Avropada Tələbələr Üçün İş İmkanları

Marmara Group > Blog > Avropada Tələbələr Üçün İş İmkanları

Avropada təhsil almaq, tələbələr üçün yalnız akademik bilik və bacarıqları inkişaf etdirmək deyil, həm də karyera imkanlarına yol açır. Avropa, müxtəlif mədəniyyətlərin, dillərin və təhsil sistemlərinin birləşdiyi qitə olduğu üçün beynəlxalq tələbələrə geniş təhsil və iş imkanları verir. 

Yüksək reytinqli universitetlər, müxtəlif proqramlar və tədqiqat imkanları ilə zəngin olan Avropa, tələbələrə təhsillə yanaşı, iş dünyasında da uğur qazanmaq üçün geniş fürsətlər verir.

Avropa ölkələrində tələbələr təhsil aldıqları müddətdə frilans və full-time işlərdə çalışırlar. Bu işlər, tələbələrin yalnız maddi ehtiyaclarını qarşılamaqla qalmır, həm də peşəkar bacarıqlarını inkişaf etdirmələrinə, yerli iş bazarına uyğunlaşmalarına və gələcəkdə kariyeralarını müəyyənləşdirmələrinə yardımçı olur. 

Avropada tələbələr üçün hansı iş imkanları var?

Avropada tələbələr üçün müxtəlif sahələrdə həm peşəkar təcrübə qazandıran, həm də maddi dəstək təmin edən iş növləri mövcuddur. 

Part-Time işlər – Part-time işlər tələbələr arasında ən populyar seçimlərdən biridir. Təhsil ilə iş arasında tarazlıq yaratmağa imkan verən bu işlər, tələbələrə dərs cədvəllərinə uyğun olaraq çalışmaq imkanı verir. Kafedə ofisiantlıq, mağazada kassirlik və ya ofisdə inzibati köməkçi kimi işlər həm maliyyə dəstəyi verir, həm də sosial bacarıqların inkişafına kömək edir. 

Bu işlərdə tələb olunan əsas bacarıqlar müştəri ilə ünsiyyət qurmaq və komanda ilə işləməkdir.

Təcrübə proqramları. Avropa ölkələrində bir çox şirkət tələbələrə peşəkar təcrübə toplamaq üçün təcrübə proqramları təklif edir. Bu proqramlar tələbələrə nəzəri biliklərini praktikada tətbiq etməyə, gələcək karyeraları üçün faydalı əlaqələr qurmağa imkan verir. Xüsusilə İT, maliyyə, mühəndislik və marketinq sahələrində staj yerləri geniş yayılmışdır. 

Erasmus+ kimi beynəlxalq proqramlar da tələbələrə müxtəlif ölkələrdə təcrübə qazanmaq imkanı yaradır.

Universitetdə işlər. Bir çox Avropa universiteti tələbələrə daxili iş imkanları yaradır. Bu işlər arasında araşdırma köməkçisi, laboratoriyada assistent və ya kitabxana işçisi olmaq kimi vəzifələr yer alır. Akademik mühitdə işləmək tələbələrə həm maddi dəstək verir, həm də dərslərində uğurlu olmalarına kömək edir.

Bundan əlavə, universitetin müxtəlif şöbələrində tələbələr üçün inzibati işlər də mövcud olur.

Freelance və onlayn işlər. Texnologiyanın inkişafı ilə tələbələr üçün freelance və onlayn işlər getdikcə populyarlaşır. Tərcüməçilik, mətn yazarlığı, qrafik dizayn və proqramlaşdırma, rəqəmsal marketinq kimi sahələrdə tələbələr evdən çıxmadan işləyə bilirlər. 

Onlayn repetitorluq da tələbələr arasında geniş yayılan sahələrdəndir. Tələbəlr və müxtəlif fənlərdən onlayn dərs verməklə gəlir əldə edirlər.

