Memarlıq sahəsində beynəlxalq səviyyədə tanınan təhsil almaq istəyirsinizsə, Polşa ən doğru ölkələrdən biridir. Avropanın mərkəzində yerləşən və zəngin memarlıq tarixinə sahib olan Polşa, təhsildəki nüfuzu və müasir yanaşmaları ilə azərbaycanlı tələbələrin diqqətini cəlb edir. Xüsusilə memarlıq sahəsində Polşa universitetləri həm nəzəri bilik, həm də praktiki bacarıqlar verməklə tələbələri iş həyatına tam hazırlayır.
Avropa İttifaqına üzv olan bu ölkə, həm təhsil xərclərinin münasib olması, həm də beynəlxalq akkreditasiyalara sahib universitetləri ilə seçilir. Burada memarlıq təhsili alan tələbələr, innovativ dizayn yanaşmaları, şəhərsalma trendləri və davamlı memarlıq prinsipləri ilə tanış olur, eyni zamanda Avropa standartlarına uyğun, Azərbaycanda tanınan diplom əldə edirlər.
Niyə Polşada memarlıq təhsili almalısınız?
Polşada memarlıq təhsili almağın bir çox səbəbi var. Həm akademik səviyyənin yüksəkliyi, həm də ölkənin tarixi və müasir memarlığı təhsildə uğurla əks etdirməsi Polşanı Avropada memarlıq təhsili üçün ön sıralara çıxarır.
Yüksək təhsil keyfiyyəti və beynəlxalq akkreditasiyalar– Polşa universitetləri Avropa təhsil sisteminə uyğun olaraq fəaliyyət göstərir və onlar beynəlxalq akkreditasiyalara malikdir. Bu da o deməkdir ki, burada əldə olunan diplomlar Avropa və Azərbaycan, o cümlədən digər ölkələrdə tanınır və işə qəbul prosesində üstünlük qazandırır.
Tarixi və müasir memarlığın vəhdəti– Polşa həm qədim, həm də müasir memarlıq nümunələri ilə zəngindir. Varşava, Krakov, Vroklav kimi şəhərlər memarlıq tələbələri üçün həm öyrədici, həm də ilhamverici canlı laboratoriyalardır. Bu şəhərlərdə klassik Avropa memarlığı ilə yanaşı, müasir və ekoloji memarlıq nümunələri də mövcuddur.
İnnovativ və praktiki tədris proqramları– Polşada memarlıq proqramları yalnız nəzəriyyə ilə məhdudlaşmır. Tələbələr real layihələr üzərində işləyir, müasir proqram təminatlarından istifadə etməyi öyrənir və portfoliolarını inkişaf etdirmək üçün imkanlara sahib olurlar.
Həmçinin universitetlər sektorla əməkdaşlıq etdiyindən, tələbələr real təcrübə qazanırlar.
Aşağı təhsil və yaşam xərcləri– Polşada həm təhsil haqları, həm də gündəlik yaşam xərcləri bir çox Qərbi Avropa ölkələrinə nisbətən daha münasibdir. Bu da memarlıq kimi uzunmüddətli və əhatəli təhsil proqramları üçün tələbələrə əlavə rahatlıq yaradır.
Beynəlxalq tələbə mühiti və ingilisdilli proqramlar– Polşada bir çox universitet memarlıq sahəsində ingilis dilində proqramlar təklif edir. Eyni zamanda ölkədə minlərlə beynəlxalq tələbə təhsil alır ki, bu da ölkəni mədəni müxtəlifliyə hazır edir.
Polşada ən yaxşı memarlıq təhsili verən universitetlər
Polşada memarlıq təhsili almaq istəyən tələbələr üçün seçim imkanları olduqca genişdir. Ölkədə yerləşən bir sıra nüfuzlu universitetlər memarlıq sahəsində həm nəzəri, həm də praktik baxımdan yüksək səviyyədə təhsil verir. Bu universitetlər Avropa təhsil sisteminə uyğun olaraq strukturlaşdırılmış proqramlar təqdim edir və beynəlxalq akkreditasiyalara sahibdir.
