Həm dil və mədəniyyət baxımından bənzərlik, həm də təhsil keyfiyyətinə görə Türkiyə tələbələr tərəfindən ən çox seçim olunan ölkələrdəndir. Bəs Türkiyədəki universitetlərin ən reytinqliləri, təhsil haqqısı sərfəli olan və tələbələrin seçməli olduğu universitetlət hansılardır? Bu bloqumuzda Türkiyə universitetləri üzrə olan araşdırmamış əsasında tələbələri maraqlandıracaq sualların cavabını axtarmışıq.
Türkiyə universitetlərindən hansılarının yüksək reytinqi var?
Türkiyə akademik nailiyyətləri, innovativ tədqiqatları və beynəlxalq əməkdaşlıqları ilə seçilən bir çox nüfuzlu universitetlərə ev sahibliyi edir. Bu universitetlər dünya reytinqlərində mühüm yer tutur və müxtəlif sahələrdə təhsil imkanları təklif edir. QS World University Rankings Times Higher Education reytinq sıralaması və universitetlərin son 5 illik fəaliyyətinini araşdırmağımız nəticəsi olaraq Türkiyə reytinqlərində ən yüksək bal toplayan 10 universitet bunlardır:
| Universitetlər | Haqlarında məlumat |
| Boğaziçi Universiteti | İstanbulda yerləşən Boğaziçi Universiteti xüsusilə mühəndislik, humanitar və sosial elmlər sahələrində yüksək səviyyəli təhsil verir. Beynəlxalq səviyyədə tanınmış universitet olan Boğaziçi tələbələrə dinamik kampus həyatı və geniş tədqiqat imkanları da təqdim etməsilə illərdir reytinqlərdə birincidir. |
| Orta Doğu Texniki Universiteti (ODTÜ) | Ankarada yerləşən ODTÜ mühəndislikdən sosial elmlərə qədər müxtəlif ixtisaslara keyfiyyətli təhsil proqramları təklif edir. Araşdırma və innovasiya sahəsində lider olan ODTÜ beynəlxalq layihələrdə və əməkdaşlıqlarda da fəal rol oynayır. |
| İstanbul Texniki Universiteti (İTU) | Türkiyənin ilk texniki universiteti olan İTU, mühəndislik və memarlıq sahələrində dünya miqyasında nüfuza malikdir. Yarandığı gündən texnologiya və innovasiya sahəsində aparıcı rol oynayan İTÜ tələbələrinə praktiki və nəzəri bilikləri birləşdirən təhsil imkanları verir. |
| Koç Universiteti | İstanbulda yerləşən Koç Universiteti xüsusilə hüquq, tibb və biznes üzrə təhsil proqramları ilə tanınır. Tədqiqat yönümlü yanaşmanı tədrisinə tətbiq edən universitet tələbələrə beynəlxalq standartlarda təhsil və tədqiqat mühiti təklif edir. |
| Bilkent Universiteti | Ankarada yerləşən Bilkent Türkiyənin ilk özəl universitetlərindəndir və xüsusilə biznes, mühəndislik və sosial elmlər sahələrində güclü təhsil proqramlarına malikdir. Tələbə mərkəzli yanaşmanı mənimsəyən Bilkent innovativ təhsil yanaşması ilə diqqət çəkir. |
| Sabancı Universiteti | İstanbula yaxın yerdə yerləşən Sabancı Universiteti fənlərarası təhsil proqramları ilə seçilir. Tələbələrinə çevik təhsil modeli təklif edən Sabancı, araşdırma və sahibkarlıq sahəsində xüsusilə ideal tədrisə metoduna sahibdir. |
| Hacettepe Universiteti | Ankarada yerləşən Hacettepe xüsusilə səhiyyə elmləri sahəsində Türkiyənin qabaqcıl qurumlarından biridir. Təbiət, əczaçılıq və sağlamlıq elmləri sahələrində geniş araşdırma imkanları təklif edən Hacettepe, elm və sosial elmlərdə də güclü proqramlara malikdir. |
| Ege Universiteti | İzmirdə yerləşən Ege Universiteti xüsusilə kənd təsərrüfatı, dəniz elmləri və tibb sahələrində önə çıxır. Müxtəlif fənlər üzrə geniş təhsil və tədqiqat imkanları təklif edən Ege, beynəlxalq əməkdaşlıqları ilə də tanınır. |
