Salam! Aişə xanım! Xoş gəlmişsiniz bizim 8 sual 8 cavab proqramına. İlk sualımız! Aişə Kimdir?
Öncəliklə bu müsahibəni oxuyan hər bir kəsi salamlayıram. Hər şeydən öncə Aişə Muradova bir Azərbaycan gəncidir, hansı ki bu mənim üçüm böyük bir fəxrdir. Aişə Muradova öz xəyalları və ümidləri uğrunda hər gənc kimi addımlar atmağa çalışan və gələcək üçün imza atmağa çalışan bir gəncdir.
Aişə xanım, necə oldu ki, Türkiyədə təhsil almaq qərarına gəldiniz? Xüsusilə də niyə Hüquq ixtisası üzrə təhsil?
Mənim ən böyük xəyallarımdan biri o idi ki, xaricdə təhsil alaraq həyatımda daha çox təcrübə qazanmaq və öz ayaqlarım üstündə durmaq idi. Bu xəyalımı ilk öncə Gürcüstanın Batumi şəhərində 2 il Akademiya oxuyaraq həyata keçirdim. Daha sonra isə Türkiyə Dövlət Universitetində Hüquq oxuyaraq xəyalımın ilk adımını atdım. Hüquq oxumağımda ki ən böyük səbəb isə odur ki, təəssüf ki, günümüzdə hər kəs öz hüququnu müdafiə edə bilmir və artıq günümüzdə qadın və uşaq haqlarının daha çox müdafiə olunmağı və bu barədə daha çox səsimizi çıxarmalı olduğumuzu düşünürəm və mən də öz ayaqlarım üstündə duraraq səsini çıxara bilməyən bir çox qadınların, uşaqların və insanların hüquqlarını müdafiə etmək istəyirəm.
Hal-hazırda təhsil aldığınız Gaziantep şəhəri və Universitet haqqında nə deyə bilərsiniz?
Gaziantep Universiteti Türkiyənin prestijli və güclü universitetləri arasında yer alır. Gaziantep Universiteti bir zamanlar ODTÜ universiteninə bağlı idi, daha sonra isə ODTÜ-dən ayrılaraq GAÜN adını qazandı. Eyni zamanda isə mavi diplom verən azsaylı universitetlərdən biridir, hansı ki mavi diplom sayəsində bir çox Avropa ölkəsində rahatlıqla iş imkanları tapa bilərik. Gaziantep şəhəri ilə bağlı onu deyə bilərəm ki, qastronomiya cəhətdən yeməklərimiz, mətbəximiz və bir çox adət-ənənəmiz bənzəyir və buna görə bura gələcək olan tələbələrin çox çətinlik çəkmədən rahatlıqla alışa biləcəklərini düşünürəm.

Bir ayda nə qədər xərciniz çıxır? Gaziantep şəhərində tələbələr üçün yataqxana və yeməkxana şəraiti hansı səviyyədədir?
Universitetin tələbələr üçün yüksək səviyyədə yataqxana və yeməkxana imkanları var, bir çox xarici tələbələr yataqxanada raahatlıqla qala bilirlər. Yataqxanada qalan bir tələbə üçün ortalama 5.000-7.000 TL aylıq xərclər üçün kiyafət edir.
Ümumiyyətlə, Türkiyədə tələbə həyatından başqa nə kimi çətinlikləri var?
Hər şeydə olduğu kimi xaricdə təhsilin də öz çətinlikləri əlbəttə ki var. Türkiyədə ki təhsil sistemi bizimkindən fərqlidir ilk başda ona öyrəşmək çətin olabilər daha sonra isə dokument problemləri, siğorta, oxumağ və yaşamaq üçün icazə bəlğəsi almağ, dostlular edinmək və.s kimi çətinliklər və problemlər ilk zamanlarda olabilər lakin Türkiyə bizim qardaş ölkəmiz olduğu üçün qısa müddəttə öyrəşir insan.
Aişə xanım – Hüquq təhsili tələbə namizədlərinə bəzən daha çətin daha əlçatmaz kimi baxış olur. Bu nə qədər doğrudur? Həqiqətənmi çətin ixtisasdır?
Bəli, bu baxış qismən doğrudur deyə bilərəm, çünki hüquq oxumaq əksər hallarda əzbərə, nitq qabiliyyətinə, yazı yazma bacarığına və oxumağı sevməyə dayanır. Məsələn, buna görə hüquq oxuyan tələbələr oxumağı və araşdırmağı sevən tələbələr olmalıdır deyə düşünürəm. Mənim düşüncəm bu yöndədir ki, hüquşünas olunmur, hüquqşünas doğulur. Məncə, hüquq oxuyan bir tələbədə insanların hüququnu müdafiə etmək, nitq qabiliyyəti və insanları inandıra bilmə bacarığı mütləq şəkildə olmalıdır. Eyni zamanda düşünürəm ki, biz azərbaycanlılar millət və xalq olaraq çox müdrik və ağıllı millətik, məhz buna görə gənclərimiz özünü daha çox inkişaf etdirərək hüquq qazana bilərlər, çünkü hüquq ixtisası çox prestijli və çətin bir ixtisasdır.

Özünüzü inkişaf etdirmək üçün dərslərdən əlavə nə ilə məşğul olursunuz?
Bacardığım qədər dərs kitablarından əlavə hüquq kitabları və yazıları oxumağa çalışıram. Tarix, coğrafiya, siyasət və fəlsəfə kimi məlumatları daha çox və dərindən araşdırmağa çalışıram. Tarixi və muzey gəzintiləri etməyə çalışıram və əlimdən gəldiyi qədər yazı yazmaq bacarığımı və nitq qabiliyyətimi də inkişaf etdirməyə çalışıram.
Universiteti bitirdikdən sonra nə edəcəksiniz? Məzun olduqdan sonra planlarınız nələrdir?
Universiteti bitirdikdən 1 il məcburi stajdan sonra ilk zamanlarda hüquqşünas (vəkil) olaraq təcrübə qazanmaq istəyirəm, daha sonra isə xəyalımdakı ixtisas prokuror olmaq istəyirəm və bunun üçün əlimdən gəldiyi qədər çalışıram. Son olaraq isə dəyərli və əziz Azərbaycan gənclərinə isə məsləhətim odur ki, heç vaxt ümidlərini itirməsinlər. Nə olursa olsun, daha çox sınasınlar, çünki ən qaranlıq gecənin sonunda belə günəş çıxır.