Polşa, Avropanın ən sürətlə inkişaf edən təhsil mərkəzlərindən biridir və son illərdə xarici tələbələr, o cümlədən azərbaycanlılar üçün ən cəlbedici təhsil istiqamətlərindən biridir. Polşa universitetləri, keyfiyyətli təhsil sisteminə və beynəlxalq akkreditasiyalara malik olmaqları ilə tanınır. Hər il dünyanın dörd bir yanından minlərlə tələbə Polşada həm Avropa təhsil standartlarına uyğun təhsil alır, həm də zəngin mədəni irs və yüksək həyat səviyyəsindən zövq alırlar.
Əsasən, Polşanın əlverişli təhsil xərcləri, ingiliscə tədris olunan çoxsaylı proqramları və Avropa İttifaqı ölkələrinə nisbətən daha az yaşayış xərcləri tələbələri bu ölkəyə cəlb edən əsas amillərdəndir.
Təhsillərini başa vurduqdan sonra isə, əksər tələbələr üçün qarşıda duran əsas məsələ: “Polşada məzun olduqdan sonra necə qala bilərəm?” sualıdır. Polşa hökuməti xarici məzunlara geniş fürsətlər təqdim edir və onların ölkədə daha uzun müddət qalaraq iş təcrübəsi qazanmasına, karyera qurmasına və hətta daimi yaşayış icazəsi almasına imkan yaradır. Bu bloq yazısında Polşada məzun olduqdan sonra qalmağın yolları, tələb olunan sənədlər, iş imkanlarının ən çox olduğu şəhərlər və digər vacib məlumatları öyrənə biləcəksiniz.
Məzun olduqdan sonra Polşada qalmağın yolları nələrdir?
Polşada məzun olduqdan sonra orada qalmağın bir neçə hüquqi və praktik yolu mövcuddur. Məzunların ölkədə qalmaq və iş həyatına başlamaq üçün seçə biləcəkləri müxtəlif viza və icazə növləri var ki, bunlardan yararlanmaqla Polşada qala bilərlər.
Polşada məzun olduqdan sonra qalmaq üçün əsas yollara bunlar daxildir:
Məzun vizası (Temporary Residence Permit for Job Seekers). Məzun vizası məzunlar üçün xüsusi olaraq nəzərdə tutulub və iş axtarma dövründə tələbələrə Polşada qalmağa imkan verir. Təhsilini yeni bitirmiş xarici tələbələr 9 aya qədər bu vizadan yararlanaraq iş tapmaq və karyeralarına başlamaq fürsəti əldə edə bilərlər.
İş vizası (Work Permit). Əgər işə başlayacağınız yer varsa, bu zaman iş vizası almaq sizin üçün ən uyğun seçimdir. İş vizasına müraciət etmək üçün Polşada bir iş yerindən rəsmi iş təklifi (job offer) almalısınız. Bu viza ilə həm işləmək, həm də ölkədə daha uzun müddət qalmaq mümkündür.
Daimi yaşayış icazəsi (Permanent Residence Permit). Polşada uzun müddət qaldıqdan və dövlətin təyin etdiyi müəyyən kriteriyaları yerinə yetirdikdən sonra, daimi yaşayış icazəsi üçün müraciət etməyiniz mümkündür. Bu icazə daha geniş hüquqlara malik olmaqla yanaşı, Avropanın digər ölkələrinə sərbəst səyahət etmək imkanı da yaradır.
Startup və sahibkarlıq icazəsi. Əgər Polşada biznes qurmağı planlaşdırırsınızsa, sahibkarlıq icazəsi əldə edərək öz işinizi qurmağınıza imkan verən xüsusi viza növləri mövcuddur. Polşa gənc sahibkarları dəstəkləyən müxtəlif proqramlarla ölkədə biznes qurmaq istəyən məzunlara geniş imkanlar yaradır, bu fürsəti dəyərləndirməklə öz biznesinizi qurub orada qalmağınız mümkündür.
