Hər il minlərlə tələbə yüksək keyfiyyətli təhsil almaq üçün Almaniyaya yollanır. Almaniya universitetləri dünya üzrə ən nüfuzlu ali təhsil müəssisələri arasında yer alır və xarici tələbələr üçün bir çox imkanlar təklif edir. Almaniyada təhsil almaq üçün lazım olan bir neçə sənəd var. Onların ən vaciblərindən biri sığortadır. Almaniyada təhsil alan bütün tələbələr üçün sağlamlıq sığortası məcburidir və bu, yalnız hüquqi tələb olaraq deyil, həm də tələbələrin sağlamlığı üçün önəmlidir.
Sığorta tələbələrin gözlənilməz sağlamlıq problemləri ilə üzləşdikləri hallarda onlara maddi dəstək verir və təhsil müddətində rahat bir şəkildə yaşamağa kömək edir. Almaniyada təhsil almağı planlaşdıran hər bir tələbə üçün sığortanın necə işlədiyini və ən uyğun seçimləri necə tapmaq lazım olduğunu bilmək vacibdir.
Bloqumuzda, Almaniyada tələbələr üçün mövcud sığorta növləri, sığorta seçərkən diqqət edilməli olan məqamlar və ən yaxşı sığorta şirkətləri haqqında məlumat verəcəyik
Almaniyada tələbələr üçün sığorta niyə önəmlidir?
Almaniyada tələbələr üçün sığorta bir neçə əsas səbəbə görə önəmlidir:
- Qanuni tələbdir – Almaniyada ali təhsil alan bütün tələbələr sağlamlıq sığortası ilə təmin olunmalıdır. Bu, universitetlərə qəbul zamanı tələb olunur və sığortasız təhsil almaq mümkün deyil.
- Sağlamlıq xərclərinin qarşılanması – Tələbələrin gözlənilməz sağlamlıq problemləri ilə üzləşməsi halında sığorta, tibbi müayinə, xəstəxana xərcləri və dərmanların maliyyətini qarşılayır. Bu da maddi cəhətdən önəmli amildir.
- Təhsil müddətində təhlükəsizliyinizin təmin edilməsi – Almaniyada tibbi xidmətlər çox yüksək keyfiyyətli olmaqla bərabər bahalıdır. Sığorta tələbələrə bu xərcləri minimal ödənişlə qarşılayaraq, onların maliyyə yükünü azaldır və təhsil müddətində rahatlıqla yaşamağa imkan yaradır.
Bu səbəblərdən sığorta Almaniyada təhsil alan hər bir tələbə üçün vacib tələbatdır.
Almaniyada tələbələr üçün hansı növ sığortalar var?
Almaniyada tələbələr üçün iki əsas növ sığorta mövcuddur:
Dövlət Sağlamlıq Sığortası (Gesetzliche Krankenversicherung – GKV). Dövlət sığortası Almaniyada ən çox yayılmış və tələbələr arasında populyar olan sığorta növüdür. Bu sığorta növü dövlət tərəfindən tənzimlənir və tələbələrə çox münasib qiymətə təklif olunur.
GKV tələbələrə geniş tibbi xidmətlərdən yararlanma imkanı verir, o cümlədən xəstəxana müalicəsi, həkim müayinələri və dərmanlar bu sığorta tərəfindən qarşılanır. 30 yaşa qədər tələbələr üçün bu sığorta növü əlverişli hesab olunur.
Özəl Sağlamlıq Sığortası (Private Krankenversicherung – PKV). Tələbələr özəl sığorta şirkətləri vasitəsilə də sığortalanma imkanı əldə edə bilərlər. Özəl sığorta, dövlət sığortası ilə müqayisədə daha fərdi yanaşma və geniş seçim imkanları təklif edir. Lakin özəl sığorta daha yüksək qiymətə başa gəlir və hər tələbə üçün uyğun deyil.
Özəl sığortanın üstün cəhətlərindən biri tələbənin fərdi ehtiyaclarına uyğun olaraq əlavə tibbi xidmətlərə çıxış imkanı verməsidir.
Bu iki növ sığortadan birini seçərək, tələbələr Almaniyada təhsil müddətində sağlamlıqlarını qorumaq üçün zəruri təminatı əldə edə bilərlər.
(Mənbə: https://www.studying-in-germany.org/ )
Almaniyada tələbələr üçün sığorta qiymətləri neçədir?
Almaniyada tələbələr üçün sağlamlıq sığortasının qiymətləri iki əsas növ üzrə dəyişir: dövlət və özəl sığorta. Hər birinin qiymət aralığı fərqlidir.
- Dövlət Sağlamlıq Sığortası (GKV):
- 29 yaşa qədər tələbələr üçün aylıq sığorta haqqı 120-150 avro arasında dəyişir və getdikcə artır.
- 30 yaş və yuxarı tələbələr üçün bu məbləğ 233-250 avro aralığından başlayır və getdikcə artır.
- Özəl Sağlamlıq Sığortası (PKV):
- 29 yaşa qədər tələbələr üçün özəl sığorta haqqı 90-130 avro aralığından başlayır.
- 30 yaş və yuxarı tələbələr üçün isə bu məbləğ 160-250 avro aralığından başlayır.