| İstanbul Universiteti | Türkiyənin ən köklü ali təhsil müəssisələrindən biri olan İstanbul Universiteti müxtəlif sahələrdə keyfiyyətli təhsil təklif edir. Bir çox sahələrdə, xüsusilə hüquq, tibb və elm sahəsində güclü akademik kadrlara malikdir. |
| Anadolu Universiteti | Eskişehirdə yerləşən Anadolu Universiteti əsasən distant təhsil proqramları ilə ölkədaxili və beynəlxalq səviyyədə nüfuza malik universitetdir. |
Türkiyənin ən yaxşı dövlət universitetləri
| Universitetlər | Haqlarında məlumat |
| Hacettepe Universiteti | Təbiət elmləri, sosial elmlər və mühəndislik daxil olmaqla, geniş sahələrdə güclü akademik proqramlar təklif etməklə tanınır. Xüsusilə tibb fakültəsi milli və beynəlxalq səviyyədə nüfuza sahibdir. |
| Orta Doğu Texniki Universiteti (ODTÜ) | Mühəndislik, humanitar və sosial elmlər sahələrində beynəlxalq səviyyədə tanınan universitetdir. Yüksək keyfiyyətli akademik heyəti və tədqiqat imkanları ilə seçilir. |
| Ankara Universiteti | Bu, müxtəlif sahələrdə akademik proqramlar təklif edən köklü bir universitetdir. Xüsusilə sosial elmlər və təbiət elmləri sahələrində peşəkar heyyətə sahibdir. |
| Gebze Texniki Universiteti | Mühəndislik, kompüter elmləri və sənaye mühəndisliyi kimi sahələrdə güclü akademik infrastruktura malikdir. Sənaye sahəsindən olan tanınmış şirkətlərlə etdiyi əməkdaşlıq çərçivəsində həyata keçirdiyi layihələrlə seçilir. |
| Ege Universiteti | Kənd təsərrüfatı, dənizçilik, tibb və sosial elmlər kimi müxtəlif sahələrdə güclü akademik quruluşa malikdir. İnnovativ tədqiqat layihələri və beynəlxalq əməkdaşlıqları ilə tanınır. |
(mənbə: https://istanbulbogazicienstitu.com/turkiyenin-en-iyi-devlet-universiteleri)
Türkiyənin tanınmış özəl universitetləri
| Universitetlər | Haqlarında məlumat |
| Koç Universiteti | İstanbulda yerləşən Koç Universiteti biznes, hüquq, mühəndislik və tibb kimi müxtəlif sahələrdə güclü akademik proqramlar təklif edir. Xüsusilə beynəlxalq səviyyədə tanınmış tədqiqat mərkəzləri və əməkdaşlıqları ilə tanınır. |
| Bilkent Universiteti | Ankarada yerləşən Bilkent Universiteti humanitar, mühəndislik, biznesin idarə edilməsi və sosial elmlər kimi sahələrdə güclü akademik infrastruktura malikdir. Türkiyənin ilk özəl universitetlərindən biridir. |
| Sabancı Universiteti | İstanbulun Tuzla səmtində yerləşən Sabancı Universiteti mühəndislik, sosial elmlər, biznes və incəsənət kimi sahələrdə güclü akademik proqramlar təklif edir. |
| Bezmialem Vakıf Universiteti | İstanbulda yerləşən Bezmialem Foundation University təbiət elmləri, tibb və stomatologiya kimi sahələrdə güclü akademik infrastruktura malikdir. Ənənəvi və müasir tibb sahələrində təlimlər verir. |
| Çankaya Universiteti | Ankarada yerləşən Çankaya Universiteti mühəndislik, rabitə, hüquq və biznes idarəçiliyi kimi sahələrdə müxtəlif akademik proqramlar təklif edir. Beynəlxalq tələbə mübadiləsi proqramları və əməkdaşlıqları ilə tanınır. |
(mənbə: https://istanbulbogazicienstitu.com/turkiyedeki-en-iyi-ozel-universiteler)
Hansı Türkiyə Universitetlərində attestatla qəbul var?