Bu yolların hər birini dəyərləndirib şəxsi hədəfləri və gələcək planlarından asılı olaraq seçim edə bilərsiniz.
(Mənbə: https://studyinpoland.info/ )
Məzun olduqdan sonra Polşada iş tapmaq üçün nə qədər vaxt verilir?
Əgər Polşada təhsilinizi uğurla başa vurmusunuzsa, təhsil vizanızı “məzun vizası” ilə əvəz edərək iş axtarmaq üçün əlavə vaxt qazana bilərsiniz.
Məzun olduqdan sonra Polşada iş tapmaq üçün tələbələrə 9 aylıq məzun vizası (Job-Seeker Visa) verilir. Bu viza, təhsilinizi bitirdiyiniz andan etibarən sizə Polşada iş tapmaq və iş həyatına başlamaq üçündür.
9 aylıq müddət ərzində aktiv şəkildə iş axtarmağınız və ya hansısa iş təklifi almağınız tələb olunur. Əgər bu müddət ərzində iş taparsanız, viza statusunuzu iş vizasına (Work Permit) çevirə bilərsiniz.
Məzun vizası almaq üçün şərtlər bunlardır:
Universiteti rəsmi şəkildə bitirmisinizsə: Məzun vizası üçün müraciət etməyin əsas şərti Polşada rəsmi ali təhsil müəssisəsindən diplom almaqdır.
Tələb olunan sənədlərin hazırlanması: Məzun vizası üçün müraciət edərkən diplomunuz, məzuniyyət sertifikatınız, yaşayış icazəniz və digər lazımi sənədləri təqdim etməlisiniz.
İşə başlamaq: 9 ay ərzində iş tapmasanız belə, sahibkarlıq fəaliyyətinə başlaya bilərsiniz.
Bu müddət ərzində iş tapmağınız sizin Polşada uzunmüddətli qalma perspektivinizi artırır və karyera qurmaq üçün əhəmiyyətli mərhələdir. Tələblərə uyğun gəldiyiniz və aktiv şəkildə iş axtardığınız halda, Polşada uzunmüddətli qalmaq şansınız əhəmiyyətli dərəcədə artacaq!
(Mənbə: https://www.quora.com/ )
İşləmədən qalma müddətini uzatmaq olarmı?
Bəli, əgər 9 aylıq məzun vizası müddətində iş tapmaq və ya iş təklifi almaq mümkün olmayıbsa, müəyyən şərtlər daxilində Polşada işləmədən qalma müddətinizi uzatmağın yolları var. Bunun üçün müxtəlif viza və icazə növlərinə müraciət edərək qalma müddətini artırmaq mümkündür.
İşləmədən Polşada qalma müddətini uzatmağın əsas yolları bunlardır:
Yeni təhsil proqramına qəbul olmaq. Əgər iş tapmaqda çətinlik çəkirsinizsə, Polşadakı yenidən universitetdə yeni bir təhsil proqramına, magistratura və ya doktorantura kimi pillələrə qəbul olmaq üçün müraciət edə bilərsiniz. Yeni bir təhsil proqramına qəbul olunduqda, tələbə vizası ilə Polşada qalmağa davam edə bilərsiniz. Bu həm təhsilinizin keyfiyyətini artırmaq, həm də ölkədə qalmağınız üçün əlavə vaxt qazanmaq imkanı verəcək.
Dil kursu və ya sertifikat proqramları. Tələbə vizası ilə əlaqəli digər seçim dil kursları və ya qısamüddətli sertifikat proqramlarına qeydiyyatdan keçməkdir. Bu proqramlar həm Polşa dilini öyrənməyə, həm də yeni bacarıqlar əldə etməyə imkan yaradır. Bununla yanaşı, Polşada qalma müddətinizi də hüquqi olaraq uzatmış olacaqsınız.
