Marmara Group > Blog > YÖS Nədir? Ən Son Yeniliklər

Türkiyədə universitet təhsili almaq istəyən xarici tələbələr üçün əsas qəbul imtahanlarından biri Yabancı Öğrenci Sınavı (YÖS)-dür. YÖS imtahanı Türkiyədə bir çox dövlət və özəl universitetlər tərəfindən qəbul edilir və xarici tələbələrin bilik səviyyəsini qiymətləndirmək üçün təşkil olunur.

Bu imtahan riyaziyyat, məntiq və türk dili bölmələrindən ibarətdir.

Son illərdə YÖS imtahanının formatında müəyyən dəyişikliklər baş verib. 2023-cü ildən etibarən Türkiyə Ali Təhsil Şurası (YÖK) tərəfindən TR-YÖS adlı vahid və mərkəzləşdirilmiş sistem tətbiq olunmağa başlayıb. Əvvəllər hər universitet öz YÖS imtahanını keçirirdisə, indi TR-YÖS imtahanı vahid qaydalar əsasında hazırlanır və nəticələri bir çox universitetlərdə qəbul edilir. Bu dəyişiklik xarici tələbələr üçün qəbul prosesini daha sistemli və şəffaf hala gətirib.

YÖS imtahanı Türkiyədə bakalavr təhsili almaq istəyən beynəlxalq tələbələr üçün ən vacib imtahanlardan biridir. Ona görə də, bu imtahanın strukturu, sual tipləri və hazırlıq prosesini ətraflı öyrənmək uğurlu nəticə əldə etmək üçün vacibdir. Növbəti bölmələrdə YÖS imtahanı ilə bağlı bütün detalları sizinlə paylaşacağıq.

YÖS nədir?

YÖS (Yabancı Öğrenci Sınavı) Türkiyədə ali təhsil almaq istəyən xarici tələbələr üçün keçirilən qəbul imtahanıdır. Bu imtahan, Türkiyə universitetlərində bakalavr təhsili almaq istəyən beynəlxalq tələbələrin bilik səviyyəsini qiymətləndirmək məqsədilə təşkil olunur.

Əvvəllər hər universitet öz YÖS imtahanını keçirirdi və tələbələr qəbul olmaq istədikləri universitetin imtahanına ayrıca müraciət etməli olurdular. Lakin 2023-cü ildən etibarən Türkiyə Ali Təhsil Şurası (YÖK) tərəfindən TR-YÖS adlı mərkəzləşdirilmiş imtahan sistemi tətbiq edilib. TR-YÖS nəticələri bir çox universitetlər tərəfindən qəbul edilsə də, bəzi universitetlər hələ də öz YÖS imtahanlarını keçirməkdə davam edirlər.

YÖS imtahanı riyaziyyat, məntiq və türk dili bölmələrindən ibarətdir. İmtahanın ümumi müddəti 100-120 dəqiqə arasında dəyişir və tələbələrin məntiqi düşünmə, riyazi biliklər və dil bacarıqları qiymətləndirilir. TR-YÖS imtahanı isə 80 sualdan ibarət olub, 100 dəqiqə müddətində keçirilir.

İmtahanda əldə olunan bal, universitetlərin qəbul meyarlarına əsasən qiymətləndirilir və tələbələr öz nəticələrinə uyğun olaraq universitet seçimlərini edə bilirlər.

YÖS imtahanı xarici tələbələr üçün Türkiyədə təhsil almağın əsas yollarından biri olduğu üçün, onun məzmunu, sual tipləri və hazırlanma qaydası haqqında ətraflı məlumatlı olmaq vacibdir.

YÖS imtahanının təhsil üçün önəmi

Türkiyədə bakalavr təhsili almaq istəyən xarici tələbələr üçün YÖS imtahanı ən vacib qəbul şərtlərindən biridir. Bu imtahan, beynəlxalq tələbələrin bilik və bacarıqlarını qiymətləndirərək onların Türkiyə universitetlərinə qəbul olunmasına imkan yaradır. YÖS nəticələri tələbələrin seçdiyi universitetlərə müraciət etməsi və qəbul şanslarını artırması baxımından mühüm rol oynayır.

