İzmir Demokrasi Üniversitesi Təhsil
| Ölkə/Şəhər | Türkiyə, İzmir |
| Dövlət/Özəl | Dövlət |
| Tələbələrinin sayı | 8000+ |
| İllik təhsil haqqı | Ödənişsizdir |
| Təqaüd məbləği | – |
| SAT balı | 1000 |
| Neçə ölkədən tələbələr var | – |
| Beynəlxalq tələbələrin sayı | – |
| Müraciət şərti | Rəsmi veb-saytdan |
| Rəsmi veb-saytı | https://idu.edu.tr/ |
Türkiyənin gözəl sahil şəhərlərindən biri olan İzmirin mərkəzində yerləşən İzmir Demokrasi Universiteti, 2016-cı ildə qurulmuş dövlət universitetidir. Müasir təhsil yanaşmaları, inkişaf etmiş akademik infrastrukturu və müxtəlif ixtisas sahələrində təqdim etdiyi proqramlarla qısa müddət ərzində ölkənin sayılıb-seçilən ali təhsil müəssisələrindən birinə çevrilmişdir.
İzmir Demokrasi Universiteti, adından da göründüyü kimi, demokratik dəyərlərə, azad düşüncəyə və cəmiyyətə faydalı mütəxəssislər yetişdirməyə önəm verir. Universitetin əsas məqsədi, tələbələrinə həm nəzəri, həm də praktiki biliklərlə zəngin bir təhsil mühiti təqdim etmək, onları qlobal əmək bazarına və elmi dünyaya hazırlamaqdır.
İzmirin Bahçelievler bölgəsində yerləşən universitet kampusu, şəhərin nəqliyyat baxımından əlçatan və canlı hissəsində yerləşir. Bu isə tələbələrin həm sosial həyatlarına, həm də gündəlik ehtiyaclarını rahat şəkildə qarşılamalarına şərait yaradır.
İzmir Demokrasi Universitetində 10-dan çox fakültə, müxtəlif magistr və doktorantura proqramları fəaliyyət göstərir. Burada tibb, hüquq, mühəndislik, incəsənət və idarəetmə kimi sahələrdə təhsil almaq istəyən yerli və beynəlxalq tələbələr üçün geniş imkanlar təqdim olunur.
Universitetin akademik heyəti təcrübəli mütəxəssislərdən ibarətdir. Müasir laboratoriyalar, araşdırma mərkəzləri və zəngin kitabxana resursları tələbələrin elmi fəaliyyətini dəstəkləyir. Bundan əlavə, universitet beynəlxalq əlaqələrə və xarici tələbə qəbuluna xüsusi önəm verir. Bu səbəbdən, son illərdə xarici tələbələrin sayında əhəmiyyətli artım müşahidə olunur.
İzmir Demokrasi Üniversitesi reytinqlərdə neçənci sıradadır?
İzmir Demokrasi Universiteti (IDÜ), 2016-cı ildə qurulmuş gənc ali təhsil müəssisəsi olsa da, qısa müddət ərzində akademik və elmi sahələrdə inkişaf edərək müxtəlif reytinq sistemlərində yer almağa başlamışdır.
Aşağıda universitetin həm Türkiyə daxilində, həm də beynəlxalq miqyasda əldə etdiyi reytinq göstəricilərini qeyd edirik:
- uniRank (4ICU): IDÜ, 2024-cü il üçün dünya üzrə 7,212-ci yerdə qərarlaşmışdır.
- EduRank: Bu platformada universitet dünya üzrə 9,730-cu sıradadır.
- QuantumHE: 2025-ci il üçün QuantumHE-nin məlumatına əsasən, IDÜ-nün dünya üzrə ortalama reytinqi 9,008-ci yerdədir.
Türkiyə daxilində IDÜ, 2024-cü il üçün 156-cı yerdədir. EduRank platformasında universitet Türkiyə üzrə 166-cı sıradadır. QuantumHE-nin məlumatına görəysə IDÜ-nün Türkiyə üzrə ortalama reytinqi 154-cü yerdədir.
(Mənbə: https://www.unirank.org/ )
İzmir Demokrasi Üniversitesine bakalavr üzrə qəbul şərtləri nələrdir?
- Orta məktəb attestatı və transkript
- Pasport və ya şəxsiyyət vəsiqəsi
- YÖS və ya beynəlxalq imtahan nəticələri
- Dil sertifikatı (əgər varsa)
- Şəkil
- Müraciət forması
Qəbul şərtləri seçiləcək ixtisasdan asılı olaraq dəyişir. Məsələn, Tibb və Diş Həkimliyi kimi ixtisaslara qəbul üçün daha yüksək akademik göstəricilər və imtahan nəticələri tələb olunur. Eyni zamanda, bəzi ixtisaslarda əlavə müsahibə və ya qabiliyyət imtahanı da lazımdır (xüsusilə incəsənət və idmanla bağlı sahələrdə).