Bu qiymətlər tələbənin ehtiyaclarına və seçdiyi sığorta növünə görə dəyişə bilər və sığortaya əlavə edilən xidmətlərə görə qiymət də artır.
(Mənbə: https://germanpedia.com/german-health-insurance-international-students/)
Almaniyada tələbələr üçün ən yaxşı sığorta şirkətləri hansılardır?
Almaniyada tələbələr üçün ən yaxşı sığorta şirkətlərindən bir neçəsi həm dövlət, həm də özəl sığorta təminatçıları arasında seçilir:
Techniker Krankenkasse (TK). TK, Almaniyanın ən böyük dövlət sağlamlıq sığorta şirkətlərindən biridir və geniş tibbi xidmətlər təqdim edir. Aylıq təxminən 103-105 avroya başa gəlir. TK həm yerli, həm də xarici tələbələr arasında populyardır və çox yüksək reytinqlərə sahibdir
Barmer. Barmer də tələbələr üçün dövlət sağlamlıq sığortası təklif edən başqa böyük bir şirkətdir. Barmer-in tələbə sığortası aylıq təxminən 108 avro təşkil edir və pre-existing conditions (əvvəlki xəstəliklər) olan tələbələr üçün də uyğun gəlir.
AOK. AOK Almaniyanın illərdir fəaliyyət göstərən və böyük dövlət sığorta şirkətlərindən biridir. Qiymətləri regiona görə fərqlənsə də, geniş tibbi xidmətlər təklif edir və tələbələr üçün əlverişli seçimdir
Ottonova (Özəl Sığorta). Özəl sığorta təminatçıları arasında Ottonova tələbələr üçün geniş xidmətlər təklif edir. Aylıq ödənişləri təxminən 110-127 avro arasında dəyişir və diş müalicəsi, hospital xərcləri kimi əlavə xidmətlər də daxildir.
Bu şirkətlər tələbələrə uyğun qiymətlərlə sığorta təmin edir və hər biri geniş tibbi xidmətlər təklif edir.
Almaniyada tələbələr seçərkən nələrə diqqət etməlidirlər?
Almaniyada tələbələr sağlamlıq sığortası seçərkən aşağıdakı məqamlara diqqət etməlidirlər:
Dövlət və ya özəl sığorta seçimi. Almaniyada tələbələr dövlət (GKV) və özəl (PKV) sığorta arasında seçim etməlidirlər. Dövlət sığortası daha münasib qiymətlidir və geniş tibbi xidmətlər təklif edir. Özəl sığorta isə fərdi ehtiyaclara uyğunlaşdırıla bilər, lakin qiymətlər daha yüksəkdir. Ona görə öncədən büdcənizi və ehtiyaclarınızı nəzərə alıb seçim etməlisiniz.
Yaş məhdudiyyətləri. Dövlət sığortası 30 yaşa qədər tələbələr üçün əlverişlidir, 30 yaşdan yuxarı tələbələrə isə daha yüksək məbləğə təklif olunur. Özəl sığorta isə 30 yaşdan yuxarı tələbələr üçün daha münasib qiymətədir.
Əlavə xidmətlər və öhdəliklər. Özəl sığorta planları əlavə xidmətlər təklif edə bilər, məsələn, diş müalicəsi, xüsusi xəstəxana otaqları və dünya üzrə sığorta. Dövlət sığortası daha geniş və əsas tibbi xidmətləri əhatə edir. Əgər tələbə daha fərdi yanaşma istəyirsə, özəl sığorta variantlarına nəzər yetirməsi faydalıdır.
Qiymət və büdcə uyğunluğu. Hər iki sığorta növündə qiymətlər tələbənin yaşına, tibbi vəziyyətinə və seçilmiş əlavə xidmətlərə görə dəyişir. Büdcəni nəzərə alaraq, uyğun qiymətli plan seçmək vacibdir. Dövlət sığortası tələbələr üçün daha münasib olsa da, özəl sığorta fərdi ehtiyaclara uyğunlaşdırıla bilər. Ona görə hər iki seçim detallı araşdırılıb seçilməlidir.
Müddət və yaş məhdudiyyətləri. Bəzi sığorta planlarının tələbələr üçün müəyyən yaş hədləri və maksimum müddətləri var. Tələbələr seçdikləri sığorta planının müddətini və şərtlərini nəzərə alaraq uzunmüddətli planlaşdırma etməlidirlər.
Bu məqamlar tələbələrə Almaniyada təhsil müddətində ən uyğun sığorta planını seçməkdə kömək edəcək əsas amillərdir.
(Mənbə: https://www.studying-in-germany.org/ və https://www.how-to-germany.com/ )
Almaniyada təhsil alan tələbələr üçün sağlamlıq sığortası seçimi yalnız hüquqi tələb deyil, həm də təhlükəsiz və rahat bir tələbə həyatı üçün əsasdır. Doğru sığorta planını seçərkən ehtiyaclarınıza və büdcənizə uyğun olaraq dövlət və ya özəl variantları diqqətlə dəyərləndirmək vacibdir.
Sığorta seçimi prosesinizi asanlaşdırmaq və sizə uyğun sığortanı seçməyiniz üçün komandamız sizə kömək edə bilər! Ən yaxşı sığorta variantlarını araşdırmaq və doğru seçimi etmənizdə dəstək olmaq üçün hər zaman yanınızdayıq.