  • Türkiyənin nüfuzlu universitetlərində təhsil almaq imkanı

YÖS imtahanında yüksək nəticə əldə edən tələbələr, Türkiyənin prestijli dövlət və özəl universitetlərinə qəbul şansı qazanırlar. Bu universitetlər arasında Boğaziçi Universiteti, İstanbul Universiteti, Hacettepe Universiteti, Ankara Universiteti və digər qabaqcıl təhsil ocaqları var. YÖS nəticələri, xüsusilə dövlət universitetlərinə qəbul olmaq üçün əsas göstəricilərdən biridir.

  • Təhsil haqqı və təqaüd imkanları

Türkiyədə dövlət universitetlərində təhsil haqqı digər ölkələrlə müqayisədə daha sərfəlidir. YÖS imtahanında yüksək nəticə göstərən tələbələr müxtəlif universitetlərdə endirimli təhsil haqqı və ya təqaüd proqramlarından yararlana bilərlər. Bu da xarici tələbələr üçün həm keyfiyyətli, həm də əlverişli təhsil almaq baxımından böyük üstünlük yaradır.

  • Qlobal tanınan diplom

Türkiyə universitetlərində alınan diplomlar beynəlxalq səviyyədə tanındığı üçün məzunlar yalnız Türkiyədə deyil, həm də Avropa, Asiya və digər bölgələrdə rahatlıqla işləyə bilərlər. YÖS imtahanı vasitəsilə qəbul olan tələbələr, müxtəlif ixtisaslar üzrə beynəlxalq səviyyədə tanınan təhsil ala bilirlər.

  • Çoxmədəniyyətli təhsil mühiti və geniş sosial imkanlar

Türkiyə dünyanın müxtəlif ölkələrindən gələn tələbələr üçün cazibədar təhsil mərkəzinə çevrilib. YÖS vasitəsilə qəbul olan tələbələr çoxmədəniyyətli mühitdə təhsil almaqla yanaşı, fərqli ölkələrdən olan insanlarla əlaqə quraraq öz sosial və akademik bacarıqlarını inkişaf etdirirləe.

Yekun olaraq, YÖS imtahanı Türkiyədə ali təhsil almaq istəyən xarici tələbələr üçün qapıları açan əsas imtahandır. Bu imtahanda uğur qazananlar yüksək keyfiyyətli təhsil almaq, beynəlxalq diplom əldə etmək və geniş karyera imkanlarına sahib olmaq şansı əldə edirlər.

YÖS imtahanının kariyera üçün önəmi

YÖS imtahanı təkcə Türkiyədə ali təhsil almaq üçün deyil, həm də gələcək karyera perspektivlərini genişləndirmək baxımından mühüm əhəmiyyət daşıyır. Bu imtahanda uğur qazanan tələbələr Türkiyənin nüfuzlu universitetlərində təhsil alaraq, iş dünyasında daha rəqabətli və peşəkar kadrlar kimi yetişirlər. YÖS imtahanının karyera üçün önəmi bir neçə əsas məqamda özünü göstərir.

  • Beynəlxalq səviyyədə tanınan diplom və iş imkanları

Türkiyə universitetlərində alınan diplomlar Avropa, Yaxın Şərq, Asiya və digər bölgələrdə tanındığı üçün YÖS imtahanı vasitəsilə qəbul olan tələbələr qlobal əmək bazarında daha rəqabətli olurlar. Xüsusilə mühəndislik, tibb, biznes idarəçiliyi və informasiya texnologiyaları kimi sahələrdə Türkiyə universitetlərinin məzunlarına beynəlxalq bazarda böyük tələbat var.

  • Türkiyədə iş tapmaq və məzun vizası almaq imkanı

YÖS imtahanı ilə Türkiyədə universitetə qəbul olan xarici tələbələr, məzun olduqdan sonra iş vizası almaq və Türkiyədə işləmək hüququ qazana bilərlər. Son illərdə Türkiyə hökuməti xarici məzunlar üçün iş icazəsi qaydalarını sadələşdirib ki, bu da tələbələr üçün böyük üstünlükdür.

  • Praktika və iş təcrübəsi imkanları

Türkiyənin bir çox universiteti təhsil dövründə praktika və iş təcrübəsi proqramları təklif edir. Xarici tələbələr banklar, beynəlxalq şirkətlər, startaplar və hökumət qurumlarında təcrübə keçməklə, məzun olduqdan sonra daha asan iş tapa bilirlər. Erasmus+ və Mevlana kimi mübadilə proqramları da tələbələrə beynəlxalq təcrübə qazandıraraq onların CV-lərini gücləndirir.

