Anadolu Universiteti

Anadolu Universitetinin təməlini 1958-ci ildə qurulan Eskişehir İqtisadi və Ticarət Elmləri Akademiyası təşkil edir. 1982-ci ildə Anadolu universitetinə çevrilən qürum qısa zamanda sadəcə Türkiyədə deyil, dünyanın ən böyük universitetləri arasında da müasir, dinamik və yenilikçi bir universitet olaraq yerini tapmışdır. Universitet elm, mədəniyyət eyni zamanda da bir gənclik şəhəri olaraq bilinən Eskişehirin mərkəzində yerləşən 3 şəhərcikqiyabi və distant təhsil verən 12 fakultə, 1-i dövlət konservatoriyası olmaqla birlikdə 3 kollec, 2 peşə məktəbi, 6 institut və 30 Tədqiqat Mərkəzinə sahibdir.

 

Anadolu Üniversitesi

Anadolu Universiteti bir çox yeniliklərə imza atmış universitetdir. Bu ilklər sırasında distant təhsil sistemini gerçəkləşdirmək uğuru ən başda gəlir. Bugün distant təhsil verən 3 fakultənin ümumilikdə tələbə sayı 2 milyondan çoxdur. Bu sistemin həyata keçirilməsindəki uğur müxtəlif ölkələrdəki bir çox qüruma numünə olmuşdur.

Anadolu Universiteti ən son texnoloji avadanlıqlarla təchiz olunmuş ixtisaslarda hər biri sahəsinin ən yaxşısı olmağa çalışan və bütün zamanını tələbələri ilə bölüşən böyük tədris heyəti ilə tələbələrini yaradıcı və dinamik təhsil mühitlərində gələcəyin ən yaxşıları olaraq hazırlamaq üçün çalışırlar.

Anadolu Universiteti etibarlı və müasir şəhərciklərində bir tələbə üçün gərəkən, demək olar ki, bütün şəraiti təmin edir. 315.000-dən çox nəşr olunmuş mənbələrlə bərabər bir çox elektron mənbəyə də çatmağın mümkün olduğu mərkəzi kitabxana tətil günləri də daxil olmaqla hər gün 24 saat tələbələrə xidmət göstərir. Həmçinin kitabxana bölgəsində gecə 12: 00 – 01:00 saatları arasında isti şorba, çay, qəhvə tələbələrə pulsuz olaraq paylanır. Mərkəzi kitabxanada tələbələr öz çalışma şəraitlərinə uyğun şəraitlərdə çalışa bilirlər.

Tələbələr şəhərcikdə olan kinoteatr, teatr, konsert və sərgi salonlarında mədəni tədbirləri asanlıqla izləyə bilərlər. Eyni zamanda tələbələr sənətçilərlə danışıqlara və tədbirlərə qatıla bilər, şəhərcikdə yerləşən yarıolimpik üzmə hovuzundan, idman salonlarından, tenis meydançalarından yararlana bilər. Universitetdə tələbələrin boş zamanlarını keyfiyyətli şəkildə dəyərləndirə bilər.

ƏLAQƏ

Ünvan

Bakı şəhəri, AZ1065, Cəfər Cabbarlı 44, Caspian Plaza, korpus 1, mərtəbə 8, Nizami m/s yaxınlığı

Telefon

WhatsApp: (+994 55) 208 86 79
Ofis Telefonu: (+994 12) 505 83 95