Könüllülük proqramlarına qoşulmaq. Polşada bir çox beynəlxalq və yerli qeyri-hökumət təşkilatları xarici tələbələri könüllülük proqramlarına cəlb edir. Belə proqramlarda iştirak etdiyiniz təqdirdə, xüsusi könüllü vizası (Volunteer Visa) ilə Polşada müəyyən müddət ərzində qala bilərsiniz. Bu da həm təcrübə qazanmaq, həm də qalma müddətini uzatmaq üçün uyğun seçimdir.
Evlilik vizası. Əgər Polşa vətəndaşı ilə ailə qurursunuzsa və ya bu ölkədə uzun müddət qalan bir şəxs ilə rəsmi nikahınız varsa, ailə birləşməsi (Family Reunification Visa) əsasında Polşada qalmaq icazəsi ala bilərsiniz.
Polşada yaşamaq üçün ən yaxşı şəhərlər hansılardır?
Polşada yaşayış keyfiyyəti, iqtisadi imkanlar və həyat xərclərinin ən əlverişli olduğu şəhərlər bunlardır:
- Varşava (Warszawa)
- Krakov (Kraków)
- Vrotslav (Wrocław)
- Poznan (Poznań)
- Qdansk (Gdańsk)
- Lodz (Łódź)
- Katovitse (Katowice)
- Lublin
- Şetsin (Szczecin)
- Torun (Toruń)
Polşada necə iş tapmaq olar?
Polşa Avropanın əsas iş mərkəzlərindən olduğundan xarici məzunlar və mütəxəssislər üçün geniş iş imkanlarına malik olan ölkədir. Xüsusilə informasiya texnologiyaları, mühəndislik, maliyyə və turizm sahələrinə böyük tələbat var.
Burada iş tapmaq istəyənlər üçün rəqabət güclü olsa da, doğru strategiya və effektiv axtarış metodları ilə arzuladığınız işə nail ola bilərsiniz.
İş axtarış saytları və online platformalar. Polşada iş tapmaq üçün ilk növbədə məşhur iş axtarış saytlarından istifadə etmək tövsiyə olunur:
- Pracuj.pl
- Indeed.pl
Bu platformalarda müxtəlif sahələr üzrə vakansiyaları nəzərdən keçirib, CV-nizi göndərə bilərsiniz.
Şirkətlərin rəsmi saytlarına müraciət. Əgər konkret bir şirkətdə işləmək istəyirsinizsə, həmin şirkətin rəsmi saytındakı karyera bölməsinə (career section) baş çəkərək açıq vakansiyaları izləyə və birbaşa müraciət edə bilərsiniz.
“Networking” və peşəkar əlaqələr qurmaq. Şəbəkələşmə Polşada iş tapmağın ən güclü üsullarından biridir. Karyera yarmarkaları, iş tədbirləri və sosial şəbəkələrdə aktiv olmaqla Polşada fəaliyyət göstərən peşəkarlarla əlaqə quraraq bir başa iş təklifləri almağınız mümkündür.
Universitetlərin karyera mərkəzlərindən dəstək almaq. Əgər Polşada təhsil almısınızsa, məzunu olduğunuz universitetin karyera mərkəzindən iş tapmaqla bağlı məsləhət və resurslar əldə edə bilərsiniz. Universitetlərin karyera ofisləri tələbə və məzunlara uyğun vakansiyalar, təcrübə proqramları və şirkət əlaqələri ilə bağlı dəstək təklif edir.
Karyera yarmarkalarında iştirak etmək. Böyük şəhərlərdə təşkil olunan karyera yarmarkalarında şirkət nümayəndələri ilə birbaşa əlaqə qurmaq və CV-lərinizi təqdim etmək iş tapmaq şansınızı artıracaq. Yarmarkalarda işəgötürənlərlə birbaşa ünsiyyətdə olaraq özünüzü təqdim edə və yeni iş imkanlarını dəyərləndirmək fürsətiniz olur.




