Turība University

Turība Universiteti (əvvəllər Turība Biznes və İdarəetmə Məktəbi) Latviyanın ən böyük iqtisadiyyat universitetidir. Universitet 1993-cü ildə yaradılıb. Turība Universiteti, Baltika ölkələrinin ən böyük özəl universitetidir. Proqramların nəzəriyyə ilə yanaşı həm də praktiki bacarıqların inkişafı yönündə tədris olunması, universiteti bitirən tələbələrin işəgötürənlər tərəfindən yüksək qiymətləndirilməsini təmin edir. Biz gəncləri təşəbbüskar olmağa və fikirlərini həyata keçirməyə ruhlandırırıq, həm də onları yalnız Latviyada deyil, beynəlxalq səviyyədə işləməyə təşviq edirik. Həvəsləndirici və fikirləri zəngin olan insanlar üçün heç bir məhdudiyyət yoxdur!

Universitet 20-dən çox tədris proqramı həyata keçirir, üstəlik, onların bir hissəsi ingilis dilində də mövcuddur. Dünyanın 40-dan çox ölkəsindən gənclər burada, Turība Universitetində təhsil alırlar. Turba Universitetində praktiki məşğələlər dərs vaxtının 60%, nəzəriyyə isə dərs vaxtının 40% -ni təşkil edir. Müəllimlər geniş praktik təcrübəyə sahib mütəxəssislərdir, buna görə seçdiyiniz təhsil sahəsinə uyğun işgüzar yönümlü təhsil alacağınıza əmin ola bilərsiniz.

Turība University
Bakalavr Təhsil Haqqı Magistr Təhsil Haqqı
Business Administration 2 470 € Business Administration 2 570 €
Business Logistics Management 2 470 € Business Psychology and Human Resource Management 2 570 €
Computer Systems 1 970 € Tourism Strategic Management 2 570 €
International Communication Management 2 470 €
International Finance Management 2 470 €
Tourism and Hospitality Management 2 470 €
 

ƏLAQƏ

Ünvan

Bakı şəhəri, AZ1065, Cəfər Cabbarlı 44, Caspian Plaza, korpus 1, mərtəbə 8, Nizami m/s yaxınlığı

Telefon

WhatsApp: (+994 55) 208 86 79
Ofis Telefonu: (+994 12) 505 83 95