Aşağıda Polşada memarlıq təhsili üzrə ən çox tanınan və tələbələr tərəfindən üz tutulan universitetləri qeyd edirik:
- AGH University of Science and Technology
- Warsaw University of Technology
- Wroclaw University of Technology
- Silesian University of Technology
- Poznan University of Technology
- Cracow University of Technology
- Gdansk University of Technology
- University of Warsaw
- Lodz University of Technology
- Warsaw University of Life Sciences
- Jagiellonian University
- West Pomeranian University of Technology of Szczecin
- Lublin University of Technology
- University of Lodz
- Adam Mickiewicz University
- Czestochowa University of Technology
- University of Gdansk
- Polytechnic University, Rzeszow
- Kielce University of Technology
- University of Wroclaw
- University of Technology and Life Sciences of Bydgoszcz
- Military University of Technology
(Mənbə: https://edurank.org/art-design/architecture/pl )
Polşada memarlıq təhsili üzrə proqramlar
Polşada memarlıq sahəsində təhsil almaq istəyən tələbələr üçün müxtəlif ixtisaslaşmış və beynəlxalq səviyyədə tanınan proqramlar mövcuddur. Bu proqramlar innovativ yanaşmalar, praktik layihələr və güclü akademik baza ilə seçilir.
Ən çox seçilən memarlıq proqramları:
- Bachelor of Architecture – Warsaw University of Technology (İngilis dilində tədris olunan 3.5 illik proqramdır. Tələbələr memarlığın əsasları ilə yanaşı şəhərsalma, konstruksiya və dizayn modullarında bilik qazanırlar)
- Master of Architecture and Urban Planning – Cracow University of Technology (RIBA standartlarına uyğun magistr proqramıdır. Layihələndirmə, şəhər mühiti və dayanıqlı tikinti mövzularını əhatə edir.)
- Architecture and Urban Planning – Wroclaw University of Science and Technology (5 illik proqramdır. Tələbələr həm nəzəri, həm də praktiki biliklər əldə edir və real memarlıq layihələrində iştirak edirlər.)
- Sustainable Architecture – Gdansk University of Technology (Ekoloji yanaşmalar və enerji səmərəliliyi üzərində fokuslanan magistr proqramıdır. Yaşıl memarlıq və davamlı şəhər planlaşdırılması üzrə ixtisaslaşmaq istəyənlər üçün uyğundur.)
- Architecture in English – Poznan University of Technology (İngiliscə tədris olunan bakalavr proqramıdır. Müxtəlif mədəniyyətlərdən olan tələbələri bir araya gətirərək beynəlxalq əməkdaşlığa açıq mühit yaradır.)
- Interior Architecture – Academy of Fine Arts in Warsaw (Daxili məkan dizaynı üzrə magistr proqramıdır. Estetik və funksionallığı birləşdirərək müasir interyer memarlığına fokuslanır.)
Bunlar ixtisasların çox az hissəsidir. Polşada memarlıq təhsili üzrə onlarla proqram mövcuddur. Porqramlar haqqında ətraflı məlumat üçün Marmara Group-la əlaqə saxlaya bilərsiniz.
Polşada memarlıq təhsili üzrə təhsil haqqı
Polşada memarlıq təhsili üzrə təhsil haqları digər Avropa ölkələri ilə müqayisədə daha münasibdir və bu, ölkəni xarici tələbələr üçün cəlbedici edir. Təhsil haqqı adətən ildə 4,000 – 6,000 avro aralığından başlayır. Bu məbləğ seçdiyiniz universitet, təhsil səviyyəsi (bakalavr, magistr və s.), həmçinin proqramın dili və ixtisas kimi amillərdən asılı olaraq artır.
Məsələn, dövlət universitetlərində polyak dilində tədris olunan proqramlar daha ucuz olur, ingilis dilində olan proqramlar nisbətən yüksək təhsil haqqı ilə təklif olunur.