Sezon işləri. Turizm mövsümü və bayram dövrləri tələbələr üçün müvəqqəti iş imkanları yanır. Hotellərdə resepsiyonist, yay festivallarında personal və ya turizm bələdçisi kimi işlər tələbələrə qazanc verməklə yanaşı onların vaxtlarının maraqlı olmasına da səbəb olur. 

Startup-larda işlər. Startuplar tələbələrə sosial media idarəetməsi, müştəri dəstəyi və ya məhsul inkişafı sahələrində işləmə şansı yaradır. Belə mühitlər tələbələrə sürətli şəkildə peşəkar təcrübə toplamaq və yaradıcılıqlarını sərgiləmək üçün əla fürsətlər verir.

Avropada tələbələr necə iş tapa bilərlər?

Avropada tələbələr iş tapmaq üçün bir neçə effektiv üsuldan istifadə edə bilərlər. Bu prosesdə tələbələrin həm yerli iş bazarına uyğunlaşması, həm də mövcud resurslardan səmərəli istifadə etməsi vacibdir. 

Tələbələrin Avropada iş tapması üçün ən yaxşı üsullar bunlardır:

Universitetlərin karyera mərkəzlərindən istifadə. Avropa universitetlərinin əksəriyyəti tələbələrə karyera dəstəyi göstərən xüsusi mərkəzlərə malikdir. Bu mərkəzlər tələbələrə aşağıdakı sahələrdə dəstək verir:

  • Mövcud iş elanları və staj imkanları haqqında məlumat
  • CV və motivasiya məktubu yazılması üçün məsləhətlər
  • Kariyera tədbirləri və iş yarmarkalarının təşkili

Onlayn iş platformalarından faydalanmaq. Tələbələr onlayn iş platformaları vasitəsilə müxtəlif iş elanlarına müraciət etməkləri mümkündür. Avropada məşhur olan bəzi platformalar:

  • LinkedIn: Peşəkar şəbəkələr qurmaq və iş elanlarına müraciət etmək üçün ideal platformadır.
  • Indeed və Glassdoor: Müxtəlif sahələrdə iş və staj imkanları təqdim edən beynəlxalq platformalardır.
  • EURES (European Job Mobility Portal): Avropa İttifaqı daxilində iş axtaranlar üçün xüsusi yaradılmış platformadır.

Yerli iş elanlarına və karyera yarmarkalarına qatılmaq. Bir çox Avropa şəhərində yerli iş yarmarkaları və ya sərgilər təşkil edilir. Bu tədbirlər tələbələr üçün işəgötürənlərlə birbaşa ünsiyyət qurmaq və şəbəkələrini genişləndirmək baxımından əla fürsətdir. 

Universitet daxili işlərə müraciət. Universitetlər tələbələr üçün daxili iş imkanları yaradır. Araşdırma köməkçisi, laboratoriya assistenti və ya kitabxana işçisi kimi mövqelər üçün müraciət etmək mümkündür. Bu cür işlər adətən dərs qrafikinə uyğun tərtib olunur və akademik mühitdə təcrübə qazanmaq üçün əla imkandır.

Əlaqələr qurmaq və sosial şəbəkələrdən istifadə. Avropada iş tapmağın ən təsirli üsullarından biri də əlaqələr qurmaqdır. Tələbələr təhsil aldıqları dövrdə müəllimləri, məzunlar və ya həmyaşıdları ilə əlaqələr quraraq iş imkanlarını araşdıra bilərlər. Eyni zamanda, LinkedIn kimi platformalarda aktiv olmaq və peşəkar qruplara qoşulmaq iş tapma şansını artırır.

Dil bacarıqlarından faydalanmaq. Avropada iş axtaran tələbələr üçün dil bilikləri böyük üstünlükdür. Xüsusilə, yerli dildə ünsiyyət qura bilmək iş tapma prosesini asanlaşdırır. İngilis dili bilikləri də bir çox beynəlxalq şirkətdə iş imkanlarını artırır.

Könüllülük proqramları ilə təcrübə qazanmaq. Könüllülük proqramları tələbələrə həm təcrübə toplamaq, həm də gələcəkdə işə qəbul olunma şansını artırmaq üçün yaxşı imkandır. Avropa Könüllülük Xidməti (EVS) kimi proqramlar tələbələrin iş bazarında daha çox diqqət çəkməsinə kömək edir.

