Xəyyam Həsənov xaricdə təhsil sahəsində 5 illik təcrübəyə malikdir və bu müddət ərzində 1000-dən çox tələbəyə xaricdə təhsil prosesində dəstək olmuşdur.
O, Türkiyədə təhsil alaraq Trakya Universiteti və İstanbul Dövlət Universitetində bakalavr, Ankara Sosial Bilimlər Universitetində isə magistr dərəcəsini tamamlamışdır. Xaricdə təhsil təcrübəsinə sahib olması tələbələrlə işində ona daha geniş perspektiv qazandırmışdır.
Tələbələrlə iş üzrə sektor müdiri kimi fəaliyyət göstərərək, onların xaricdə təhsil prosesini daha asan və effektiv idarə etməsinə kömək edir. Xəyyam bəy, tələbələrə doğru universitet və proqram seçimi, qəbul prosesi və uyğun akademik yolun qurulması istiqamətində peşəkar məsləhətlər verməklə onların uğurlu gələcəyinə töhfə verməkdə davam edir.