsə, İngiltərənin ən qabaqcıl universitetlerində belə təhsil alsanız, sizin karyeranız çox aşağı səviyyədə olacaq, heç nə əldə edə bilməyəcəksiniz ve burda günahkar axtararaq, bəhanələr uyduraraq həyatınızı neqativleşdirəcəksiniz.

Türkiyədə təhsilin sizə qazandırdığı ən böyük təcrübə nədir?

Mən bu həyatda çox təcrübələr əldə etmişəm. Türkiyədə təhsil almaq, mənə milyonlarla tələbə ilə rəqabət, özünü sınama, özünü inkişaf etdirmə və bəlkə də gələcəkdə dünyanın ən yaxşı  ölkələrində təhsil almaq üçün başlanğıc cəsarəti verdi.

Related Posts

Rəy Bildirin