Bu metodlar tələbələrə Avropada iş tapma prosesində kömək edəcək. Müraciət prosesində uyğun CV hazırlamaq və motivasiya məktubunu diqqətlə yazmaq da uğurlu nəticə üçün vacibdir.

Avropada tələbələr üçün iş imkanlarının çox olduğu ölkələr

Avropada tələbələr üçün iş imkanlarının geniş olduğu ölkələr həm iqtisadi vəziyyətləri, həm də tələbələrə münasib iş bazarına görə fərqlənir. Bu ölkələrdə tələbələr part-time işlərdə, stajlarda və müxtəlif sahələrdə asanlıqla iş tapa bilirlər. Tələbələr üçün ən çox iş imkanı təqdim edən TOP-10 Avropa ölkəsi bunlardır:

  1. Almaniya
  2. Niderland (Hollandiya)
  3. Fransa
  4. İsveçrə
  5. Avstriya
  6. Danimarka
  7. İsveç
  8. Norveç
  9. Böyük Britaniya
  10. İrlandiya

Avropada tələbələrin ortalama maaşları

Avropada tələbələrin qazandıqları ortalama maaş ölkədən, iş növündən və tələbənin bacarıqlarından asılı olaraq dəyişir. Ümumən tələbələr üçün minimum saatlıq maaş 8-12 avro aralığından başlayıq və getdikcə artır. Bacarıq tələb edən işlərdə isə bu rəqəm daha yüksək olur. 

Avropada tələbələr üçün maaşlar ümumilikdə belədir 

  • Qərbi Avropa: Almaniya, Niderland, Fransa kimi ölkələrdə tələbələr saatda 10-15 avro qazana bilirlər. Bacarıqlı işlərdə bu rəqəm 20 avroya qədər yüksəlir.
  • Şimali Avropa: İsveç, Norveç və Danimarka kimi ölkələrdə tələbələr saatlıq 12-18 avro civarında maaş alırlar. Bu bölgələrdə minimum maaş da daha yüksəkdir.
  • Şərqi Avropa: Polşa, Macarıstan kimi ölkələrdə tələbələrin saatlıq maaşı 5-8 avro civarında olur. Bu ölkələrdə yaşam xərcləri də aşağı olur.

Qeyd edək ki, Avropada tələbələrin maaşı sadə işlərdə minimal olsa da, texnologiya, proqramlaşdırma, tərcümə kimi bacarıq tələb edən sahələrdə artma potensialı çoxdur.

(Mənbə: https://www.quora.com/ )

About the author

Rəqəmsal Marketinq üzrə mütəxəssis. Nərminə Kərimova xaricdə təhsil sahəsində rəqəmsal marketinq üzrə mütəxəssis olaraq fəaliyyət göstərir. Xüsusilə xaricdə təhsil sahəsində geniş araşdırmalar aparan və bu mövzuda peşəkar məqalələr yazan təcrübəli kontent menecer və kopirayterdir. O, Xəzər Universiteti və Bakı Mühəndislik Universitetində pedaqoji sahədə ali təhsil almışdır. Peşəkar fəaliyyəti çərçivəsində Study Care 2024 – Beynəlxalq və Qafqazın ən böyük xaricdə təhsil sərgisində iştirak etmiş, eyni zamanda beynəlxalq təhsil layihələrində çalışmışdır. Xaricdə təhsil sahəsində apardığı tədqiqatlar əsasında yazdığı məqalələr Marmara Group veb-saytında yayımlanaraq tələbələrə və valideynlərə dəyərli məlumatlar təqdim edir. Müxtəlif ölkələrdəki təhsil sistemlərini araşdıraraq faydalı və praktik məzmun hazırlayan Nərminə Kərimova, tələbələrin akademik seçimlərini daha düzgün etmələrinə kömək edir.

Əlaqəli Bloq Yazılar

Rəy Bildirin