Kaunas University of Technology

Kaunas Texnologiya Universiteti (KTU) Litvanın Kaunas şəhərində yerləşən dövlət araşdırma universitetidir. 1922-ci ildən etibarən fəaliyyətini davam etdirir. KTU Litvanın ən yaxşı ikinci universitetidir və Şərqi və Mərkəzi Avropa və Asiyanın ən yaxşı 50 universiteti arasındadır (QS WUR, 2019). Universitet mühəndislik, texnologiyalar, fiziki və sosial elmlər, humanitar və incəsənət təhsili verir. Universitetdə 9 fakültə, 8 institut, 9 tədqiqat mərkəzi, 23 tələbə təşkilatı, 12 yataqxana var. Kaunas Texnologiya Universitetində 149 təhsil proqramı mövcuddur ki, bunlardan 60-ı bakalavr, 71-i magistr, 17-si doktorant proqramlarıdır.

Kaunas Texnologiya Universiteti

 

Onlardan 61-i ingilis dilində tədris olunur. Universitetdə 10,494 tələbə təhsil alır, onlardan 7,620 nəfəri bakalavr, 2.502 nəfəri magistr, 557 nəfəri xarici, 335 nəfəri doktorantdır. KTU-nun korpusu şəhər mərkəzinə yaxın bir ərazidə yerləşir və inkişaf etmiş nəqliyyat şəbəkəsi sayəsində şəhərin bütün digər ərazilərini də əlçatan edir. Ümumilikdə KTU-da bütün bakalavr, magistr və doktorantların tələbələri üçün nəzərdə tutulmuş 12 yataqxana var. Yataqxanalar modern və rahat olması ilə yanaşı həm də işləmək, istirahət etmək, sosiallaşmaq və yeni dostlarla tanış olmaq üçün əla şərait yaradır.Tələbələrə üç növ otaq təklif edilir: tək, iki və üç nəfərlik. Qiymət aralığı 79-124 EUR aralığındadır. https://dormitory.ktu.edu/about/ – saytına daxil olaraq daha ətraflı məlumat ala bilərsiniz. KTU-nun dünyanın 50 ölkəsindəki 350-dən çox ali təhsil müəssisəsi ilə əməkdaşlıq müqavilələri var. Memorandums of Understanding, Student and staff exchange, “Erasmus+” və s. kimi mübadilə proqramlarından yararlanmaq şansı verir.

 
Bakalavr Təhsil Haqqı Magistr Təhsil Haqqı
Aviation Engineering 2 600 € Accounting and Auditing 3 465 €
Business and Entrepreneurship 1 680 € Architecture 3 740 €
Chemical Technology and Engineering 2 600 € Biomedical Engineering 3 740 €
Civil Engineering 2 600 € Chemical Engineering 3 740 €
Communication Studies and Information Management Technologies 1 470 € Electronics Engineering 3 740 €
Electronic and Electrical Engineering 2 600 € Energy Technologies and Economics 3 740 €
Environmental Engineering and Technology 2 600 € Environmental Engineering 3 740 €
Material Physics and Nanotechnology 2 600 € Food Science and Safety 3 740 €
Mechanical Engineering 2 600 € Industrial Engineering and Management 3 740 €
New Media Language 2 175 € International Business 2 600 €
Politics and Security Studies 1 470 € Mechanical Engineering 3 740 €
Sociology and Psychology 1 470 € Medical Physics 2 600 €
Vehicle Engineering 2 600 € Sustainable Management and Production 3 740 €

ƏLAQƏ

Ünvan

Bakı şəhəri, AZ1065, Cəfər Cabbarlı 44, Caspian Plaza, korpus 1, mərtəbə 8, Nizami m/s yaxınlığı

Telefon

WhatsApp: (+994 55) 208 86 79
Ofis Telefonu: (+994 12) 505 83 95