İzmir Demokrasi Universiteti hər il yay aylarında beynəlxalq tələbə qəbulu elan edir. Ərizələr rəsmi universitet portalı üzərindən onlayn şəkildə qəbul olunur.
İzmir Demokrasi Üniversitesinde bakalavr proqramları
İzmir Demokrasi Universiteti, 10 fakültə və müxtəlif məktəblər çərçivəsində 40-dan çox bakalavr proqramı təklif edir. Həmin proqramlara daxildir:
Diş Hekimliyi Fakültesi
- Diş Hekimliği
Eğitim Fakültesi
- Okul Öncesi Öğretmenliği
- Özel Eğitim Öğretmenliği
- Rehberlik ve Psikolojik Danışmanlık
- İngilizce Öğretmenliği
Fen-Edebiyat Fakültesi
- Arkeoloji
- İngiliz Dili ve Edebiyatı
- Matematik (İngilizce)
- Psikoloji
- Sosyoloji
- Tarih
- Türk Dili ve Edebiyatı
Güzel Sanatlar Fakültesi
- Müzik
- Geleneksel Türk Sanatları
Hukuk Fakültesi
- Hukuk
İktisadi ve İdari Bilimler Fakültesi
- İşletme (İngilizce)
- Maliye
- İnsan Kaynakları Yönetimi
- Uluslararası İlişkiler (İngilizce)
- Siyaset Bilimi ve Kamu Yönetimi (İngilizce)
Mimarlık Fakültesi
- Mimarlık (İngilizce)
- Peyzaj Mimarlığı
- Şehir ve Bölge Planlama
Mühendislik Fakültesi
- Biyomedikal Mühendisliği
- Elektrik-Elektronik Mühendisliği
- Endüstri Mühendisliği
- İnşaat Mühendisliği
- Makine Mühendisliği
Sağlık Bilimleri Fakültesi
- Beslenme ve Diyetetik
- Fizyoterapi ve Rehabilitasyon
- Hemşirelik
Tıp Fakültesi
- Tıp
Proqramların tədris dili və digər detalları ilə bağlı daha ətraflı məlumat üçün universitetin rəsmi veb saytına keçid edə bilərsiniz.
İzmir Demokrasi Üniversitesinde magistratura təhsili
- Bakalavr diplomu
- Transkript
- İngilis dili və ya Türk dili sertifikatı
- Müsahibə və ya yazılı imtahan (bəzi ixtisaslarda)
- Tədqiqat təcrübəsi (bəzi proqramlar üçün)
- Ərizə forması və digər sənədlər
- Şəkil
- Şəxsiyyət vəsiqəsi
- Müsahibə üçün dəvət məktubu (əgər varsa)
Bəzi proqramlar üçün əlavə sənədlər tələb oluna bilər, ona görə də müraciət etməzdən əvvəl hər bir proqramın qəbul şərtləri ilə tanış olmaq vacibdir.
İzmir Demokrasi Üniversitesinde magistr proqramları
Sosyal Bilimler Enstitüsü
- Eğitim Yönetimi (tezli / tezsiz)
- Rehberlik ve Psikolojik Danışmanlık (tezli)
- İngiliz Dili Eğitimi (tezli)
- Kamu Hukuku (tezli / tezsiz)
- Özel Hukuk (tezli / tezsiz)
- Uluslararası İlişkiler (tezli / tezsiz)
- Siyaset Bilimi ve Kamu Yönetimi (tezli / tezsiz)
- İşletme (tezli / tezsiz)
- İnsan Kaynakları Yönetimi (tezli / tezsiz)
- Maliye (tezli / tezsiz)
- Geleneksel Türk Sanatları (tezli)
- Türk Dili ve Edebiyatı (tezli)
Fen Bilimleri Enstitüsü
- Elektrik-Elektronik Mühendisliği (tezli / tezsiz)
- Endüstri Mühendisliği (tezli / tezsiz)
- İnşaat Mühendisliği (tezli / tezsiz)
- Makine Mühendisliği (tezli / tezsiz)
- Biyomedikal Mühendisliği (tezli / tezsiz)
- Peyzaj Mimarlığı (tezli)
- Şehir ve Bölge Planlama (tezli)
Bu proqramlar həm tezli, həm də tezsiz formatda təklif olunur. Tezli proqramlar əsasən akademik və tədqiqat yönümlü tələbələrə, tezsiz proqramlar isə praktiki biliklərə üstünlük verən peşəkarlar üçün nəzərdə tutulub.