| Universitetlər | Haqlarında məlumat |
| Eskişehir Osmanqazi Universiteti | Eskişehir Osmanqazi Universiteti xüsusilə təhsil, mühəndislik və sosial elmlər sahələrində güclü akademik infrastruktura malikdir. Təhsilə tələbə mərkəzli yanaşması ilə tanınır. |
| Kafkas Universiteti | Kafkas Universiteti geniş akademik proqramlar təklif edən və tələbələrinə müasir təhsil imkanları təqdim edən universitetdir. Humanitar, sosial elmlər və tibb elmləri kimi sahələrdə güclü akademik struktura malikdir. |
| Batman Universiteti | Batman Universiteti xüsusilə sosial elmlər, təbiət elmləri və tibb elmləri sahələrində fərqlənən bir universitetdir. |
| Harran Universiteti | Harran Universiteti kənd təsərrüfatı elmləri, tibb, mühəndislik və sosial elmlər kimi sahələrdə güclü tərəfləri olan tanınmış universitetdir. Regional inkişafa töhfə verən tədqiqat layihələri ilə digər universitetlərdən fərqlənir. |
| Kırıkkale Universiteti | Kırıkkale Universiteti mühəndislik, tibb, sosial elmlər və təbiət elmləri kimi sahələrdə geniş akademik diapazona malikdir. Xüsusilə tibb elmləri sahəsində uğurlu tədris proqramları var. |
Türkiyədə IT üzrə ən yaxşı universitetlər
| Universitetlər | Özəl, yoxsa dövlət | Şəhərlər | Təhsil haqları |
| İhsan Doğramacı Bilkent Universiteti | Özəl | Ankara | 12.000 – 25.000 USD |
| Doğu Akdeniz Universiteti | Özəl | Şimali Kipr Türk Respublikası | 8.000 – 12.000 USD |
| Burdur Mehmet Akif Ersoy Universiteti | Dövlət | Burdur | 1.000 – 5.000 USD |
| Atatürk Universiteti | Dövlət | Ərzurum | 1.000 – 5.000 USD |
| İstanbul Okan Universiteti | Özəl | İstanbul | 7.500 – 15.000 USD |
Türkiyənin memarlıq üzrə ən yaxşı universitetləri
| Universitetlər | Haqlarında |
| İstanbul Texniki Universiteti (İTU) | İstanbulda yerləşən İTU uzun tarixə və memarlıq təhsilində köklü bir quruluşa malikdir. Buraya Memarlıq, Şəhər və Regional Planlaşdırma, Sənaye Dizaynı, Daxili Memarlıq və Landşaft Memarlığı departamentləri daxildir.Dövlət universiteti olan İTU-nun illik təhsil haqqı 1.500 – 12.000 USD aralığındadır. |
| Orta Doğu Texniki Universiteti (ODTÜ) | ODTÜ Şəhər və Regional Planlaşdırma Departamentindən başlayaraq geniş memarlıq təhsili təklif edir. Fakültə daxilində tələbələrə ixtisas kursları (Memarlıq Media) keçərək özlərini təkmilləşdirmək imkanı verilir.Ankarada olan bu dövlət universitetinin illik təhsil haqqı 1.500 – 12.000 USD aralığındadır. |
| İhsan Doğramacı Bilkent Universiteti | Bilkent, geniş memarlıq və dizayn təhsili təklif edir. Ankarada yerləşən universitet vakıf universitetidir, təhsil haqqı isə 1.500 – 12.000 USD aralığındadır. |
| Yıldız Texniki Universiteti (YTU) | Avropa memarlıq təhsili və tədqiqat sahələrində davamlı keyfiyyətli tədris metodu üzərində işləyən dövlət universiteti İstanbulda yerləşdir. İllik ortalama təhsil haqqı 1.000 – 7.500 USD aralığındadır. |
