Dubayda yerləşən Middlesex Universiteti, mərkəzi korpusu Londonda (İngiltərə) yerləşən məşhur Middlesex Universitetinin ilk xaricdəki kampusudur. 2005-ci ildə açılan kampusda 118-dən çox millətdən olan 3800-dən çox beynəlxalq tələbə təhsil alır. Dubay İnformasiya və İnsan İnkişafı Təşkilatının 5 Ulduz reytinqinə malik dünya səviyyəli Britaniya universiteti olan MDX Dubai, BƏƏ-nin keyfiyyətli Böyük Britaniya təhsili təklif edən aparıcı universitetlərindən biridir.
Middlesex Universitetinin Dubay Kampusunun nümayəndələri ilə ötən il Marmara Group şirkəti ilə rəsmi görüş baş tutmuşdur. Qarşılıqlı görüşlər əsasında fevral ayının 28-də Marmara Group şirkətinin rəhbəri Fərid Həsənzadə Dubay kampusuna dəvət olunmuş və tanışıq görüşü nəticəsində universitetlə rəsmi əməkdaşlıq qurulmuşdur.
Marmara Group Star+ Agency Statusuna layiq görülmüşdür
Fevral ayının 28-də Dubayda baş tutan rəsmi tərəfdaşlıq görüşündə Marmara Group Star+ Agency statusuna layiq görülmüşdür. Bu isə o deməkdir ki, Marmara Group şirkəti vasitəsilə Middlesex Universitetinə müraciət edən tələbələrə xüsusi güzəştlər nəzərdə tutulur.
Dubayda baş tutan görüşdə, həmçinin, Middlesex Universitetinin azərbaycanlı tələbələrə təklif etdiyi proqramlar, qəbul şərtləri və Dubayda iş imkanları barədə müzakirələr aparılmışdır.
Marmara Group haqqında
Qeyd etmək istərdik ki, Marmara Group mərkəzinin fəaliyyəti Azərbaycan Respublikasının Nazirlər Kabineti və Təhsil Nazirliyinin tesdiq etdiyi proqramlar çərçivəsində xidmət göstərir. Son olaraq Marmara Group 2018 ci ildən təhsil sektorunda keyfiyyət və etibarlılığın davamlılığını təmin etmək məqsədi daşıyan UED (Beynəlxalq Təhsil Məsləhətçiləri Birliyi) üzvü olmuşdur. Bu birliyin məqsədi Marmara Group və üzv olan digər təhsil mərkəzlərinin etibarlılığını qorumaqdır.
Marmara Group, həmçinin, “Diamonds of Turkey Awards 2023” Azərbaycan layihəsində iştirakına və öz sahəsində göstərdiyi peşəkar və uğurlu fəaliyyətinə görə təşəkkürnamə ilə təltif edilmişdir.