Qəbul imtahansız təhsil: Hansı ölkələr və universitetlər imtahansız təhsil təklif edir?

Marmara Group > Blog > Qəbul imtahansız təhsil: Hansı ölkələr və universitetlər imtahansız təhsil təklif edir?

Xaricdə təhsil bir çox gəncin arzusu olsa da, qəbul imtahanları, mürəkkəb prosedurlar və yüksək tələblər bu arzunun gerçəkləşməsini çətinləşdirir. Bu çətinliklərə baxmayaraq, sizə sevindirici bir xəbərimiz var! Dünyada bir sıra ölkə və universitetlər qəbul imtahansız təhsil imkanı təqdim edir. 

İmtahanlara vaxt itirmədən, birbaşa universitetə qəbul olunmaq istəyən tələbələr üçün bu, əla fürsətdir.

Xaricdə təhsil yalnız akademik bilik qazanmaq deyil, həm də fərdi inkişaf, yeni mədəniyyətlərlə tanışlıq və beynəlxalq şəbəkə qurmaq üçün yaxşı imkanlar qazandırır. Gənclərin məqsəqlərini və təhsilə olan maraqlarını nəzərə alaraq son illərdə dünyanın bir çox universitetləri qəbul prosedurlarını daha çevik hala gətirib. 

Bunun nəticəsidir ki, imtahan şərti olmadan, sadəcə attestat və digər əsas sənədlərlə tələbə qəbul edən ali təhsil müəssisələrinin sayı getdikcə artır.

Bu yanaşma xüsusilə beynəlxalq tələbələr üçün prosesləri sadələşdirir və daha əlçatan edir.

Qəbul imtahansız təhsil təklif edən ölkələr və universitetlər

1. Türkiyə

Türkiyə bu sahədə azərbaycanlı tələbələr üçün ən çox üstünlük verilən ölkədir. Bir çox dövlət və özəl universitetlər imtahan tələbi olmadan, sadəcə attestat və ya bakalavr diplomu ilə qəbul həyata keçirir. Bu səbəbdən Türkiyədə təhsil əlçatan və rahatdır.

İmtahansız qəbul təklif edən bəzi universitetlər:

  • İstanbul Arel Universiteti
  • İstanbul Gelişim Universiteti
  • İstanbul Kent Universiteti
  • Biruni Universiteti
  • Bahçeşehir Universiteti (bəzi proqramlarda)
  • Nişantaşı Universiteti
  • Altınbaş Universiteti

Bu universitetlər əsasən özəl ali təhsil müəssisələridir və müasir kampus, beynəlxalq proqramlar, ingilis dilli tədris və praktiki yönümlü təhsilləri ilə seçilirlər. Qəbul üçün sadəcə sənədlərin təqdim olunması və bəzən online müsahibə kifayət edir. 

Ətraflı məlumat və müraciət üçün İstanbul Group komandası ilə əlaqə saxlamağınız kifayətdir.

2. Polşa

Avropanın təhsil baxımından yüksələn ulduzu olan Polşada da bir sıra universitetlər sadəcə sənəd əsasında tələbə qəbul edir. Əsasən ingilis dilində tədris olunan proqramlara IELTS və ya TOEFL kimi dil biliyi sübutu ilə müraciət etmək mümkündür. İmtahan tələbi isə yoxdur.

3. Litva və Latviyada

Baltikyanı ölkələr olan Litva və Latviyada təhsil sistemləri çevikdir və əksər universitetlər imtahansız qəbul həyata keçirir. Bu ölkələrdə təhsil xərcləri nisbətən aşağı, yaşam şəraiti isə rahatdır.

4. Macarıstan və Çexiya

Şərqi Avropa ölkələri də bu siyahıya daxildir. Qəbul prosesi əsasən sənədlər əsasında aparılır və yalnız bəzi ixtisaslar (məsələn, tibb və hüquq) üçün əlavə tələblər mövcuddur.

Niyə məhz Türkiyədə təhsil?

Türkiyədə təhsil, həm coğrafi yaxınlıq, mədəniyyət və dil bənzərliyi ilə, həm də tanınmış diplom, nüfuzlu universitetlər, geniş ixtisas seçiminəticəyönümlü təhsil modeli ilə fərqlənir. 

Qəbul imtahansız təhsil imkanları, vaxt və enerji itirmədən xaricdə oxumaq istəyən tələbələr üçün əvəzsiz fürsətdir. Türkiyə başda olmaqla, bir sıra ölkələr əksər sahələrdə tələbələrə geniş imkanlar təqdim edir.

Azərbaycandan olan tələbələr üçün Türkiyədə heç bir qəbul imtahan vermədən universitetə qəbul olmaq rahatdır və bu prosesdə professional dəstək almaq çox önəmlidir. Türkiyədə təhsil üçün qəbul prosesindən tutmuş universitet seçiminə qədər peşəkar dəstək dəstək almaq üçün Marmara Groupla əlaqə saxlayın!

Şirkət peşəkar yanaşması, təcrübəli mütəxəssislərilə imtahansız qəbul edilən universitetlərə sənədlərin hazırlanmasından başlayaraq, qəbul, viza, yerləşmə və digər mərhələlərdə sizin yanınızdadır.

About the author

Rəqəmsal Marketinq üzrə mütəxəssis. Nərminə Kərimova xaricdə təhsil sahəsində rəqəmsal marketinq üzrə mütəxəssis olaraq fəaliyyət göstərir. Xüsusilə xaricdə təhsil sahəsində geniş araşdırmalar aparan və bu mövzuda peşəkar məqalələr yazan təcrübəli kontent menecer və kopirayterdir. O, Xəzər Universiteti və Bakı Mühəndislik Universitetində pedaqoji sahədə ali təhsil almışdır. Peşəkar fəaliyyəti çərçivəsində Study Care 2024 – Beynəlxalq və Qafqazın ən böyük xaricdə təhsil sərgisində iştirak etmiş, eyni zamanda beynəlxalq təhsil layihələrində çalışmışdır. Xaricdə təhsil sahəsində apardığı tədqiqatlar əsasında yazdığı məqalələr Marmara Group veb-saytında yayımlanaraq tələbələrə və valideynlərə dəyərli məlumatlar təqdim edir. Müxtəlif ölkələrdəki təhsil sistemlərini araşdıraraq faydalı və praktik məzmun hazırlayan Nərminə Kərimova, tələbələrin akademik seçimlərini daha düzgün etmələrinə kömək edir.

Əlaqəli Bloq Yazılar

Rəy Bildirin