| Mimar Sinan Güzel Sanatlar Universiteti | Sanayi-î Nefise məktəbinin davamı olaraq, Türkiyədə gözəl sənətlər təhsili verən ilk qurumlardan biridir.İstanbulda yerləşən bu dövlət universitetinin illik təhsil haqqı 1.000 – 7.500 USD aralığındadır. |
SAT ilə Türkiyə Universitetlərinə qəbul
| Universitetlər | Şəhərlər | SAT bal tələbi |
| Boğaziçi Universiteti | İstanbul | 1300+ |
| Koç Universiteti | İstanbul | 1300+ |
| Bilkent Universiteti | Ankara | 1200-1300+ |
| Sabancı Universiteti | İstanbul | 1200-1300+ |
| Özyeğin Universiteti | İstanbul | 1100-1200+ |
İngilis dilində tədris verən Türkiyə universitetləri
| Universitetlər | Şəhərləri |
| Boğaziçi Universiteti | İstanbul |
| Orta Doğu Texniki Universiteti (ODTÜ) | Ankara |
| Bilkent Universiteti | Ankara |
| Koç Universiteti | İstanbul |
| Sabancı Universiteti | İstanbul |
| İstanbul Texniki Universiteti (İTU) | İstanbul |
| Yıldız Texniki Universiteti | İstanbul |
| İzmir Texnologiya İnstitutu | İzmir |
| Atılım Universiteti | Ankara |
| TOBB İqtisadiyyat və Texnologiya Universiteti | Ankara |
(mənbə: https://atakurumsal.com/turkiyede-ingilizce-egitim-veren-universiteler/ )
Türkiyənin ən yaxşı təqaüd verən universitetləri
| Universitetlər | Ən çox aylıq təqaüd məbləği |
| Orta Doğu Texniki Universiteti (ODTÜ) | 4000 TL |
| İstanbul Texniki Universiteti (İTU) | 5000 TL |
| İstambul Tibb Elmləri Universiteti | 3000 TL |
| İstanbul Medipol Universiteti | 6000 TL |
| Hasan Kalyoncu Universiteti | 5000 TL |
(mənbə: https://www.basarisiralamalari.com/burs-veren-universiteler/)
Elmi araşdırmalara görə ən yaxşı Türkiyə universitetləri
| Universitetlər | Ümumi balı | Əməkdaşlıq səviyyəsi | Keyfiyyət dərəcəsi |
| Orta Doğu Texniki Universiteti (ODTÜ | 85,40% | 28.15% | 35.86% |
| İstanbul Texniki Universiteti (İTU) | 76.24% | 23.62% | 32.83% |
| Boğaziçi Universiteti | 70.34% | 28.24% | 27.50% |
| İstanbul Yüksək Texnologiyalar Universiteti | 60.87% | 19.94% | 24.95% |
| Yıldız Texniki Universiteti (YTU) | 54.11% | 14.58% | 23.33% |
(mənbə: https://ncc.metu.edu.tr/tr/announcement/odtu-arastirma-universite-yine-birinci)
Təhsil Nazirliyinin bakalavr tədris pilləsi üçün Xaricdə təhsil proqramına daxil etdiyi bəzi Türkiyə universitetləri və ixtisaslar
| Universitetlər | İxtisaslar |
| Bilkent Universiteti | İnformasiya Sistemləri və Texnologiyaları |
| Sabancı Universiteti | Kompüter Elmləri və Mühəndisliyi |
| Ankara Universiteti | Süni İntellekt və Məlumat Mühəndisliyi |
| Boğaziçi Universiteti | Kompyuter Mühəndisliyi |
| İstanbul Texniki Universiteti | Elektronika və Əlaqə Mühəndisliyi |
| Koç Universiteti | Kompüter Mühəndisliyi |
| Ankara Universiteti | Geofizika Mühəndisliyi |
| Ankara Universiteti | Fizika Mühəndisliyi |
| Bilkent Universiteti | Sənaye Mühəndisliyi |
| Boğaziçi Universiteti | Kimya Mühəndisliyi |
| İstanbul Texniki Universiteti | Kimya Mühəndisliyi |
