Salam, Xoş gördük Zülfı! Zülfi kimdir? Hal-hazırda harada və hansı ixtisas üzrə təhsil alır?
Salam xoş gördük. Mən Hüseynli Zülfi Elbrus oğlu. 7 Noyabr 2005-ci ildə Bakıda anadan olmuşam. Bakıdada böyümüşəm, lakin əslən Qərbi Azərbaycanlıyam. Xəyalım Kompüter üzrə proqramist olmaqdır.
Necə oldu ki, Polşada təhsil almaq qərarına gəldiniz və bu qərarı verməyinizə hansı faktorlar təsir etdi?
Xaricdə təhsil almaq usaqlıq arzum olub. 263 saylı tam orta məktəbin 11-ci sinfini bitirdikdən sonra internetdə axtararkən Marmara Group şirkəti barədə gördüm və müraciət etdim. Həmçinin bu şirkəti sonra yaxınlarım və dostlarım da tövsiyyə etdi və müqavilə bağladıqdan sonra dərhal sənədləşmə prosesinə başladıq. Xaricdə təhsil üzrə əməkdaşlar bütün işlərdə kömək etdilər. Hazırda Polşanın Varşava şəhərində yerləşən “University of Economics and Human Sciences” adlanan universitetdə təhsil alıram.
Polşada tələbə həyatının ən böyük üstünlüyü nədir?
Polşada tələbələrə çox güzəştlər edirlər. Həm dərs bölümündə, həm də dərsdənkənar bölümlərdə.
Polşanın təhsil sistemi haqqında məlumat verə bilərsiniz? Sizcə, ən diqqət çəkən xüsusiyyəti nədir?
Bəli. Tələbələrə çox diqqət göstərirlər və bir çox tədbirlər həyata keçirirlər. Müəllimlərin tələbələrlə ünsiyəti tam səmimidir.

Polşada tələbə həyatı necədir? Sosial fəaliyyətlər və mədəni tədbirlər tələbələr üçün nə dərəcədə vacibdir?
Polşa şəhəri sakit və mədəni şəhərdir. Dərsdən sonra universitet nəzdində bir çox idman növləri və məşğuliyyətlər olur. Təbii ki, bu da insanın həm fiziki, həm də ruhən rahatladır.
Polşada təhsil aldığınız zaman ən böyük çətinliyiniz nə oldu? Bu çətinliklərin öhdəsindən necə gəldiniz?
Ən böyük çətinliyim təbii ki ailəm üçün darıxmağım oldu. Bunun da zamanla öhdəsindən gəldim. Dərs zamanında heç bir çətinlik çəkmədim, bu da Marmara Groupun prosesləri düzgün və qaydasında etməsi nəticəsində idi.
Polşada yaşam xərcləri haqqında nə düşünürsünüz? Xüsusilə, tələbələr üçün büdcəni düzgün idarə etmək necə bir təcrübədir?
Mən deyərdim ki, Avropanın tələbə üçün ən sərfəli ölkəsi Polşadır. Qiymətlər orta səviyyədədir, tələbələrin büdcəsinə uyğundur.

Polşada təhsil aldığınız universitet hansı akademik və sosial imkanlar təklif edir?
Təhsil aldığım universitetin digər Avropa ölkələri ilə ikili diplom proqramları var. Bununla yanaşı, tələbələr Erasmus Proqramına da müraciət edə bilərlər.
Polşada təhsil alan tələbələr üçün hansı karyera imkanları mövcuddur? Məzun olduqdan sonra nə etməyi düşünürsünüz?
Məzun olduqdan sonra bitirdikləri ixtisas üzrə ofislərdə iş tapmaq imkanları daha çoxdur.
Polşada təhsil alan digər xarici tələbələrə nə tövsiyə verə bilərsiniz?
Polşada təhsil alan həmvətənlərimə demək istərdim ki, mümkün qədər dərslərinə fokuslansınlar, təhsil aldıqları sahə üzrə daima öz üzərlərində işləsinlər. Burada iş imkanları çoxdur.

Polşada təhsilin sizə qazandırdığı ən böyük təcrübə nədir?
Demək olar ki, Avropa ölkələrinin əksəriyyətini gəzib kəşf etmək imkanım oldu. Digər tərəfdən mənim üçün beynəlxalq təcrübə oldu, çünki Polşada Avropanın hər bir yerindən xarici tələbə təhsil alır.