Eyni zamanda, Polşada təhsil almaq istəyən tələbələr üçün müxtəlif təqaüd imkanları da mövcuddur. Bu təqaüdlər həm Azərbaycan Elm və Təhsil Nazirliyi, həm də beynəlxalq proqramlar (məsələn, NAWA – Polish National Agency for Academic Exchange) tərəfindən təklif olunur. Erasmus+, Visegrad Fund kimi proqramlar vasitəsilə də maliyyə dəstəyi əldə etmək mümkündür.
Qeyd etmək vacibdir ki, Polşada memarlıq təhsili verən bir çox nüfuzlu universitet Dövlət Proqramlarına daxil olduğu üçün yerli və xarici tələbələr üçün təqaüd almaq şansları daha yüksəkdir.
Polşada memarlıq təhsili üzrə bakalavr
Polşada memarlıq üzrə bakalavr proqramları, tələbələrə memarlığın əsas prinsiplərini və nəzəriyyələrini öyrətməklə yanaşı, praktiki təcrübə qazandırmağa yönəlikdir.
Bakalavr təhsili 3-4 il davam edir və tələbələrə geniş nəzəri biliklər, layihələndirmə bacarıqları, konstruksiya texnologiyaları, şəhərsalma və memarlıq tarixini öyrədir.
Proqramların əksəriyyəti ingilis dilində tədris olunur, lakin polyak dilində də seçimlər mövcuddur.
Bakalavr təhsilində keçirilən bəzi dərslər:
- Memarlıq layihələndirmə
- Konstruksiya texnologiyaları
- Şəhərsalma və infrastruktur
- Memarlıq tarix və nəzəriyyəsi
- Məkan dizaynı
- Statika və strukturlar
- Kompüterləşdirilmiş dizayn (CAD)
- Qrafik təhlil və modelləşdirmə
- Ekoloji və davamlı memarlıq
Bakalavr proqramları əsasən memarlıq layihələndirməsi, şəhərsalma, tikinti texnologiyaları, memarlıq tarixi və dizayn texnikaları kimi sahələri əhatə edir.
Polşada memarlıq üzrə bakalavr proqramlarından bəziləri:
- Bachelor of Architecture – Warsaw University of Technology
- Architecture and Urban Planning – Cracow University of Technology
- Bachelor of Architecture – AGH University of Science and Technology
- Bachelor of Architecture – Wroclaw University of Technology
- Architecture and Urban Planning – Poznan University of Technology
- Bachelor of Architecture – Silesian University of Technology
- Bachelor of Architecture – Cracow University of Technology
Proqramların məzmunu, tədris dili və qəbul şərtləri universitetlərə görə fərqlənir.
Polşada memarlıq təhsili üzrə magistratura təhsili
Polşada memarlıq üzrə magistr təhsili 1.5-2 il davam edir və bu müddət ərzində tələbələrə daha spesifik sahələr üzrə dərslər və layihələr keçirilir. Magistr proqramları tələbələrə memarlıq dizaynı, şəhərsalma, ekoloji inşaat, memarlıq tarixinin müasir tətbiqləri və yüksək səviyyəli layihələndirmə bacarıqları haqqında dərslər verilir.
Magistr təhsilində keçirilən bəzi dərslər:
- Memarlıq dizaynı
- Şəhərsalma və urbanistik inkişafa dair müasir yanaşmalar
- Ekoloji və davamlı memarlıq
- Şəhər strukturları və infrastruktur layihələri
- Memarlıqda rəqəmsal texnologiyalar və innovasiyalar
- Strukturların və tikinti sistemlərinin müasir həlləri
- Memarlıq tarixi və konservasiya texnologiyaları
- Memarlıqda liderlik və idarəetmə
Polşada memarlıq üzrə magistr proqramlarından bəziləri:
- Master of Architecture – Warsaw University of Technology
- Master of Architecture – AGH University of Science and Technology
- Architecture and Urban Design – Cracow University of Technology
- Master of Architecture – Wroclaw University of Technology
- Master of Architecture – Silesian University of Technology
- Urban and Regional Planning – Poznan University of Technology
- Master of Architecture – Gdansk University of Technology
Polşada memarlıq təhsili üzrə doktorantura təhsili
Polşada memarlıq üzrə doktorantura təhsili 3-4 il davam edir və əsasən müstəqil tədqiqat işi üzərində cəmlənir. Bu proqramda tələbələr memarlıq, şəhərsalma, davamlı inşaat texnologiyaları, memarlıq nəzəriyyəsi və tədqiqat metodları kimi sahələrdə dərslər alırlar və elmi işlərini hazırlayırlar.