| Hacettepe Universiteti | Riyaziyyat |
| İstanbul Texniki Universiteti | Molekulyar Biologiya və Genetika |
| Orta Şərq Texniki Universiteti | Molekulyar Biologiya və Genetika |
| İstanbul Texniki Universiteti | Aviasiya Mühəndisliyi |
| Orta Şərq Texniki Universiteti | Aerokosmik Mühəndislik |
| Hacettepe Universiteti | İqtisadiyyat |
| Sabancı Universiteti | İqtisadiyyat |
| İstanbul Texniki Universiteti | Dağ-mədən mühəndisliyi |
Təhsil Nazirliyinin magistratura tədris pilləsi üçün Xaricdə təhsil proqramına daxil etdiyi bəzi Türkiyə universitetləri və ixtisaslar
| Universitetlər | İxtisaslar |
| Orta Doğu Texniki Universiteti | İnformasiya Sistemləri |
| Sabancı Universiteti | Kiber Təhlükəsizlik |
| Yıldız Texniki Universiteti | Kiber Təhlükəsizlik və Kriptoqrafiya |
| Ankara Universiteti | Kompüter Mühəndisliyi |
| Koç Universiteti | Biotibbi Elmlər və Mühəndislik |
| İstanbul Texniki Universiteti | Kompüter Mühəndisliyi |
| Koç Universiteti | Kompüter Elmləri və Mühəndisliyi |
| Qazi Universiteti | Elektrik və Elektronika Mühəndisliyi |
| İstanbul Texniki Universiteti | Sistem Dinamikası və İdarəetmə |
| Koç Universiteti | Material Elmləri və Mühəndisliyi |
| Orta Şərq Texniki Universiteti | Biotibbi Mühəndislik |
| Orta Şərq Texniki Universiteti | Sənaye Mühəndisliyi |
| Sabancı Universiteti | Sənaye Mühəndisliyi |
| Yıldız Texniki Universiteti | Biotibbi Mühəndislik |
| Yıldız Texniki Universiteti | Biomühəndislik |
| Marmara Universiteti | Mikrobiologiya |
| Orta Şərq Texniki Universiteti | Biotexnologiya |
| Marmara Universiteti | Fizika |
| Sabancı Universiteti | İstehsalat Mühəndisliyi |
Ən ucuz təhsil haqqı olan Türkiyə universitetləri
Türkiyə universitetlərin təhsil haqqı təhsil pilləsindən, tədris dilindən ixtisasdan və universitetdən aslı olaraq dəyişir və bütün qiymətlər kimi onlar da stabil deyil. Bununla belə, araşdırmamız göstərir ki, Türkiyədə ən ucuz təhsil verən universitetlər dövlət universitetləridir. Dövlət universitetlərində təhsil haqqı 1000-2000 TL aralığından başlayır ixtisas, tədris dili, təhsil pilləsi amillərinə görə artır.
Vakıf, yəni tamamilə ödənişli özəl universitetlərdə isə təhsil haqqı olduqca yüksək ola bilər, təxmini 20.000-100.000 TL aralığında.
Türkiyənin ən ucuz universitetlərinə bunları aid edə bilərik:
- Gümüşhane Universiteti
- Tokat Gaziosmanpaşa Universiteti
- Ardahan Universiteti
- Kafkas Universiteti
- Eren Universiteti
- Siirt Universiteti
- Niğde Ömer Halisdemir Universiteti
Xaricdə təhsil komandamızın Türkiyədə təhsil üzrə mütəxəssisləri göstəricilərinizə əsasən Türkiyənin ən yaxşı, yüksək təqaüdlü və iş imkanları geniş olan universitetlərinə qəbul olmağınıza imkan yaradır.
Bu imkandan yararlanmaq və ən yaxşı Türkiyə universitetlərində təhsil almaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz.