  • Şəxsi inkişaf və peşəkar şəbəkələşmə imkanı

YÖS imtahanı vasitəsilə Türkiyədə təhsil alan tələbələr, müxtəlif ölkələrdən gələn tələbələr və peşəkarlarla tanış olmaq, geniş əlaqələr qurmaq imkanı əldə edirlər. Türkiyə qlobal biznes mərkəzlərindən biri olduğuna görə, burada təhsil alan tələbələr beynəlxalq iş dünyasına daxil olmaq üçün güclü şəbəkə yarada bilirlər.

  • Sahibkarlıq və biznes imkanları

Türkiyə sahibkarlıq və innovasiya sahəsində sürətlə inkişaf edən ölkələrdən biridir. YÖS imtahanı vasitəsilə qəbul olan tələbələr, startaplar qurmaq, müxtəlif sahələrdə biznes fəaliyyətinə başlamaq və investisiya imkanlarından yararlanmaq üçün əlverişli şərait əldə edirlər. Xüsusilə İstanbul, Ankara və İzmir kimi böyük şəhərlər sahibkarlar və yeni biznes ideyaları üçün əla platformadır.

YÖS imtahanı yalnız ali təhsil almaq üçün deyil, həm də gələcək karyera qurmaq üçün vacib imtahandır. Türkiyədə təhsil almaq xarici tələbələrə qlobal əmək bazarında rəqabətədavamlı olmaq, beynəlxalq diplom əldə etmək, geniş peşəkar əlaqələr qurmaq və uğurlu karyera qurmaq imkanı yaradır. YÖS vasitəsilə universitetə qəbul olan tələbələr, məzun olduqdan sonra həm Türkiyədə, həm də beynəlxalq səviyyədə yüksək maaşlı iş imkanlarına sahib olmaq imkanına sahibdirlər.Bottom of Form

YÖS imtahan cavabı nə vaxt çıxır?

YÖS imtahan nəticələrinin açıqlanma tarixi imtahanı təşkil edən universitetdən və ya qurumdan asılı olaraq dəyişir. 2023-cü ildən etibarən YÖS imtahan sistemi mərkəzləşdirilərək TR-YÖS formatına keçib. Bu dəyişikliyə əsasən, imtahan artıq ÖSYM (Ölçme, Seçme ve Yerleştirme Merkezi) tərəfindən təşkil olunur və nəticələr mərkəzi sistem vasitəsilə elan edilir.

  • TR-YÖS imtahan nəticələrinin açıqlanma müddəti

TR-YÖS imtahanı adətən aprel və ya iyul aylarında təşkil olunur. ÖSYM-nin rəsmi təqviminə əsasən, imtahan nəticələri təxminən 4-6 həftə ərzində elan edilir.

Nəticələr ÖSYM-nin rəsmi internet səhifəsində (https://www.osym.gov.tr/) elan edilir və namizədlər şəxsi hesablarına daxil olaraq imtahan nəticələrini öyrənə bilərlər.

  • Universitetlərin təşkil etdiyi YÖS imtahanlarının nəticələri

ÖSYM tərəfindən keçirilən TR-YÖS-dən əvvəl, hər universitet öz YÖS imtahanını təşkil edirdi və nəticələr universitetlərin daxili qaydalarına uyğun olaraq açıqlanırdı. Hələ də bəzi universitetlər əlavə YÖS imtahanları keçirə bilər və bu imtahanların nəticələri adətən 2-4 həftə ərzində elan edilir.

İmtahan nəticələri açıqlandıqdan sonra namizədlər rəsmi sayt üzərindən nəticə sənədini (sertifikatı) yükləyə bilərlər. Bu sənəd universitetlərə müraciət zamanı tələb olunur.

YÖS imtahanına hazırlıq üçün faydalı mənbələr

YÖS imtahanında uğur qazanmaq üçün düzgün hazırlıq strategiyası və keyfiyyətli resurslardan istifadə vacibdir. İmtahanın məntiqi və riyazi suallardan ibarət olması, abituriyentlərin riyazi düşünmə qabiliyyəti və sürətli analiz bacarıqlarını inkişaf etdirməsini tələb edir. Hazırlıq prosesində istifadə edə biləcəyiniz kitablar, onlayn platformalar, kurslar və sınaq imtahanları sizə yüksək nəticə əldə etməyə kömək edəcək.