Doktorantura təhsilində keçirilən bəzi dərslər:
- Tədqiqat metodları və elmi yazı
- Memarlıq nəzəriyyəsi və tənqidi yanaşmalar
- Şəhərsalma və infrastruktur inkişafı
- Ekoloji və davamlı inşaat texnologiyaları
- Memarlıq və şəhərsalma üzrə qabaqcıl araşdırmalar
- Memarlıqda rəqəmsal texnologiyaların tətbiqi
- Peşəkar memarlıq təcrübələri və innovativ dizayn
Polşada memarlıq üzrə doktorantura proqramlarından bəziləri:
- Doctoral Program in Architecture – Warsaw University of Technology
- Doctor of Philosophy in Architecture – AGH University of Science and Technology
- Doctorate in Architecture and Urban Planning – Cracow University of Technology
- PhD in Architecture – Wroclaw University of Technology
- Doctoral Program in Architecture and Urban Design – Poznan University of Technology
- Doctorate in Architecture – Silesian University of Technology
- PhD in Architecture – Gdansk University of Technology
Polşada memarlıq təhsili üzrə ən yaxşı araşdırma institutları
- The Institute of Architecture and Urban Planning – Warsaw University of Technology– Polşanın ən böyük və nüfuzlu universitetlərindən biri olan Varsovada yerləşən bu institut, memarlıq və şəhərsalma sahəsində qabaqcıl tədqiqatlar ilə tanınır. Tədqiqat sahələri arasında davamlı inkişaf, şəhərsalma və urbanizasiya, və memarlıq texnologiyaları mövzuları yer alır.
- The Faculty of Architecture – AGH University of Science and Technology– AGH Universitetindəki Memarlıq Fakültəsi, memarlıqda rəqəmsal texnologiyalar, ekoloji memarlıq və sosial binalar sahələrində irəliləyişlərə yönəlmiş elmi araşdırmalar aparır.
- The Institute of Architecture – Cracow University of Technology– Krakov Universiteti, memarlıq dizaynı, şəhərsalma, və memarlıq tarixi sahələrində bir çox tədqiqat proqramı təklif edir. İnstitut həmçinin memarlıqın gələcəyi və sosial məsuliyyət mövzularında tədqiqatlar həyata keçirir.
- The Department of Architecture and Urban Planning – Wroclaw University of Technology- Wroclaw Universitetinin Memarlıq və Şəhərsalma Bölməsi, davamlı inşaat texnologiyaları və urbanistik inkişaf mövzularında yüksək səviyyəli tədqiqatlar aparır.
- The Institute of Architecture – Poznan University of Technology- Poznan Universitetindəki Memarlıq İnstitutu, memarlıq və şəhərsalma tədqiqatlarında müasir yanaşmalarla tanınır. Bu institutda keçirilən araşdırmalar arasında şəhər təhlili, memarlıqın sosial aspektləri və yaşayış mühitlərinin optimallaşdırılması yer alır.
- The Department of Architecture – Silesian University of Technology- Silesian Universiteti, davamlı şəhərsalma, memarlıq nəzəriyyəsi və infrastruktur tədqiqatları üzrə mühüm araşdırmalar aparır. Bu institutda həmçinin memarlıq və şəhərsalma sahəsində praktik tədqiqat layihələri həyata keçirilir.
- The Institute of Architecture and Urbanism – Gdansk University of Technology- Gdansk Universiteti, memarlıqın ekologiyası və yaşıl şəhərlər sahələrində geniş tədqiqatlar təklif edir. Burada həmçinin şəhərsalma və ekoloji inkişaf mövzuları üzrə araşdırmalar aparılır.
