Həsən Əzizov, 25 iyun 1994-ü ildə Bakı şəhərində anadan olmuşdur. Orta təhsilini 2012-ci ildə 258 nömrəli məktəbdə tamamladıqdan sonra Türkiyənin İstanbul Universitetinin “Eğitim” ixtisası üzrə qəbul olmuşdur. Həmin illərdə müxtəlif təhsil şirkətlərində təhsil üzrə mütəxəssis kimi fəaliyyət göstərmişdir. 2017-2018-ci illər arası İstanbulda keçirilən beynəlxalq xaricdə təhsil sərgilərində və konfranslarda təhsil nümayəndəsi qismində iştirak etmişdir.
2020-ci ildən etibarən Marmara Group şirkətində xaricdə təhsil üzrə mütəxəssis qismində çalışır.