YÖS üçün ən yaxşı kitablar

Aşağıdakı kitablar YÖS imtahanında çıxan sual tiplərinə uyğun materiallardan ibarətdir:

  • “Metropol YÖS” kitabları – Riyaziyyat və məntiq bölmələri üçün ən geniş yayılmış resurslardan biridir. Mövzu izahları və test sualları imtahana uyğun şəkildə hazırlanıb.
  • “Pegem Akademi YÖS” – Riyaziyyat və məntiq suallarının ətraflı izahı ilə fərqlənən bu kitablar imtahana hazırlaşanlar üçün faydalıdır.
  • “Çağrı Yayınları YÖS Hazırlıq Kitabı” – Çoxlu test nümunələri və həll yolları ilə imtahana hazırlaşmaq üçün effektiv vasitədir.
  • “Güvender YÖS” – Riyaziyyat və məntiq testlərini əhatə edən geniş bir kitabdır.

Onlayn platformalar və mobil tətbiqlər

  • ÖSYM-nin rəsmi saytı (https://www.osym.gov.tr/) – TR-YÖS imtahanı ilə bağlı rəsmi məlumatları buradan əldə edə bilərsiniz.
  • Udemy və Coursera – Riyaziyyat və məntiq mövzusunda kurslar mövcuddur.
  • YouTube kanalları – Metropol Akademi, Pegem Akademi və fərdi müəllimlərin YouTube kanallarında YÖS mövzularına dair dərslər tapa bilərsiniz.
  • Khan Academy – Riyaziyyat biliklərinizi inkişaf etdirmək üçün pulsuz dərslər təklif edir.

Sınaq imtahanları və testlər

İmtahana real şəraitdə hazırlaşmaq üçün sınaq imtahanları vacibdir.

  • Metropol və Pegem Akademi sınaq testləri – Onlayn və çap versiyaları mövcuddur.
  • Universitetlərin keçirdiyi sınaq imtahanları – Bir çox universitet YÖS sınaqları təşkil edir. Rəsmi saytları izləmək faydalı ola bilər.
  • Test həlli tətbiqləri (YÖS Test, YÖS Matematik) – Android və iOS üçün mövcud olan tətbiqlər gündəlik test həll etmək üçün yararlıdır.

Hazırlıq kursları və fərdi müəllimlər

Metropol Akademi, Pegem Akademi və digər kurslar YÖS hazırlıq proqramları təklif edir. Bunlarla bərabər ölkəmizdə də bir çox YÖS hazırlıq kursu və YÖS hazırlığı keçən fərdi müəllimlər var.

İmtahanının hər bölməsi üzrə özümüzü necə inkişaf etdirə bilərik?

Riyaziyyat – YÖS imtahanında riyaziyyat sualları əsasən cəbr, həndəsə və məntiqi düşünməyə əsaslanan məsələlərdən ibarətdir. Mükəmməl nəticə üçün gündəlik olaraq test həll etmək, əsas riyazi qaydaları möhkəmləndirmək və çətin suallar üzərində işləmək vacibdir.

Məntiq – Bu bölmə namizədin analitik düşünmə və sürətli qərarvermə bacarığını yoxlayır. Uğurlu olmaq üçün müxtəlif məntiqi tapşırıqlar həll etmək, beynəlxalq IQ testlərindən istifadə etmək və vizual düşünmə qabiliyyətinizi inkişaf etdirmək tövsiyə edilir.

Türk dili (bəzi universitetlərdə tələb olunur) – Türk dili bölməsi oxuma-anlama, qrammatika və söz ehtiyatı biliklərini yoxlayır. Bu hissədə yaxşı nəticə əldə etmək üçün mütəmadi olaraq türk dilində məqalələr və kitablar oxumaq, yeni sözlər öyrənmək və türk dilində testlər həll etmək faydalıdır.