Hər proqramın qəbul şərtləri və tədris dili fərqlidir. Onlarım hər biri haqqında detallı məlumat üçün İzmir Demokrasi Universitetinin rəsmi veb saytına baxmağınız tövsiyə olunur.
İzmir Demokrasi Üniversitesinde doktorantura təhsili
İzmir Demokrasi Üniversitesinde doktorantura təhsili
• Magistr diplomu
• Transkript
• İngilis dili və ya Türk dili sertifikatı
• Akademik araşdırma təcrübəsi
• Müsahibə və ya yazılı imtahan (ixtisasdan asılı olaraq)
• Tədqiqat təklifi (research proposal)
• Ərizə forması və digər sənədlər
• Şəkil
• Şəxsiyyət vəsiqəsi və ya pasport
• Müsahibə üçün dəvət məktubu (əgər varsa)
Doktoranturada bəzi proqramlar üçün əlavə sənədlər və ya referans məktublarının tələb olunması mümkündür.
İzmir Demokrasi Üniversitesinde doktorantura proqramları
Sosial Elmlər İnstitutu
- İşletme Doktora Programı – Bu proqram, idarəetmə və biznes sahəsində dərinləşmiş tədqiqat aparmaq istəyənlər üçün nəzərdə tutulub.
- Uluslararası İlişkiler Doktora Programı – Beynəlxalq münasibətlər sahəsində akademik karyera qurmaq istəyənlər üçün təklif olunur.
- Kamu Hukuku Doktora Programı – Hüquq sahəsində ixtisaslaşmaq və tədqiqat aparmaq istəyən tələbələr üçün uyğundur.
Təbiət Elmləri İnstitutu
- Elektrik-Elektronik Mühendisliği Doktora Programı – Elektrik və elektronika mühəndisliyi sahəsində dərin elmi araşdırmalar aparmaq istəyənlər üçün nəzərdə tutulub.
- Makine Mühendisliği Doktora Programı – Maşın mühəndisliyi sahəsində ixtisaslaşmaq və tədqiqat aparmaq istəyən tələbələr üçün təklif olunur.
- İnşaat Mühendisliği Doktora Programı – İnşaat mühəndisliyi sahəsində elmi tədqiqat aparmaq istəyənlər üçün uyğundur.
Sağlık Bilimleri Enstitüsü
- Fizyoterapi ve Rehabilitasyon Doktora Programı – Bu proqram, fiziki terapiya və reabilitasiya sahəsində elmi tədqiqat aparmaq və klinik bilikləri dərinləşdirmək istəyənlər üçün nəzərdə tutulub.
Proqramların tədris dili, qəbul şərtləri və digər detalları ilə bağlı daha ətraflı məlumat üçün universitetin rəsmi veb saytına və ya müvafiq institutun səhifəsinə müraciət etməyinizi tövsiyə edirik.
(Mənbə: https://idu.edu.tr/ )
İzmir Demokrasi Üniversitesinde ortalama illik təhsil haqqı və burs imkanları
İzmir Demokrasi Universitetində təhsil ödənişsizdir. Tələbələr yalnız hər semestr müəyyən olunmuş harç ödənişi (yəni qeydiyyat və inzibati xərcləri əhatə edən simvolik məbləğ) ödəyirlər. Bu ödəniş təhsil haqqı deyil, çox azdır və ixtisasdan asılı olaraq məbləğ dəyişir.
Həmçinin universitet həm yerli, həm də beynəlxalq tələbələr üçün müxtəlif təqaüd proqramları təklif edir. Təqaüdlər əsasən akademik göstəricilər, sosial aktivlik və digər meyarlara əsasən verilir.
(Mənbə: https://hangiuniversite.com/ )
İzmir Demokrasi Üniversitesinde kampus həyatı
İzmir Demokrasi Universitetində kampus həyatında həm akademik, həm də sosial baxımdan tələbələr üçün hər bir şərait yaradılıb. Universitetin əsas kampusu İzmirin mərkəzinə yaxın yerləşir və müasir infrastrukturu ilə seçilir. Kampusda geniş kitabxana, laboratoriyalar, idman zalları, yeməkxanalar və kafelər fəaliyyət göstərir.
Tələbələr asudə vaxtlarında universitetin təşkil etdiyi müxtəlif birliklərə qoşula, elmi və mədəni tədbirlərdə iştirak edə bilərlər. Bundan əlavə, kampus daxilində geniş gəzinti sahələri və sosial məkanlar tələbələrin boş zamanlarını rahat dəyərləndirmələrinə imkan yaradır.