Polşada memarlıq təhsili almaq üçün hansı bacarıqlar lazımdır?
Polşada memarlıq təhsili almaq istəyən tələbələrdən müəyyən bacarıq və keyfiyyətlər gözlənilir. Memarlıq sahəsi həm yaradıcılıq, həm də texniki biliklər tələb edən sahə olduğundan, bu sahəyə marağı olan tələbələrdən bir sıra əsas bacarıqların inkişaf etdirilməsi vacibdir. Həmin bacarıqlara daxildir:
Yaradıcı düşüncə və dizayn bacarıqları: Memarlıq təhsili, tələbənin yaradıcılığını və dizayn bacarıqlarını inkişaf etdirməsini tələb edir. Tələbələr, yeni və funksional strukturlar yaratmaq, memarlıq layihələrini dizayn etmək üçün yenilikçi yanaşmalar göstərməlidir.
Texniki bacarıqlar: Memarlıq təhsili, tələbənin texniki bacarıqlarını inkişaf etdirməsini tələb edir. Rəqəmsal dizayn alətləri, AutoCAD, SketchUp, Revit kimi proqramları istifadə edərək texniki layihələri həyata keçirmək bacarığına sahib olmaq vacibdir.
Məkan təhlili və planlaşdırma: Memarlıq sahəsində uğurlu olmaq üçün tələbələr məkan təhlili və şəhərsalma ilə bağlı dərin biliklərə malik olmalıdırlar. İdeal olaraq, tələbələr məkanın funksionallığını, istifadəçi ehtiyaclarını və davamlılıq prinsiplərini nəzərə alaraq məkan planlaması edə bilməlidirlər.
Fiziki və mühəndislik bilikləri: Memarlıq təhsili zamanı tələbələr həmçinin mühəndislik və fizika sahələrində də biliklər əldə etməlidirlər. Memarlıq layihələrində struktur mühəndisliyi, materiallar, və tikinti texnologiyaları ilə əlaqəli biliklərə sahib olmaq gözlənilir.
Təhlil və problem həll etmə bacarığı: Memarlar layihə ərzində qarşılaşdıqları çətinlikləri təhlil edib, yenilikçi və praktiki həllər təklif etməli, ortaya çıxan problemləri səmərəli şəkildə həll etməlidirlər.
Komanda işində bacarıq: Memarlıq sahəsində, xüsusilə böyük layihələrdə, komanda işində bacarıq çox önəmlidir. Tələbələr, mühəndislər, tikinti mütəxəssisləri və digər əlaqədar sahələrdəki şəxslərlə komanda olaraq işləməyi bacarmalıdırlar.
Ünsiyyət bacarıqları: Yazılı və şifahi ünsiyyət bacarıqları, layihə haqqında düzgün məlumat vermək, rəy almaq və fikir mübadiləsi etmək üçün vacibdir.
Təhlil edici yanaşma: Memarlıq tələbələri təhlil etmə bacarıqlarını inkişaf etdirməlidirlər. Bu, layihə və dizaynların funksional, maliyyə cəhətdən sərfəli və ekoloji baxımdan uyğun olub olmadığını qiymətləndirməkdə kömək edir.
Səbirlilik və dəqiq yanaşma: Memarlıq layihələri çox vaxt uzunmüddətli və detallıdır, buna görə də səbirli olmaq və detallara diqqət yetirmək tələb olunur.
Bu bacarıqların inkişaf etdirilməsi, tələbələrin Polşada memarlıq təhsili müddətində uğurlu olmalarına kömək edəcəkdir.
Polşada memarlıq təhsili üçün daha ətraflı məlumat əldə etmək və Polşanın ən yaxşı universitetlərində təqaüdlü təhsil almaq üçün Marmara Groupla əlaqə saxlayın! Peşəkar mütəxəssislərimiz istədiyiniz univetsitetə qəbul olmağınıza tam dəstək olacaqlar.