YÖS imtahanında uğur qazanmağın 5 yolu

  1. Sistemli və davamlı hazırlıq – YÖS imtahanına ciddi yanaşmaq və düzgün hazırlıq planı qurmaq çox önəmlidir. Hər gün müəyyən bir mövzu üzərində işləyərək və zəif tərəflərinizi müəyyən edib bu sahələrə xüsusi diqqət yetirərək daha yaxşı nəticə əldə edə bilərsiniz.
  2. Məntiq və riyaziyyat üzrə təcrübə qazanın – YÖS-də ən çox rastlanan sual tipləri məntiq və riyaziyyat sahələrinə aiddir. Riyaziyyat və məntiq suallarını həll etmək üçün gündəlik praktika vacibdir. Bu, həm sürətinizin, həm də doğru cavab vermə qabiliyyətinizin artmasına kömək edəcək.
  3. Sınaq imtahanlarında iştirak edin – YÖS imtahanını sınaq şəraitində həll etmək, real imtahan təcrübəsi qazandırır. Sınaq imtahanlarını mütəmadi olaraq həll etmək sizə imtahanın formatını tanımağa, sualları daha sürətli cavablandırmağa və vaxtın idarə edilməsində təcrübə qazanmağa kömək edəcək.
  4. Müxtəlif resurslardan istifadə edin – YÖS imtahanına hazırlıq üçün kitablar, onlayn kurslar, YouTube dərsləri və tətbiqlərdən istifadə edin. Bu resurslar imtahanın müxtəlif bölmələrinə dair dərinləşmiş məlumat və test nümunələri təqdim edir.
  5. Vaxt idarəetməsini yaxşılaşdırın – İmtahan zamanı hər sual üçün müəyyən bir vaxt sərf edəcəyinizə diqqət edin. Testləri vaxtla həll etmək və sınaq imtahanlarında vaxtın necə idarə olunduğunu öyrənmək, real imtahan zamanı stressi idarə etməyə kömək edəcək.

YÖS-ün sınaq imtahanında iştirak

YÖS imtahanına hazırlıqda sınaq imtahanlarında iştirak çox vacibdir. Sınaq imtahanları real imtahan şəraitini təqlid edir və imtahanın vaxt idarəetməsi, sualların təqdim olunma qaydası və ümumi atmosferi ilə tanış olmağa imkan verir. Bu imtahanlar, hər bölmə üzrə biliklərinizi test etmək və zəif tərəflərinizi aşkar edərək üzərində işləmək üçün mükəmməl bir fürsət təqdim edir. Sınaq imtahanlarında iştirak etməklə həm də stres altında necə işlədiyinizi və nə qədər vaxtınızı idarə etdiyinizi yoxlamaq mümkündür, bu da real imtahanı daha az gərgin keçirilməsinə kömək edər.

YÖS sınaq imtahanları bir çox onlayn resurslarda mövcuddur, əksəriyyəti ödənişsiz olan bu resurslardan istifadə etməklə imtahana yüksək səviyyədə hazırlaşmağınız mümkündür.

YÖS imtahanına nümunə suallar

Aşağıda qeyd etdiyimiz suallar ÖSYM-in rəsmi veb-saytında təqdim etdiyi suallardan bəziləridir:

About the author

Rəqəmsal Marketinq üzrə mütəxəssis. Nərminə Kərimova xaricdə təhsil sahəsində rəqəmsal marketinq üzrə mütəxəssis olaraq fəaliyyət göstərir. Xüsusilə xaricdə təhsil sahəsində geniş araşdırmalar aparan və bu mövzuda peşəkar məqalələr yazan təcrübəli kontent menecer və kopirayterdir. O, Xəzər Universiteti və Bakı Mühəndislik Universitetində pedaqoji sahədə ali təhsil almışdır. Peşəkar fəaliyyəti çərçivəsində Study Care 2024 – Beynəlxalq və Qafqazın ən böyük xaricdə təhsil sərgisində iştirak etmiş, eyni zamanda beynəlxalq təhsil layihələrində çalışmışdır. Xaricdə təhsil sahəsində apardığı tədqiqatlar əsasında yazdığı məqalələr Marmara Group veb-saytında yayımlanaraq tələbələrə və valideynlərə dəyərli məlumatlar təqdim edir. Müxtəlif ölkələrdəki təhsil sistemlərini araşdıraraq faydalı və praktik məzmun hazırlayan Nərminə Kərimova, tələbələrin akademik seçimlərini daha düzgün etmələrinə kömək edir.

Əlaqəli Bloq Yazılar

Rəy Bildirin