İzmir Demokrasi Üniversitesinin məzunlarının iş imkanları
İzmir Demokrasi Universitetinin məzunları Türkiyədə və beynəlxalq miqyasda müxtəlif sahələrdə uğurla kariyera qurmaq imkanına sahibdirlər. Universitetdə verilən təhsil həm nəzəri bilikləri, həm də praktiki bacarıqları əhatə etdiyindən, məzunlar əmək bazarının tələblərinə uyğun formalaşır. Xüsusilə tibb, mühəndislik, hüquq, idarəetmə və təhsil sahələrində universitetin məzunları dövlət qurumları, özəl şirkətlər, beynəlxalq təşkilatlar və xəstəxanalarda iş tapa bilirlər. Eyni zamanda, universitetdə təklif olunan staj və karyera dəstək proqramları tələbələrin məzun olduqdan sonra iş tapmasını asanlaşdırır. Bu səbəbdən İzmir Demokrasi Universiteti məzunları həm yerli, həm də xarici əmək bazarında rahatlıqla iş tapırlar.
İzmir Demokrasi Üniversitesinin tanınmış professorları
İzmir Demokrasi Universiteti, akademik heyətində müxtəlif sahələrdə tanınmış və təcrübəli professorları ilə seçilir. Universitetin tədris və tədqiqat fəaliyyətlərinə önəmli töhfələr verən bu alimlərə daxildir:
- Prof. Dr. Bedriye Tunçsiper – Universitetin rektoru və İqtisadiyyat və İdarəetmə Fakültəsinin dekanıdır. İdarəetmə və iqtisadiyyat sahəsində geniş təcrübəyə malikdir.
- Prof. Dr. Berna Dirim Mete – Tibb Fakültəsinin dekanı və rektor müavinidir. Tibb sahəsində akademik və inzibati təcrübəyə sahibdir.
- Prof. Dr. Meltem İnce Yenilmez – Hüquq Fakültəsinin dekanı və tanınmış hüquqşünasdır. Hüquq sahəsində geniş araşdırmaları və nəşrləri mövcuddur.
- Prof. Dr. Ahu Uraz Çörekçi – Diş Həkimliyi Fakültəsinin dekanı və klinik elmlər üzrə mütəxəssisdir. Diş həkimliyi sahəsində tədris və tədqiqat işləri ilə tanınır.
- Prof. Dr. Ayşe Gülden Diniz Ünlü – Tibb Fakültəsinin Tibb Mikrobiologiyası Anabilim Dalı başqanıdır. Mikrobiologiya sahəsində ixtisaslaşmışdır.
- Prof. Dr. Murat Anıl – Tibb Fakültəsinin Uşaq Sağlamlığı və Xəstəlikləri Anabilim Dalı başqanıdır. Pediatriya sahəsində geniş təcrübəyə malikdir.
- Prof. Dr. Kıvanç Ergen – Sağlamlıq Elmləri Fakültəsinin Sağlamlıq Fizikası Anabilim Dalı başqanıdır. Sağlamlıq fizikası sahəsində tədqiqatlar aparır.
- Prof. Dr. Fatma Çelik Kayapınar – Sağlamlıq Elmləri Fakültəsinin İdman Elmləri Anabilim Dalı başqanıdır. İdman elmləri və fiziki fəaliyyət sahəsində mütəxəssisdir.
- Prof. Dr. Sabahattin Deniz – Təhsil Fakültəsinin dekanıdır. Təhsil elmləri sahəsində geniş təcrübəyə malikdir.
- Prof. Dr. Dilek İnan – Fen-Edebiyyat Fakültəsinin dekanıdır. Ədəbiyyat və dil sahəsində ixtisaslaşmışdır.
İzmir Demokrasi Üniversitesinin diplomu Azərbaycanda tanınırmı?
Bəli, İzmir Demokrasi Universitetinin diplomu Azərbaycanda tanınır. Bu universitet Türkiyənin dövlət ali təhsil müəssisəsidir və YÖK (Yüksəköğretim Kurulu) tərəfindən akkreditasiyadan keçib. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Türkiyədəki dövlət universitetlərindən alınan diplomları nostrifikasiya (diplom tanınması) prosesindən sonra rəsmi şəkildə tanıyır.
İzmir Demokrasi Universitetinin diplomu ilə Azərbaycanda həm dövlət, həm də özəl sektorda iş tapmaq mümkündür. Təhsil keyfiyyəti və beynəlxalq akkreditasiyası nəzərə alındıqda, diplomun tanınmasında ümumiyyətlə problem yaranmır.
İzmir Demokrasi Universitetində təhsil almaq istəyirsinizsə, Marmara Group ilə əlaqə saxlayın. Peşəkar mütəxəssislərimiz sənəd hazırlığı və qəbul prosesində sizə tam dəstək göstərərək universitetə qəbul olmağınıza kömək edəcək.




