Müsahibimiz Onur Əlizadənin gözündə Türkiyədə təhsil

Marmara Group > Bloq > Blog > Müsahibimiz Onur Əlizadənin gözündə Türkiyədə təhsil

Salam! Onur! Xoş gəlmişsiniz bizim 9 sual 9 cavab proqramına. İlk sualımız! Onur Əlizadə Kimdir?

Salam, mənim adım Əlizadə Onur. Bakı şəhərində anadan olmuşam. Özümü xəyallarını gerçəkləşdirmək üçün əmin adımlarla irəliləyən bir Azərbaycan gənci kimi təqdim edə bilərəm.

Onur bəy, necə oldu ki, Türkiyədə təhsil almaq qərarına gəldiniz? 

Uşaqlıqdan arzum Kompüter elmləri üzrə profesionallaşmaq olub. Bu səbəbdən Türkiyədə təhsil almaq qərarına gəldim və MARMARA GROUP əməkdaşlarının dəstəyi ilə bu arzuma çatdım. Şirkət əməkdaşları Türkiyəyə gəldikdən sonra belə mənə hər işdə dəstək oldular.

Hal-hazırda təhsil aldığınız Gümüşhane şəhəri və Universitet haqqında nə deyə bilərsiniz?

Gümüşhane Universitetinin tələbəsi olaraq deyə bilərəm ki, təhsil sistemi çox mükəmməl qurulub. Müəllimləri gülərüz, savadlı, təhsilə önəm verən – hər biri dəyərli insanlardır. Gümüşhane şəhəri haqqında deyə onu bilərəm ki, çox gözəl, sakit şəhərdir. İnsanları mehribandır.

Bir ayda nə qədər xərciniz çıxır? Gümüşhane şəhərində tələbələr üçün yataqxana və yeməkxana şəraiti hansı səviyyədədir?

Yataqxana ödənişim aylıq 250 AZN təşkil edir, Aylıq yemək üçün 200 AZN, digər lazımlı xərclər üçün aylıq təxmini 50 AZN xərclərim olur.

Ümumiyyətlə, Türkiyədə tələbə həyatından başqa nə kimi çətinlikləri var?

Çox ciddi problemlərlə qarşılaşmamışam. Mənim üçün əsas problemlərdən biri ictimai nəqliyyat sıxlığıdır. Buna da zaman-zaman alışmaq olur.

Bəzi tələbələrə xaricə getmək imkansız gəlir. Həmyaşıdlarınıza nə demək istərdiniz?

Xaricə getmək göründüyü kimi imkansız deyil. Çox rahat və asandır, bu haqda sizlərə deyə bilərəm ki, xaricdə sizin üçün çətinliklər sadəcə ilk ayınızda uyğunlaşmaq və şəhəri tanımaq olur. Digər çətinlik isə indiyə kimi ailə evindən ayrı qalmamısınızsa, ailəniz üçün darıxa bilərsiniz. Digər məsələlər isə düzələndir, adaptasiya problemi çox normaldır, buraya gələn hər xarici tələbə bununla üzləşir.

Özünüzü inkişaf etdirmək üçün dərslərdən əlavə nə ilə məşğul olursunuz?

Texnologiya haqqında daha çox məlumatlanmaq üçün formlardan, videolardan, kitablardan faydalanıram. Büdcəmə və ailəmə dəstək olmaq üçün istənilən növ bütün kompüterləri təmir edirəm, kompüterləri başdan qurur və satıram.

Universiteti bitirdikdən sonra nə edəcəksiniz? Məzun olduqdan sonra planlarınız nələrdir?

Texnoloji alətlər üçün ilk növbədə mağaza açıb daha sonra özümə məxsus bir marka qurmağı və kariyeramı genişləndirməyi düşünürəm.

Təhsil aldığınız müddət ərzində Erasmus proqramı ilə hər hansı xarici ölkəyə gedib təhsil almağı planlayırsız?

Bəli əlbəttə ki, Latviyaya gedib orda təhsilimi gücləndirmək üçün Marmara Group’un dəstəyi ilə bu arzumu da həyata keçirəcəm.

Related Posts

1 Response

Rəy Bildirin